Fələstinin Azadlığı üçün Xalq Cəbhəsi (PFLP) 1972-ci ildə İsrailin Lidd hava limanına (indiki Ben Qurion ) təşkil olunan və 26 nəfərin ölümü ilə nəticələnən qanlı hücumun icraçılarından biri olan yaponiyalı Kozo Okamotonun 78 yaşında Beyrutda vəfat etdiyini açıqlayıb.
ArabAZ xəbər verir ki, PFLP “Telegram” kanalı üzərindən yaydığı bəyanatda “İnqilabçı beynəlmiləlçi mübariz yoldaş Kozo Okamotonun vəfatını” kədərlə duyurduğunu və onun “Hizbullah”ın nəzarətində olan Beyrutun cənub ətrafında öldüyünü bildirib.
Lidd hava limanı hücumu və həbs süjetləri
30 may 1972-ci ildə Kozo Okamoto və onun iki yoldaşı “Air France” aviaşirkətinə məxsus təyyarə ilə Lidd hava limanına gəliblər. Baqaj bölməsindən çıxardıqları avtomat silahlar və qumbaralarla sərnişinlərə atəş açan qrup 26 nəfərin ölümünə, onlarca insanın yaralanmasına səbəb olub.
- Uber Səudiyyənin qida çatdırılması bazarını ələ keçirir
- Ərəb caz sənəti: Şərq məqamları ilə Qərb ritmlərinin sintezi
- Qatar Airways Bəhreyn, Küveyt və Ərbilə uçuşları dayandırıb
- Liviyada küçədə qamçılanan qadın etiraza səbəb olub – video
- Lidd hücumunun icraçısı Kozo Okamoto Beyrutda vəfat etdi
- İran–ABŞ qarşıdurması Yəmən üzərindən dərinləşir-Rufiz Hafizoğlu
Həbs və dəyişdirilmə: Yaralı halda ələ keçirilən Okamoto İsrail məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilsə də, 1985-ci ilin mayında Fələstin müqavimət qrupları ilə İsrail arasında baş tutan böyük əsir dəyişdirilməsi müqaviləsi çərçivəsində azadlığa buraxılıb.
Yaponiya Qırmızı Ordusunun keçmiş üzvü olan Okamoto həbsdən çıxdıqdan sonra Livana pənah aparıb və ömrünün sonunadək orada yaşayıb.
Yaponiya tərəfindən ekstradisiya tələblərinə baxmayaraq, Livan hakimiyyəti 2000-ci ildə ona siyasi sığınacaq verərək ölkədə qalmasına şərait yaratmışdı.

