Bakı, Arab.AZ
HƏMAS, İsrailin Qəzzaya humanitar yardımların girişini dayandırmasına sərt reaksiya verib.
Arab.AZ AzerVoice-ə istinadən xəbər verir ki, HƏMAS, İsrailin humanitar yardımların girişini dayandırmasını ucuz şantaj, müharibə cinayəti və razılaşmaya açıq şəkildə zərbə kimi qiymətləndirib.
HƏMAS-ın verdiyi açıqlama qeyd edilib ki, vasitəçi dövlətlər və beynəlxalq ictimaiyyət, Qəzza zolağında iki milyondan çox insana qarşı tətbiq edilən cəzalandırıcı və qeyri-etik tədbirləri dayandırmaq üçün dərhal hərəkətə keçməlidir.
Qeyd edək ki, daha öncə İsrail baş naziri Benyamin Netanyahu Qəzzaya humanitar yardımın girişini dayandırmağı haqda qərar qəbul edib. Baş nazirin ofisinin verdiyi açıqlamada qeyd olunur ki, bu qərar HƏMAS-ın Uitkoff planını qəbul etməməsi, və İsrailli girovların təhvil verməsindən imtina etməsi fonunda qəbul edilib. Açıqlamada bildirilib ki, İsrail, girovlar azad olunmadan atəşkəsə icazə verməyəcək. Əgər HƏMAS imtinasını etməyə davam edərsə, bunun əlavə nəticələri olacaq.
Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubio İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını sürətləndirilməsi haqda bəyannamə imzalayıb. Rubionun verdiyi açıqlamada qeyd edilib ki, 20 yanvar tarixində hakimiyyətə gələn Tramp administrasiyası İsrailə təxminən 12 milyard dollar dəyərində silah satışına razılıq verib. O, əlavə edib ki, ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini yerinə yetirmək üçün mövcud bütün vasitələrdən istifadə etməyə davam edəcəklər.