DƏMƏŞQ, Arab.AZ
Suriyanın sabiq prezidenti Bəşşar Əsədin dünən Dəməşqdən Suriya Hava Yollarına məxsus təyyarə ilə qaçarkən qəzaya uğrayaraq öldüyü bildirilir.
Arab.AZ xəbər verir ki, məlumatın doğruluğu hələ təsdiq olunmasa da, müxalif mənbələr bu ehtimalın doğru olduğunu irəli sürüb
Qeyd edək ki, dünən axşam saatlarında Bəşşar Əsədin və ailəsinin ölkədən üç istiqamətdə – Rusiya, İran və BƏƏ-yə qaçdığı iddia olunurdu.
Məlumat üçün bildirək ki, bu gün sübh çağı Suriya müxalifəti paytaxt Dəməşqi ələ keçirib və Əsəd rejiminin süqutu rəsmən elan olunub.