Səudiyyə Ərəbistanı Ebola virusunun yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində vətəndaşlarının Konqo Demokratik Respublikası, Uqanda və Cənubi Sudana səfər etməsini müvəqqəti olaraq dayandırıb. Krallıq həmçinin bu üç ölkədən gələn şəxslər üçün bütün növ vizaların verilməsini və Krallığa girişini də dondurub.
ArabAZ xəbər verir ki, buna səbəb Ebola epidemiyası ilə bağlı riskləri azaltmaq üçün tətbiq edilən əlavə qabaqlayıcı tədbirlər çərçivəsində atlıb.
Yeni tətbiq edilən məhdudiyyətlər, eyni zamanda, Krallığa daxil olmazdan əvvəlki 21 gün ərzində sözügedən üç yoluxma ölkəsindən hər hansı birində qalmış və üçüncü ölkələr vasitəsilə gələn səyyahlara da şamil edilir.
Səudiyyə Ərəbistanı İctimai Səhiyyə Qurumu (Veqaya) təsdiqləb ki, Krallığın sağlamlıq risklərinin monitorinqi və cavab tədbirləri sistemi vətəndaşların, sakinlərin və ziyarətçilərin ictimai sağlamlığını qorumaq, eyni zamanda qlobal sağlamlıq təhlükəsizliyinə töhfə vermək üçün müvafiq milli və beynəlxalq qurumlarla koordinasiyalı şəkildə davamlı və proaktiv fəaliyyət göstərir.
Krallıq bundan əvvəl epidemiyanın baş verdiyi bölgələrə qonşu olan ölkələrdən – yəni Ruanda, Burundi, Tanzaniya və Konqo Respublikasından gələn səyyahlar üçün giriş məntəqələrində tibbi yoxlama prosedurlarını gücləndirmək, sağlamlıq monitorinqini artırmaq və erkən cavab mexanizmlərini aktivləşdirmək vasitəsilə qabaqlayıcı tədbirləri möhkəmləndirmişdi.
“Veqaya” vətəndaşları, sakinləri və ziyarətçiləri əmin edib ki, Krallıqda ümumi ictimai səhiyyə vəziyyəti sabit olaraq qalır və diqqətlə izlənilir. Bu qabaqlayıcı tədbirlər tətbiq edildiyi vaxtdan bəri Krallıqda heç bir təsdiqlənmiş və ya şübhəli Ebola hadisəsi qeydə alınmayıb. “Veqaya” vurğulayıb ki, bu tədbirlər Krallığın ictimai sağlamlığı qorumaq və xəstəliklərin yayılmasının qarşısını almaq barədə davamlı öhdəliyinin bir hissəsi olaraq həyata keçirilən gündəlik profilaktik fəaliyyətlərdir.

