Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

BMT üç ildən sonra Xartuma qayıdır

Aprel 22, 2026 6:38 axşam
Paylaş
Paylaş

Ümumdünya Ərzaq Proqramı (WFP) Sudandakı vəziyyəti “dünyanın ən böyük humanitar aclıq böhranı” kimi xarakterizə edib. Qeyd olunub ki, davam edən münaqişə, onun iqtisadi və humanitar fəsadları nəticəsində təxminən 45 milyonluq əhalinin 19 milyondan çoxu kəskin ərzaq təhlükəsizliyi problemi ilə üz-üzədir. Bununla yanaşı, proqram müharibə başlayandan bəri Port-Sudanda fəaliyyət göstərən ölkə ofisinin paytaxt Xartumda yenidən işə salındığını elan edib ki, bu da BMT-nin paytaxta geniş qayıdışı üçün hazırlıq mərhələsidir.

Proqramın icraçı direktor müavini Karl Skau, proqramın yeni ölkə direktoru Abdulla əl-Vardat ilə birlikdə cümə günü Xartumda Baş nazir Kamil İdris ilə görüşdükdən sonra xəbərdarlıq edib ki, ölkənin geniş ərazilərində münaqişənin kəsilmədən davam etməsi daha çox əzab-əziyyətə və 19 milyon insanın kəskin aclıq çəkməsinə səbəb olacaq. Skau maliyyə çatışmazlığına baxmayaraq, daha çox insana çatmaq, qidalanma pozğunluğundan əziyyət çəkən qadın və uşaqlara xilasedici ərzaq yardımı göstərmək və icmaların həyatlarını yenidən qurmalarına kömək etmək üçün lazımi səylərin göstəriləcəyinə söz verib.

BMT rəsmisi bildirib ki, proqramın şəhərə qayıdışı qərargahın qarət edilməsi və dağıdılmasından üç il sonraya təsadüf edir. O, altı ay əvvəlki səfəri ilə müqayisədə Xartumda vəziyyətin “açıq şəkildə dəyişdiyini” bildirib və əlavə edib ki, : “Şəhərdə daha böyük bir aktivlik var, hava limanı işləyir, insanlar tədricən evlərinə qayıdır və həyatlarını yenidən qurmağa başlayırlar”.

Skau ofisinin Xartuma qayıdışını ölkədəki ən böyük humanitar agentlik kimi BMT-nin daha geniş səyləri üçün bir hazırlıq hesab edib və fevral ayından bəri Xartuma həftədə üç reyslə BMT-nin Humanitar Hava Xidmətinin (UNHAS) bərpa olunduğunu açıqlayıb.

Öz növbəsində, Baş nazir Kamil İdris Skau ilə görüşündən sonra verdiyi açıqlamada, hökumətinin bütün maneələri aradan qaldırmaqda, Ümumdünya Ərzaq Proqramının humanitar vəzifələrini yerinə yetirməsi və Sudanın hər yerində yardım göstərməsi üçün onunla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Digər tərəfdən, BMT-nin İnformasiya Mərkəzi tərəfindən yayımlanan bəyanatda Qaçqınlar üzrə Ali Komissarlıq və Ümumdünya Ərzaq Proqramı qeyd edib ki, 428 milyon dollarlıq maliyyə kəsiri aradan qaldırılmasa, Çaddakı qaçqınlara verilən əsas yardımlar yaxın aylarda daha kəskin şəkildə azaldılacaq. Məlumata görə, Çad 1,3 milyon sudanlı qaçqına ev sahibliyi edir. Birgə bəyanatda mövcud resursların qeyri-kafi olduğu, komissarlığın hər on qaçqından yalnız dördünə əsas yardım göstərməsinə imkan verdiyi, bunun isə çox sayda qaçqını sığınacaq, su və əsas səhiyyə xidmətlərindən məhrum qoyduğu bildirilib.

Dron hücumlarının artması

BMT həmçinin bildirib ki, Sudanın Darfur bölgəsindəki bir qəsəbəyə edilən dron hücumu toy mərasiminə isabət edib, nəticədə aralarında qadın və uşaqların da olduğu ən azı 30 mülki şəxs həlak olub. BMT Baş katibinin sözçüsü Stefan Düjarrik toy mərasiminin Şimali Darfurun Kutum qəsəbəsində olduğunu bildirib. Bu hücum, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında 15 aprel 2023-cü ildən bəri davam edən və 40 mindən çox insanın ölümünə səbəb olan müharibədə dronlarla həyata keçirilən ən son intensiv hücumdur.

Son aylarda quru döyüşlərinin intensivliyinin azalması fonunda dronlardan istifadənin kəskin artması müşahidə olunur ki, bu da müharibə dördüncü ilinə yaxınlaşdıqca minlərlə mülki şəxsin ölümünə və yaralanmasına səbəb olur. Kutum qəsəbəsi münaqişənin başlanğıcından bəri RSF-nin nəzarətindədir və mühüm kənd təsərrüfatı bölgəsidir.

Aprelin 3-də Ağ Nil ştatındakı Cəbəleyn xəstəxanasına edilən dron hücumu nəticəsində tibbi və inzibati heyət daxil olmaqla 10 nəfər ölüb, 22 nəfər yaralanıb. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı martın 20-də Şərqi Darfurdakı Əd-Daein tədris xəstəxanasına edilən hücumda 13-ü uşaq olmaqla 64 nəfərin öldüyünü açıqlayıb və bu hücumu münaqişə boyu səhiyyə müəssisəsinə edilən ən ağır zərbələrdən biri kimi xarakterizə edib.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

OmanSudan

Əl-Burhan və Oman sultanı Sudandakı hadisələri müzakirə ediblər

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.