BAKI, Arab.AZ
İranın qərbində yerləşən Urmiya şəhərində çərşənbə günü səhər saatlarında İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-la əməkdaşlıqda ittiham olunan 3 nəfər edam olunub.
Arab.AZ xəbər verir ki, adıçəkilən şəxslər İran rəsmilərinə qarşı sui-qəsd planları qurmaq və ölkəyə bu məqsədlə avadanlıq idxal etməkdə ittiham olunublar.
Onlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və məhkəməyə çıxarılıb.
Məhkəmə prosesi qanunvericiliyə uyğun şəkildə başa çatdıqdan sonra təqsirləndirilən şəxslər barəsində çıxarılan ölüm hökmləri bu gün səhər icra olunub.
İran rəsmiləri bu edamların dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərə qarşı sərt mövqenin göstəricisi olduğunu bildiriblər.