Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Kəvsər Ben Haniya Venesiyada vəzifəyə təyin olunub

İyun 24, 2026 6:43 səhər
Paylaş
Paylaş

Dünya kinosunun ən nüfuzlu tədbirlərindən sayılan 83-cü Venesiya Beynəlxalq Film Festivalında ərəb dünyasını qürurlandıracaq hadisə baş verib. Tanınmış tunisli kinorejissor Kəvsər Ben Haniya festivalın əsas beynəlxalq müsabiqəsinin münsiflər heyətinə üzv seçilib. Bu təyinat onun qlobal kino sənayesindəki nüfuzunu bir daha təsdiqləyir.

ArabAZ xəbər verir ki, məşhur rejissor sentyabrın 2-dən 12-dək Venesiya adasında baş tutacaq festivalda baş mükafat – “Qızıl Şir”in sahibini müəyyənləşdirəcək heyətdə yer alacaq. Münsiflər heyətinə məşhur amerikalı aktrisa və rejissor Meqqi Cillenhol rəhbərlik edir. Heyətdə həmçinin britaniyalı bəstəkar Daniel Blumberq, Honq-Konqlu Conni To, fransalı Ksavye Cannoli, əfqan rejissor Şəhrbanu Sadat və italyan alim Françesko Kazetti də var.

“Hind Rəcəbin səsi” və Oskar zirvəsi

Kauter Ben Haniyanın bu mövqeyə yüksəlməsi təsadüfi deyil. Rejissor ötən il Venesiya festivalında Qəzzada faciəvi şəkildə həlak olan 5 yaşlı fələstinli qızın real hekayəsindən bəhs edən “Hind Rəcəbin səsi” (The Voice of Hind Rajab) ekran əsəri ilə böyük səs-küy salaraq “Gümüş Şir” (Münsiflər heyətinin böyük mükafatı) qazanmış, ardınca isə “Oskar”a namizəd olmuşdu.

O, həmçinin 2023-cü ildə çəkdiyi “Dörd qız” sənədli filmi ilə Kann Film Festivalının “Qızıl Göz” mükafatını qazanıb. Onun “Dərisini satan adam” filmi də vaxtilə “Oskar”ın “Ən yaxşı beynəlxalq bədii film” nominasiyasına layiq görülüb və bu, onu qlobal miqyasda ən çox tanınan ərəb rejissorlarından birinə çevirib.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Arab+ArabShowDigər xəbərlər

Kannın ərəb ulduzu İkram Omar hamını valeh etdi

Müəllif:
ArabAZ News
Arab+ArabShow

Bella Hadid brendinin ikinci ildönümünü qeyd edir

Müəllif:
ArabAZ News
Arab+ArabShowRedaktorun seçimi

Bu Qətər filmləri 2026-cı il Kann Film Festivalında iştirak edəcək

Müəllif:
ArabAZ News
Arab SportArab+

Əmir Kuboku 2026-finalçılar mükafatlandırılıb

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.