Liviyanın cənubundakı Səbha şəhərinin mərkəzində küçədən keçənlər başı və üzü örtülmüş, dizləri üstə çökmüş bir qadının Məhkəmə Polisinin əməkdaşı tərəfindən uzun qamçı ilə camaatın gözü qarşısında qamçılanmasının şahidi olublar.
ArabAZ xəbər verir ki, məhkəmə hökmünün icrası olaraq həyata keçirilən bu hadisə küçənin ortasında, açıq şəkildə icra edildiyi üçün hüquq müdafiəçiləri və cəmiyyət arasında böyük narazılığa və fikir ayrılığına səbəb olub. Bir çoxları bu addımı “qanunvericiliyin tələblərinə zidd” hesab edib və məsələn, “oğrunun əlinin kəsilməsi” hökmlərinin nədən icra olunmadığını sual ediblər.
- Uber Səudiyyənin qida çatdırılması bazarını ələ keçirir
- Ərəb caz sənəti: Şərq məqamları ilə Qərb ritmlərinin sintezi
- Qatar Airways Bəhreyn, Küveyt və Ərbilə uçuşları dayandırıb
- Liviyada küçədə qamçılanan qadın etiraza səbəb olub – video
- Lidd hücumunun icraçısı Kozo Okamoto Beyrutda vəfat etdi
- İran–ABŞ qarşıdurması Yəmən üzərindən dərinləşir-Rufiz Hafizoğlu
Geniş yayılan videoçarxda arxasına “Məhkəmə Polisi” yazılmış qara geyimli polis əməkdaşının diz çökmüş qadının yanında durduğu görünür. Başqa bir şəxs Səbha Cənub Cinayətləri Məhkəməsinin 21 iyul tarixli hökmünü – qadının 100 dənə qamçı ilə cəzalandırılması qərarını oxuduqdan dərhal sonra cəza icra edilməyə başlayır.
Kadrların yayılması prosesin qanuniliyini sual altına salıb. Liviyalı hüquqşünas Tariq Ləmlum məsələyə münasibət bildirərək soruşub: “Yaxşı, bəs zina edən kişi haradadır?”
Səbha Cənub Məhkəməsi Liviyanın şərqindəki hakimiyyət orqanlarına tabedir. Məhkəmə qərarının təfərrüatları hələ də açıqlanmayıb, lakin bəziləri bu addımı “cəmiyyətdə mənəvi pozğunluğun qarşısının alınması” kimi dəyərləndiriblər.
Hüquqi tənqidlər: “Bu, ədalət deyil, şoudur”
“Nikahdankənar cinsi əlaqələrin dini və mənəvi cəhətdən qadağan olunması Liviyada hər kəsin razılaşdığı məsələdir. Lakin hüquqi suallar açıq qalır və onların yanından sükutla keçmək olmaz. Məhkəmə cinayəti necə sübut etdi? Hökm hansı qanun maddəsinə əsaslandı? İcradan əvvəl hansı hüquqi zəmanətlər verildi? Ən əsası isə: Hadisənin digər tərəfi (kişi) haradadır?”-deyə Hüquqşünas Tariq Ləmlum “Facebook” hesabında bildiriş edərək vurğulayıb.
Ləmlum əlavə edib ki, baş verənlər hüquqi zəmanətlərə və ədalətli mühakiməyə dayanan ədalətin bərqərar olunmasından daha çox cəzanın nümayişkaranə göstərilməsinə və ictimai rəyə mesaj verməyə bənzəyir. O, həmçinin xatırladıb ki, əksər hallarda yalnız qadınlar cinayətin əsası kimi qələmə verilir, əsas icraçı olan kişilər isə kənarda qalır və ya bəraət alırlar.
Məhkəmə hökmündə bu iş üzrə cəzalandırılacaq başqa şəxslərin olub-olması və ya cəzanın tətbiqi üçün bütün qanuni şərtlərin ödənilməsi barədə heç bir məlumat verilməyib.
Liviya Milli İnsan Hüquqları Müəssisəsinin rəhbəri Əhməd Əbdülhəkim Həmzə qeyd edib ki, Zina cəzasının tətbiqi haqqında qanun (1973-cü il, 70 nömrəli qanun) qamçılanma cəzasının mətbuatda və ya ictimaiyyətə açıq yerdə nümayişini nəzərdə tutmur.
Hüquq müdafiəçisinin sözlərinə görə, cəza yalnız hökm yekunlaşdıqdan sonra, polis məntəqəsinin daxilində, məsul prokuror və həkimin iştirakı ilə icra olunmalıdır.
Ölkədə dövlət əmlakının mənimsənilməsi və korrupsiya geniş yayıldığı halda, Baş Prokuror Əl-Səddiq əl-Surun araşdırmalarına baxmayaraq, heç bir yüksək rütbəli məmurun “əlinin kəsilməsi” icra edilməyib.
Müəssisə bu hadisəni “təhlükəli bir təcrübə” və “insan ləyaqətinin təhqiri” kimi qiymətləndirərək sual edib: “Səbhada nə baş verir? Biz həqiqətən İŞİD-ə qalib gəldikmi? İndi yalnız qadınlarmı təqsirləndirilir?”
Qeyd edək ki, “Şəffaflıq Beynəlxalq” təşkilatının Korrupsiyanı Qavrama İndeksində Liviya 2024-cü ildəki 173-cü pillədən 2025-ci ilin nəticələrinə görə 182 ölkə arasında 177-ci yerə geriləyib.
Ziddiyyət və siyasi bölünmə
Liviyalı fəal Hüsam əl-Qəmati Məhkəmə Polisi tərəfindən bu görüntülərin yayılmasını qanun pozuntusu və səlahiyyət həddini aşmaq kimi dəyərləndirib. O bildirib ki, bu addım “trend” tutmaq və ya dindarlıq nümayişi etdirmək üçün atılıb və məsuliyyət daşıyan tərəflər hüquqi müstəvidə cavab verməlidirlər.
Bu hadisə Liviyada siyasi bölünmənin derinləşdiyi bir vaxta təsadüf edir:
Trablisa hökuməti: Əbdülhəmid Dbeybanın rəhbərlik etdiyi Milli Birlik Hökuməti (Qərb).
Şərq hökuməti: Parlament tərəfindən təyin olunan Üsamə Həmmad hökuməti və onu dəstəkləyən Xəlifə Həftərin rəhbərlik etdiyi “Milli Ordu” (Şərq və Cənub).

