Bakı,ArabAZ
Səudiyyə Qəzza eskalasiyasını dayandırmaq üçün səylərini davam etdirir,ArabAZ xəbərv verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud Ər-Riyadda Fələstin prezidenti Mahmud Abbasla görüşü zamanı bildirib.
Görüş zamanı tərəflər Qəzza və onun ətrafındakı hərbi əməliyyatları müzakirə ediblər, vəliəhd şahzadə eskalasiyanı dayandırmaq üçün Krallığın bütün beynəlxalq və regional tərəflərlə əlaqə saxlamaqda davam edən səylərini vurğulayıb.
Görüşdə müdafiə naziri Şahzadə Xalid bin Salman bin Əbdüləziz, Xarici İşlər Naziri Şahzadə Faysal bin Fərhan bin Abdullah, Baş Kəşfiyyatın prezidenti Xalid bin Əli Əl-Hümeydan,Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri, eyni zamanda Səudiyyə Ərəbistanının Fələstin Dövlətində qeyri-rezident səfiri Naif bin Bandar Al-Sudairi də iştirak edib.