Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Elyanna FIFA Dünya Çempionatının rəsmi səsi oldu

May 11, 2026 1:21 axşam
Paylaş
Paylaş

Fələstin-Çili mənşəli tanınmış müğənni Elyanna, FIFA Dünya Çempionatının rəsmi mahnılarından birində ifaçı kimi yer alaraq beynəlxalq karyerasında növbəti mühüm uğura imza atıb. 24 yaşlı sənətçi, kanadalı müğənni-bəstəkar Cessi Reyez ilə birlikdə 2026-cı il FIFA Dünya Çempionatının rəsmi saundtrek siyahısına daxil olan “Illuminate” mahnısını ifa edib.

ArabAZ xəbər verir ki, Alternativ R&B, ərəb melodiyaları və qlobal pop təsirlərini özündə birləşdirən “Illuminate” mahnısının əsas mövzusu kimlik, birlik və dözümlülük üzərində qurulub. “Grammy” mükafatlı prodüser Cirkut tərəfindən hazırlanan bu trek, Reyezin ruh oxşayan vokalı ilə Elyannanın özünəməxsus ərəb səsini və Latın Amerikası təsirlərini harmonik şəkildə qovuşdurur.

View this post on Instagram

A post shared by @jessiereyez

FIFA bu mahnını musiqinin idman vasitəsilə mədəniyyətləri birləşdirmək gücünün bayramı kimi təsvir edib. Elyannanın bu layihədə iştirakı onu Dünya Çempionatının rəsmi saundtrekində görkəmli şəkildə yer alan azsaylı ərəb sənətçilərindən birinə çevirir. Gənc müğənni sosial media hesabında “Bütün MENA (Yaxın Şərq və Şimali Afrika) regionuna dəstək oluram. Bizi qürurlandırırsınız! Açılış mərasimində görüşənədək” sözlərini paylaşaraq sevincini bölüşüb.

Elyannanın 12 iyun tarixində Kanadanın Toronto şəhərində keçiriləcək 2026-cı il FIFA Dünya Çempionatının açılış mərasimində çıxış edəcəyi planlaşdırılır. Qeyd edək ki, builki turnir ev sahibi olan üç ölkədə – 11 iyunda Mexiko şəhərində, 12 iyunda isə Toronto və Los-Ancelesdə ayrı-ayrı açılış mərasimləri ilə start götürəcək.

Elyanna ərəbdilli musiqinin qlobal səviyyədə maneələri aşması ilə tanınır. O, ilk dəfə 2023-cü ildə “Coachella” festivalında tamamilə ərəbcə çıxış edən ilk sənətçi kimi dünya miqyasında diqqət çəkib.

Daha sonra o, “The Late Show with Stephen Colbert” proqramında ərəbcə oxuyan ilk ifaçı olub və “Coldplay” qrupu ilə “We Pray” sinqlında əməkdaşlıq edərək dünya turuna qatılıb. “Illuminate” mahnısı FIFA-nın ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il turniri öncəsi geniş musiqi layihəsinin bir hissəsidir. Bu il yayımlanan digər rəsmi mahnılar arasında Şakira və Burna Boyun “Dai Dai”, Jelly Roll və Carin Leonun “Lighter”, Belinda və Los Angeles Azules-in “Por Ella”, həmçinin Daddy Yankee və Shenseea-nın “Echo” trekləri yer alır.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Arab SportArab+Qətər

Dohada “Qızıl” Yağışı: Qətər Körfəz Oyunlarında Rəqib Tanımır!

Müəllif:
ArabAZ News
Arab+ArabShow

Parisdə Hindami və Roqai nümayiş olunacaq

Müəllif:
ArabAZ News
Arab+ArabLyrics

Bu mahnını hər kəs dinləyir, amma mənasını bilmir

Müəllif:
mail.azerpress@gmail.com
Arab+ArabShow

BƏƏ ulduzları Kann kinofestivalında

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.