Author: Tasnim Rufizqizi
Bakı. Arab.AZ Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraaya təbrik məktubu ünvanlayıb. Arab.AZ xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edir, xalqınızın rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram. Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır. Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm. Sizə ən xoş…
BAKI, Arab.AZ BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ABŞ-ın dövlət katibi Marko Rubio ilə telefon danışığında “bölgədə hamı üçün təhlükəsizlik və sabitliyi təmin edən ədalətli və hərtərəfli sülhün əldə olunmasının vacibliyini” vurğulayıb. BƏƏ fələstinlilərin məcburi köçürülməsinə və onların fundamental hüquqlarının inkar edilməsinə qəti şəkildə qarşıdır. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Müşahidəçilərin fikrincə, Şeyx Məhəmməd bin Zayedin bu mövqeyi, BƏƏ-nin Misir prezidenti Əbdülfəttah Sisi-yə ABŞ prezidenti Donald Tramp ilə fələstinlilərin köçürülməsi məsələsində yaşanan gərginlikdə kritik anda verdiyi dəstəyin bir hissəsidir. Bu arada diqqət Səudiyyə Ərəbistanına yönəlib, çünki onun Misirə təzyiqləri azaltmaq üçün hansı addımları ata biləcəyi maraq doğurur. Misirin…
ƏLCƏZAİR,ArabAZ İtaliyanın paytaxtı Romada Əlcəzairin yüksək səviyyəli hərbi nümayəndə heyəti İtaliya ilə müdafiə sahəsində tərəfdaşlığın gücləndirilməsi, hərbi texnikanın inkişafı və hərbi sahədə müasir texnologiyalar üzrə kadrların hazırlanması məsələlərini müzakirə edib.ArabAZ xəbər verir ki, görüşlər İtaliya ordusunun qərargahı olan Kornudi sarayında baş tutub. Danışıqlara Əlcəzair Müdafiə Nazirliyinin baş katibi general-mayor Məhəmməd əl-Salih bin Bişe və İtaliya Müdafiə Nazirliyinin baş katibi Luisa Rikkardi rəhbərlik edib.Danışıqlara “Bolzanoda (şimalda) İveco müdafiə zavodu və Ronçi di Legionaridəki (şimal-şərq) Leonardo zavodu kimi İtaliyanın sənaye obyektlərinə strateji səfərlərin təşkili” daxil edilib.Luisa Rikkardi görüşlərin əvvəlində Əlcəzairin “Aralıq dənizində sabitlik limanı, Avropa və NATO-nun cənub hissəsində strateji tərəfdaş” olduğunu…
DƏMƏŞQ,ArabAZ İran lideri Əli Xameneyi Suriyada mövcud olan Amerika qüvvələrini təhdid edərək, onların bazalarının salamat qalmasının “mümkünsüz” olacağını bildirib.ArabAZ xəbər verir ki, Xamenei İranın regional strategiyasının memarı, Suriya qəssabı general Qasım Süleymaninin öldürülməsinin beşinci ildönümü mərasimində deyib ki, Suriya “xaos vəziyyətində yaşayır və onun torpaqları xarici güclər tərəfindən işğal olunur. Bir tərəfdən Amerika, digər tərəfdən sionist varlıq, üçüncü tərəfdən bəzi azğın ölkələr”. (azğın ölkələr dedikdə ahıl yaxşı Xameneyi Türkiyəni nəzərdə tutur). “Təcavüzkar müsəlman millətin torpağını tərk etməlidir, əks halda qovulacaq.Amerika hərbi bazaları suriyalı gənclərin ayaqları altında tapdalanacaq”-deyə ömrünün son illərini yaşayan Xameneyi bildirib. Xamenei ölkəsinin regional strategiyasını müdafiə edərək, 2001-ci…
BAKI. Arab.AZ: Azərbaycanın Suriyaya ilk humanitar yardım karvanı yola düşüb. Arab.AZ xəbər verir ki, bu, Azərbaycandan Suriyaya gedən ilk yardım konvoyudur. Bu yardım konvoyunda 200 tona yaxın qida və ərzaq məhsullarını əhatə edir və 10 maşından ibarətdir. Xatırladaq ki, Suriyanın müxalifət qüvvələri dekabrın 8-də Dəməşqə daxil olub və prezident Bəşər Əsəd ölkədən qaçıb. Xilas hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir dekabrın 10-da Suriya keçid kabinetinin rəhbəri təyin olunub. Qeyd edək ki, 29 dekabr tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib. Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir…
