BAKI, Arab.AZ
Suriya prezidenti Əhməd əl Şəranın mayın 17-də İraqın paytaxtı Bağdadda keçiriləcək Ərəb Liqası sammitinə dəvət olunması ilə bağlı mübahisələr davam edir.
Arab.AZ-ın məlumatına görə, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani Şəraa üçün rəsmi dəvət göndərdiyini elan edildikdən sonra, bəzi siyasi liderlər buna kəskin şəkildə etiraz ediblər.
İraq Xarici İşlər Nazirliyi ərəb liderlərinə rəsmi dəvətləri göndərməyə başladıqdan sonra, Şəraın iştirakı ilə bağlı etiraz bəyanatları artıb, lakin bəzi digər qurumlar onun dəvət olunmasını müsbət qarşılayıblar.
Mənbələrə görə, qəzəbin əsas səbəbi Əs-Sudani ilə Şəraın Qətərdəki gizli görüşüdür.
Əsədin dəvətinə qarşı çıxanlar əsasən “Koordinasiya Çərçivəsi”ndəki silahlı qruplar və İslam Dəvət Partiyasıdır. Digər tərəfdə isə “Hikmə” Hərəkatı, “Nəsr” Koalisiyası və Baş nazir Məhəmməd Şiya əs-Sudani kimi aktorlar ya susurlar, ya da dolayı şəkildə razılıq bildirirlər.
İslam Dəvət Partiyası bazar günü yaydığı bəyanatda Şəranın dəvət olunmasını sərt şəkildə tənqid edib.
Partiya bildirib ki, Ərəb Liqası Nizamnaməsinə əsasən bütün dövlətlərə dəvət göndərilməlidir, lakin sammit iştirakçılarının həm İraq, həm də beynəlxalq hüquqda təmiz keçmişə malik olmaları vacibdir. Bildirilib ki, İraq vətəndaşlarının qanına batan və ya onlara qarşı cinayətlərdə əli olanlar dəvət olunmamalıdır.