ƏR-RİYAD,ArabAZ
Sudanda 14 milyondan çox insan öz evlərini tərk edib,ArabAZ xəbər verir ki, bu haqda Beynəlxalq Miqrasiya Təşkilatının direktoru Amy Pope deiyb.
“11 milyon insan ölkə daxilində didərgin düşüb, 3,1 milyon insan isə sərhədi keçənlərdir. Beləliklə; Köçkünlərin sayının hazırda 14 milyon nəfərdən çox olduğu təxmin edilir”, – deyə o bildirib.
Müvafiq kontekstdə, Birləşmiş Millətlər Təşkilatının bu gün (çərşənbə axşamı) dərc etdiyi araşdırmaya görə, zorlama cinayətləri 18 aylıq vətəndaş müharibəsindən sonra Sudanda maksimum həddə çatıb.
Sudandakı vəziyyətlə bağlı “Müstəqil Beynəlxalq Fakt Araşdıran Missiya”nın rəhbəri Məhəmməd Şandi Osman Sudanda cinsi zorakılığın miqyasının dəhşətli olduğunu bildirib.