BAKI. Arab.AZ Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Suriyada səfərdədir. Arab.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində 29 dekabr tarixində nazir müavini Yalçın Rəfiyev ilə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb. Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə Respublikası ilə birlikdə Suriyanın yanında olduğu bildirilib. Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub. Humanitar məqsədli…
BAKI,ArabAZ İran 25 ildir ki, dəyişən dünyada dövləti və onun mollaların maraqlarını qorumağa çalışan “inqilabçı” ideoloji ölçü ilə strateji baxış arasında kəskin daxili münaqişə yaşayır. Bir çox siyasi analitiklər İranın son 10 ildə siyasi sizofreniya yaşadığını iddia edir. İranda köklü transformasiyalara ümidlərə baxmayaraq, islahat cəhdləri ənənəvi güc mərkəzlərinin müqaviməti ilə toqquşdu. Bu da “inqilab” prinsipləri ilə milli maraqların tələbləri arasındakı ziddiyyətin köklü şəkildə həllinə və ya bu iki ziddiyyətli yanaşma arasında davamlı konsensusa nail olunmasına mane oldu. 2000-ci ildən İran hakimiyyətin məhdud səlahiyyətlərə malik olan respublikanın beş prezidenti dəyişdi. Bu dönəm ərzində ölkədə siyasi mübarizə iki əsas qüvvə “islahatçı” və…
DƏMƏŞQ. Arab.AZ Dekabrın 8-də Bəşşar Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gələn müxaliflər yeni höküməti formalaşdırmağa başlayıblar. Arab.AZ xəbər verir ki, yeni formalaşdırılan hökümətdə Türkiyə universitetlərinin məzunları nazir, vali və digər önəmli postlara təyin olunurlar. Misal üçün, Suriyanın yeni xarici işlər nazirliyinə Türkiyənin Sabahaddin Zaim universitetinin yetirməsi, Hələb valiliyinə isə Bingöl Universiteti məzunu təyin ediliblər. Digər tərəfdən, Suriya höküməti Türkiyəyə qarşı çox ilımlı mesajlar verməkdədir ki bu da Türkiyənin bölgədə artan gücünün və eləcə də, Suriyanın gələcəyində Türkiyənin aparıcı rola sahib olduğunu söyləməyə əsas verir.
QÜDS,ArabAZ Qəzza zolağında döyüş tapşırıqlarını yerinə yetirən bir sıra İsrail əsgərləri və zabitləri uşaqların da öldürüldüyünü etiraf ediblər. “Biz HƏMAS üzvü olmayan və HƏMAS-la bir əlaqəsi olmayan mülki vətəndaşları və eləcə də azyaşçlı uşaqları öldürdük”-deyə Haaretz qəzetoinin dərc etdiyi materialda deyilir.Qəzet istintaq metiallarındakı əsgərlərin ifadələrini əsas gətirərək yazır “ Əməliyyat sonrası bütün meyitlər bir yana yığılırdı daha sonra əraziyə itlər buraxılır də. Bu itlər əsasən azyşalı uşaqların meyitini yeyirdilər”.“Netzarim dəhlizinin eni 7 km-dir və Kibbutz Beeri yaxınlığında başlayır və İsrail ordusunun ələ keçirdiyi sahil xətti ilə bitir. Küçələrə asfalt döşənmək, hərbi məntəqələr salmaq üçün bütün ərazidən sakinlər evakuasiya edilib, evlər…
ANKARA,ArabAZ 2024-cü ilin yanvar-noyabr aylarında Əlcəzairdən Türk limanlarına 6 milyon 86 min 336 ton yük daşınıb. Bu barədə ArabAZ – a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Əlcəzairdən Türkiyə limanlarına 56 min 696 ton yük daşıyıb. “Bu ilin yanvar-noyabr aylarında Əlcəzairdən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 3 milyon 911 min 97 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Əlcəzairdən Türkiyəyə Əlcəzair bayrağı ilə üzən gəmilərlə 2 milyon 118 min 543 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-noyabr…