Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Bağdad İsrailə qarşı əməliyyata başladı

May 12, 2026 8:35 səhər
Paylaş
Paylaş

İraqın “Həşdi-Şabi” (Xalq Səfərbərlik Qüvvələri) rəhbərliyi bu gün (çərşənbə akşamı) Nəcəf və Kərbəla səhralarında İsrailin gizli hərbi məntəqə yaratması barədə yayılan xəbərlərdən sonra “Suverenliyin təmin edilməsi” adlı genişmiqyaslı təhlükəsizlik əməliyyatına başladığını elan edib.

İraq Rəsmi Xəbər Agentliyinin (INA) məlumatına görə, “Həşdi-Şabi”nin Fərat əl-Övsət əməliyyat komandanı general Əli əl-Həmdani bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi və Baş Qərargah rəisinin nəzarəti ilə başladılan əməliyyat dörd istiqamətdə aparılır. Əməliyyatın məqsədi Kərbəla ilə Nəxib bölgəsi arasındakı strateji yolun təhlükəsizliyini təmin etmək və 70 kilometr dərinliyə qədər olan əraziləri təmizləməkdir.

İsrail İraqda məxfi hərbi baza idarə edib

İsrail İraqda məxfi hərbi baza idarə edib

ArabAZ xəbər verir ki, digər tərəfdən, İraqın Birgə Əməliyyatlar Komandanlığına tabe olan Təhlükəsizlik İnformasiya Şəbəkəsi bazar ertəsi axşam saatlarında verdiyi bəyanatda İraq torpaqlarında heç bir icazəsiz xarici baza və ya qüvvənin olmadığını vurğulayıb. Bəyanatda 2026-cı il martın 5-də baş vermiş insidentə aydınlıq gətirilib. Bildirilib ki, həmin tariqdə İraq təhlükəsizlik qüvvələri Nəxib bölgəsinin şərqində naməlum və icazəsiz, hava dəstəyi ilə hərəkət edən qüvvələrlə toqquşub, nəticədə bir iraqlı hərbçi həlak olub, ikisi isə yaralanıb. Lakin hazırda həmin ərazilərdə heç bir xarici hərbi mövcudluq qeydə alınmayıb.

Qeyd edək ki, “Wall Street Journal” qəzeti şənbə günü ABŞ rəsmilərinə istinadən İsrailin İraq səhrasında İrana qarşı hava kampaniyasını dəstəkləmək üçün gizli lojistik məntəqə qurduğunu iddia etmişdi. Xəbərdə bildirilirdi ki, bu məntəqə xüsusi təyinatlı qüvvələri qəbul edir və mümkün qəza anında pilotları xilas etmək üçün axtarış-xilas mərkəzi kimi fəaliyyət göstərir. Martın əvvəlində bir çobanın bölgədə qeyri-adi helikopter hərəkətliliyi barədə məlumat verməsindən sonra İraq ordusunun əraziyə qüvvə göndərdiyi, lakin İsrailin hava zərbələri ilə onları geri oturtduğu iddia olunurdu. İraq hökuməti bu hadisə ilə bağlı BMT-yə şikayət etsə də, İsrail ordusu məsələ ilə bağlı şərh verməkdən imtina edib. İraq hərbi rəhbərliyi isə hadisəni siyasi məqsədlər üçün istifadə edənləri sərt tənqid edərək, dezinformasiya yayanlara qarşı hüquqi tədbirlər görüləcəyini bəyan edib.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

İraqTəhlil

İraqda radikal şiələrə qarşı yeni maliyyə savaşı

Müəllif:
mail.azerpress@gmail.com
Digər xəbərlərİraqRedaktorun seçimi

Amidi Prezident İlham Əliyevə məktub ünvanlayıb

Müəllif:
ArabAZ News
İraqKüveytSəudiyyə Ərəbistanı

Səudiyyə Küveytə edilən hücumları qınayıb

Müəllif:
mail.azerpress@gmail.com
İraq

İraqda ABŞ dollarının məzənnəsi enməkdə davam edir

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.