Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Kannda səudiyyəli ulduza yüksək qiymət verildi

May 17, 2026 8:54 səhər
Paylaş
Paylaş

Tanınmış Səudiyyə mənşəli aktrisa və yazıçı Aişa Kay (Aixa Kay), davam edən Kann Kinofestivalı çərçivəsində “Qırmızı Dəniz” Film Fondu (Red Sea Film Foundation) tərəfindən təşkil olunan “Kino sahəsində qadınlar” qala gecəsində mükafatlandırılmasından böyük qürur və minnətdarlıq duyduğunu ifadə edib.

“Bu gözəl gecə, səmimi qonaqpərvərlik və belə xüsusi bir gecədə kino sahəsində çalışan qadınları ucaltdıqları və gücləndirdikləri üçün ‘Qırmızı Dəniz’ Film Fonduna sonsuz təşəkkürümü bildirirəm. Kanndakı bu unudulmaz təcrübəyə və mənə göstərilən bu yüksək diqqətə görə həqiqətən minnətdaram”, — deyə o, özünün İnstaqram hesabında yazıb.

ArabAZ xəbər verur mi, Aişa Kay həmçinin sosial şəbəkədə gecədəki vizual obrazının fotolarını paylaşıb. O, tədbirə Səudiyyə Ərəbistanı dizayneri İman Əlaclanın (Eman Alajlan) imzasını daşıyan pastel mavisi rəngli zərif bir don geyinib və görünüşünü “Lustro” markasının zinət əşyaları ilə tamamlayıb. Aktrisa fotoların şərh bölməsinə “Bir az göy üzü, bir az kino” qeydini əlavə edib.

Aişa Kayın yaradıcılığı Kanada və Səudiyyə Ərəbistanında istehsal olunmuş bir çox layihələri əhatə edir. Bunların sırasına “Qırmızı Dəniz” Beynəlxalq Film Festivalında premerası baş tutan “Saify” və Avropa premerası məhz Kannda keçirilən “Norah” filmləri daxildir. O, həmçinin “Almarsa” və “Shari Al-Asha” kimi məşhur seriallarda baş və köməkçi rolları canlandırıb ki, bu ekran işlərinin hər ikisi bir neçə ölkədə “Shahid” rəqəmsal yayım platformasının ən yaxşı 10 layihəsi arasında qərarlaşıb.

Kap Antib bölgəsindəki “Hotel du Cap-Eden-Roc”da keçirilən “Kino sahəsində qadınlar” qala gecəsi ərəb dünyası, Afrika və Asiyadan olan aktyorları, rejissorları və sənaye rəhbərlərini bir araya gətirərək, festivalın qadın istedadlara həsr olunmuş ən nüfuzlu tədbirlərindən birinə çevrilib.

Gecədə kino sənətinə və hekayəçiliyə verdiyi töhfələrə görə daha beş qadın mükafatlandırılıb: Mərakeşli rejissor Leyla Marrakçi (Laila Marrakchi), Nigeriyalı prodüser Jenevyev Nnaci (Genevieve Nnaji), Hindistanlı aktrisa Tara Sutaria, Ruandalı rejissor Mari-Klementin Dusabejambo (Marie-Clementine Dusabejambo) və İndoneziyalı prodüser Kamila Andini.

Tədbirdə “Qırmızı Dəniz” Film Fondunun sədri Comana Əlrəşid (Jomana Alrashid), baş direktor Faysal Baltyuor (Faisal Baltyuor), ABŞ aktrisası Demi Mur (Demi Moore), Tunis ulduzu Dafer L’abidin (Dhafer L’abidine), Almaniyalı aktrisa Diana Krüger (Diane Kruger), Səudiyyəli aktrisa Ləma Əl-Kinani (Lama Al-Kinani), Misirli prodüser Mohamed Hefzi (Mohamed Hefzy), Portuqaliyalı model və aktrisa Sara Sampayo (Sara Sampaio), misir-amerikan əsilli ulduz Rami Malek və ABŞ aktrisası Mişel Rodriqes (Michelle Rodriguez) iştirak ediblər.

Qeyd edək ki, “Kino sahəsində qadınlar” təşəbbüsü həm yeni fəaliyyətə başlayan, həm də tanınmış xanım yaradıcıları mentorluq, maliyyələşdirmə və beynəlxalq arenaya çıxış imkanları ilə dəstəkləmək üçün “Qırmızı Dəniz” Film Fondu tərəfindən başladılıb. Təşkilatçılar bu qala gecəsinin mədəniyyətlərarası əməkdaşlığı təşviq etmək və az təmsil olunan regionların hekayələrini işıqlandırmaq üçün mühüm platforma rolunu oynamağa davam etdiyini bildiriblər.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Redaktorun seçimiTəhlil

Roma İsrail ilə əməkdaşlıq səhifəsini bağlayır

Müəllif:
mail.azerpress@gmail.com
Arab+ArabShow

Şirin yeni mahnısının yayımını təxirə saldı

Müəllif:
ArabAZ News
Arab SportArab+Redaktorun seçimi

Səudiyyə Qadın Futbolunun ən yaxşıları seçildi

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Zəvvarlar bu qaydalara riayət etməlidir

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.