Bazar, 9 Avq 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Arab+ » Parisdə Hindami və Roqai nümayiş olunacaq

Parisdə Hindami və Roqai nümayiş olunacaq

İyul 6, 2026 2:55 axşam
Paylaş
Paylaş

“Think Fashion” tərəfindən təşkil edilən qlobal “Modest Fashion Week”in (Təvazökar Moda Həftəsi) 11-ci buraxılışı aprelin 16-dan 18-dək Fransanın paytaxtında keçiriləcək və bu, platformanın dünyanın ən nüfuzlu moda mərkəzlərindən birindəki debütü olacaq.

ArabAZ xəbər veruir ki, “Hotel Le Marois”də baş tutacaq “Paris Modest Fashion Week 2026“, İstanbul, London, Dubay, Abu Dabi və Ər-Riyaddakı əvvəlki buraxılışların ardınca Yaxın Şərq, Avropa, Asiya, Afrika və Amerikadan olan dizaynerləri bir araya gətirəcək.

Tədbirdə ərəb dünyasının istedadları diqqət mərkəzində olacaq; BƏƏ-dən “Fashion by Shehna“, Qətərdən “Hindami” və Küveytdən “Roqai Fashion House” kimi brendlər regionun mədəni irsinə və sənətkarlığına əsaslanan kolleksiyalarını nümayiş etdirəcəklər.

Daha geniş beynəlxalq heyətdə isə “La Modesa” (ABŞ), “Miha” (Türkiyə), “Arzumerzaeva” (Rusiya), “Ozoda” (Özbəkistan), “Afrik Abaya” (Nigeriya), “Nada Puspita” (İndoneziya) və “Soutoura” (Fransa) kimi markalar yer alacaq.

“Modest Fashion Weeks by Think Fashion” şirkətinin baş direktoru (CEO) Özləm Şahin tədbirin Parisdə keçirilməsinin platformanın təvazökar modanı qlobal səhnəyə çıxarmaq iddiasını əks etdirdiyini bildirib.

“Paris moda dünyasında zərifliyi, innovasiyanı və nüfuzu təmsil edir. 11-ci buraxılışımızı burada keçirməklə, həm Körfəz (GCC) regionundan, həm də bütün dünyadan olan dizaynerlər üçün inklüziv (əhatəli) və kommersiya baxımından güclü bir ekosistem yaratmaq missiyamızı daha da möhkəmləndiririk”.-deyə o qedy edib

Üç gün davam edəcək tədbir çərçivəsində təvazökar modanın gələcəyini araşdıran 30 podium nümayişi (defile) və səkkiz panel müzakirəsi keçiriləcək. Bununla yanaşı, dizaynerləri, alıcıları və sənaye mütəxəssislərini bir-birinə bağlamaq üçün xüsusi B2B şourumu (sərgi zalı) fəaliyyət göstərəcək.

2015-ci ildə təsis edildiyi gündən bəri “Modest Fashion Week” 50-dən çox ölkədən iştirakçısı və 5000-dən çox brend şəbəkəsi ilə müxtəlifliyi, davamlılığı və inklüzivliyi təbliğ edən qlobal bir platformaya çevrilib.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Arab SportArab+Səudiyyə Ərəbistanı

Jorje Jezus Səudiyyə millisinə baş məşqçi gəlir?

Müəllif:
ArabAZ News
Arab+ArabLyrics

Divaların sənət paralelləri: Aybəniz Haşımova və Asala Nasri

Müəllif:
ArabAZ News
Arab SportArab+

Qətər millisi Sudanla yoldaşlıq oyununda qarşılaşacaq

Müəllif:
ArabAZ News
Arab SportArab+

Dünya Çempionatında ərəb azarkeşləri nə gözləyir

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.