BEYRUT,ArabAZ
Suriyada baş verənlər böyük və təhlükəli transformasiyadır,ArabAZ xəbər verir ki, bunu Livanda
“Müqavimətə Sadiqlik” blokunun üzvü, deputat Həsən Fədlallah deyib.
“Suriyada baş verənlər böyük, təhlükəli və yeni bir transformasiyadır. Bunun necə və nə üçün baş verdiyini qiymətləndirmək lazımdır və qiymətləndirmə aparılmır.” – deyə o qeyd edib.
Qeyd edək ki, Hizbullah İsrailə qarşı müharibə aparmaq üçün Suriyadan öz billiklərinin çıxarıb.
Bəşər Əsəd rejiminin devrilməsi Hizbullahı Livanın şərq sərhədində mühüm müttəfiqindən məhrum etdi. Əsədin hakimiyyəti altında olan Suriya İran üçün Hizbullahı silahla təmin etmək üçün mühüm kanal idi.
Heyət Təhrir əş-Şamın başçılıq etdiyi silahlı Suriya müxalifəti bazar günü Dəməşqə girərək, paytaxta nəzarəti ələ keçirib və Əsədi Rusiyaya qaçmağa məcbur edib.
İsrailin Qəzza zolağında müharibəsi ilə eyni vaxtda bir ildən çox davam edən döyüşlər zamanı İsrail Hizbullaha güclü zərbələr endirib.
Livanda atəşkəs razılaşması noyabrın 27-də qüvvəyə minib.