Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Qətərin PMI indeksi 45,9 bəndə düşdü

İyun 4, 2026 11:24 səhər
Paylaş
Paylaş

“S&P Global” reytinq agentliyinin son hesabatına görə, Qətərin qeyri-enerji özəl sektoru may ayında regional münaqişənin fəsadlarını hiss etməkdə davam edib və yeni biznes daxilolmaları kəskin şəkildə azalıb. Agentlik ölkənin Satınalma Menecerləri İndeksinin (PMI) aprel ayındakı 46,4 bənddən mayda 45,9 bəndə düşdüyünü və bunun biznes şəraitinin pisləşdiyinə işarə etdiyini bəyan edib.

ArabAZ xəbər verir ki, Qətərin qeyri-enerji sektorundakı bu yavaşlama, fevral ayının sonunda ABŞ və İsrailin İrana qarşı müharibəyə başlaması ilə alovlanan və Körfəzdə iqtisadi qeyri-müəyyənliyi artıran regional gərginliyin fonunda baş verir. Müqayisə üçün qeyd edək ki, Səudiyyə Ərəbistanı may ayında qeyri-neft biznesində dözümlülük nümayiş etdirərək 52,8 bəndlik PMI qeydə alıb və inkişafı tənəzzüldən ayıran 50 bəndlik neytral həddi böyük fərqlə üstələyib. May ayında BƏƏ-nin PMI göstəricisi 52,6 bənd, Küveyt 47,2 bənd, Misir isə 47,1 bənd təşkil edib.

“S&P Global Market Intelligence”ın iqtisadiyyat üzrə direktoru Trevor Balçin (Trevor Balchin) Qətərin may nəticələrini belə şərh edib: “Son PMI göstəriciləri göstərir ki, qeyri-enerji özəl sektoru ikinci rübün ortalarında hələ də normallaşma mərhələsinə qayıda bilməyib. Yeni sifarişlərin qəbulu aprel ayı ilə eyni tempdə kəskin şəkildə azalmağa davam edib. Yeni işlərin davamlı olaraq azalması əmək bazarına soyuducu təsir göstərib; həm məşğulluq, həm də əməkhaqqı artımı ardıcıl 22 aylıq yüksəliş silsiləsinin ən zəif sürətinə enib”.

Hesabata əsasən, may ayında davam edən regional gərginliklər, bazardakı qeyri-sabitlik və qeyri-müəyyənlik səbəbindən daxili tələb zəifləyib. Turizm və tikinti kimi sektorlar bu vəziyyətdən xüsusilə mənfi təsirlənib, lakin azalma tempi PMI-ın 38,7 bəndə düşdüyü mart ayı ilə müqayisədə bir qədər yumşalıb.

Əmək bazarı və xərclər

“S&P Global” qeyd edir ki, may ayında məşğulluq səviyyəsi ardıcıl olaraq 22-ci ayda da artıb, lakin bu, qeyd olunan dövr üzrə ən zəif artım tempi olub. Əmək bazarındakı bu soyuma eyni dövr ərzində qeydə alınan ən aşağı əməkhaqqı inflyasiyası ilə də təsdiqlənir.

Buna baxmayaraq, ümumi xərc təzyiqləri güclənib. İstehsal xərclərinin inflyasiyası ardıcıl beşinci aydır sürətlənərək 2024-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatıb, satınalma qiymətləri isə 2018-ci if fevralından bəri ən sürətli artımı nümayiş etdirib.

Xərc təzyiqlərinin artması fonunda Qətər şirkətləri öz gəlir marjalarını qorumaq üçün may ayında məhsul və xidmətlərin orta satış qiymətlərini kəskin qaldırıblar. Bu qiymət artımı 2022-ci ilin dekabrında ölkədə keçirilən FİFA Dünya Çempionatından bəri ən yüksək göstərici olub.

Müsbət məqam odur ki, bəzi müəssisələrdə fasilələrin azalması ilə istehsal səviyyəsində sabitləşmə əlamətləri görünüb və növbəti 12 aylıq biznes proqnozu yenidən dirçəlib. Şirkətlər geosiyasi gərginliyin yumşalacağı təqdirdə bazar şəraitinin yaxşılaşacağını qeyd edərək ehtiyatlı nikbinlik nümayiş etdirirlər.

“Sorğu indikatorları ehtiyatlı nikbinlik üçün əsaslar verir. Bəzi firmaların fəaliyyətini bərpa etməsi nəticəsində ümumi istehsal həcmi çox cüzi azalıb və qarşıdakı 12 ay üzrə nikbin düşünənlərin sayı bədbinləri az fərqlə üstələdiyi üçün biznes proqnozları sabitləşib”-deyə Trevor Balçin əlavə edib.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Qətər

Qətər “Yol Hərəkəti Həftəsi 2026”nın açılışını etdi

Müəllif:
ArabAZ News
QətərRedaktorun seçimi

Qətər yaxında maye qaz hasilatını bərpa edir

Müəllif:
ArabAZ News
QətərTəhlil

Qətər İran və ABŞ-ni necə barışdıracaq?

Müəllif:
ArabAZ News
Qətər

Qatar Boat Show 2026 start götürür

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.