Beyrut, ArabAZ
İsrailin Livana qarşı müharibəsinin dayandırılması ilə bağlı heç bir müsbət irəliləyiş yoxdur, ABŞ müharibənin dayandırılmasının tərəfdarı olduqlarını söyləsə də bunu üçün, daha doğrusu sülh üçün heç nə etmir.ArabAZ xəbər verir ki, bunu Livan parlamentinin sədri Nəbih Bərri deyib.
Bərri qeyd edib ki, Livanın mövqeyi hələ də baş nazir Nəcib Miqati və Druzi lideri Valid Cumblatt ilə görüşündə təsdiq edilmiş prinsiplərə əsaslanır.
“Fransızlar bu vəziyyətdə hələ də bizimlədir, ingilislər də. Amerikalılara gəlincə, onlar bizimlə olduqlarını deyirlər, lakin təcavüzün qarşısını almaq üçün heç nə etmirlər”.