Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Misir “Yeni Delta” layihəsinə start verdi

May 17, 2026 12:24 axşam
Paylaş
Paylaş

Misir prezidenti Əbdülfəttah əs-Sisi bu gün (bazar günü) dəyəri 800 milyard Misir funtu (təxminən 16,5 milyard dollar) olan “Yeni Delta” layihəsinin açılışını edib. Bu nəhəng kənd təsərrüfatı layihəsi Nil çayının qərbindəki geniş səhra ərazilərini 2,2 milyon fədan (təxminən 924 min hektar) sahədə kənd təsərrüfatı torpaqlarına çevirməyi hədəfləyir.

ArabAZ xəbər verir ki, Misir Prezidenti bildirib ki, Sisi Giza vilayətindəki Şeyx Zayed oxunda (keçmiş Əl-Dabaa oxu) layihənin açılışını reallaşdırıb. Qeyd olunub ki, layihə bütün dövlət qurumlarının səylərinin birləşdirilməsi və özəl sektorun fəal iştirakı ilə həyata keçirilir. Hazırda layihədə təkcə kənd təsərrüfatı istehsalı sahəsində 150 şirkət fəaliyyət göstərir, digər sahələr üzrə isə yüzlərlə şirkət prosesə cəlb edilib.

Prezident Sisi bildirib ki, layihənin ümumi dəyəri 800 milyard funta yaxındır və hər bir fədan torpağın yaradılması dövlətə 350-400 min funta (təxminən 6 500 – 7 500 dollar) başa gəlir. Bundan əlavə, layihə çərçivəsində ümumi uzunluğu 12 min kilometrə çatan yeni yollar şəbəkəsi inşa edilib.

Su problemi necə həll olunur?

Layihə üçün kifayət qədər su resurslarının tapılması məsələsinə toxunan Sisi bildirib ki, Delta vilayətlərindəki əkin sahələrindən gələn drenaj suları toplanaraq üçmərhələli təmizləmə sistemindən keçiriləcək. Suyu nəql etmək üçün hər birinin uzunluğu 150 kilometr olan Şimal və Şərq magistral su kanalları inşa edilib.

Misir prezidenti qeyd edib ki, suyun toplanaraq daşınması torpaqların təbii coğrafi meylinin əksinə olduğu üçün 2,2 milyon fədan ərazini su ilə təmin etmək məqsədilə 19 əsas nasos stansiyası tikilib. Həmçinin bu stansiyaların fəaliyyətini təmin etmək üçün ümumi gücü təxminən 200 meqavat olan elektrik stansiyaları qurulub.

Hakimiyyətin strategiyasına əsasən, ölkənin köhnə kənd təsərrüfatı torpaqları (Nil deltası) ilə yeni ərazilər (“Yeni Delta”) arasında inteqrasiya yaradılacaq. Belə ki, buğda və qarğıdalı kimi ənənəvi məhsullar məhsuldarlığı yüksək olan Nil vadisindəki gilli torpaqlarda, səhra tipli yeni torpaqlarda isə şəkər çuğunduru kimi bu iqlimə uyğun bitkilərin yetişdirilməsinə üstünlük veriləcək.

Prezident Sisi vurğulayıb ki, “Yeni Delta” layihəsi təxminən 2 milyon daimi iş yeri təmin edəcək. O əlavə edib ki, kənd təsərrüfatı işlərini özəl şirkətlər həyata keçirəcək, lakin dövlət tərəfindən müəyyən edilmiş əkin dövriyyəsinə uyğun olaraq strateji məhsulların yetişdirilməsi onlarla razılaşdırılacaq.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

QətərRedaktorun seçimiSəudiyyə Ərəbistanı

Rəsmi icazə olmadan Həcc ziyarəti qadağandır

Müəllif:
mail.azerpress@gmail.com
Redaktorun seçimiSuriya

Suriyada qızıl və valyuta ticarəti rəqəmsallaşır

Müəllif:
mail.azerpress@gmail.com
İraqRedaktorun seçimi

İraq Bakıdan dünyaya çağırış etdi

Müəllif:
ArabAZ News
Əlcəzair

Kayliya Nemur Əlcəzairi Afrika zirvəsinə daşıdı

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.