Cümə axşamı, 25 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

İranda məscid yandıran din xadimi edam edildi

Aprel 22, 2026 6:48 axşam
Paylaş
Paylaş

İranın məhkəmə hakimiyyəti çərşənbə akşamı bir din xadiminin edam edildiyini elan edib. O, İsrailin kəşfiyyat xidməti “Mossad” ilə əməkdaşlıqda və ötən yanvar ayında İslam Respublikasında baş verən etiraz dalğası zamanı Tehranda böyük bir məscidin yandırılmasında iştirakda ittiham olunub.

ArabAZ xəbər verir ki, məhkəmə sisteminə bağlı “Mizan” agentliyinin “Frans-Press” (AFP) agentliyinə istinadən verdiyi məlumata görə, Əmir Əli Mircəfəri “Qolhək Böyük Məscidi“ni yandırmaqda və İsrail kəşfiyyat xidməti “Mossad” ilə əməkdaşlıq etməkdə təqsirli bilinib.

Bununla da Mircəfəri, yanvar etirazları ilə əlaqədar bir aydan bir qədər artıq müddət ərzində asılaraq edam edilən səkkizinci şəxs olub. İnsan haqları təşkilatları Tehranı cəmiyyətdə qorxu yaratmaq üçün edam cəzasından istifadə etməkdə və ABŞ və İsraillə müharibə fonunda siyasi məhbusların edamını sürətləndirməkdə ittiham edirlər.

Mənzil-qərargahı Norveçdə yerləşən “İranda İnsan Haqları” təşkilatı bildirib ki, hakimiyyət “etirazçıların edamını sürətləndirmək üçün daxili etirazları xarici qurumlar üçün casusluqla əlaqələndirmək strategiyasını davam etdirir”. Təşkilat həmçinin əlavə edib ki, Mircəfərinin saxlanma şəraiti və ya işinin təfərrüatları barədə müstəqil məlumat yoxdur.

Təşkilatın iddiasına görə, Mircəfəri məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni Ejeinin göstərişi ilə keçirilən sürətli məhkəmə proseslərindən sonra edam edilən səkkizinci şəxsdir.

19 mart tarixindən edamların icrası bərpa edildikdən sonra hakimiyyət həmçinin İranda qadağan olunmuş müxalif “Xalqın Mücahidləri” təşkilatının 8 üzvünü də edam edib. İnsan haqları qrupu daha çox edamın icra edilə biləcəyi barədə xəbərdarlıq edərək qeyd edib ki, “yüzlərlə etirazçı edam hökmü ilə üz-üzədir, onlardan ən azı 30-u barəsində yekun qərar çıxarılıb”.

Eyni kontekstdə, ABŞ Prezidenti Donald Tramp çərşənbə akşamı bildirib ki, İran edam təhlükəsi ilə üzləşdiyi deyilən 8 qadını sərbəst buraxmaqla Vaşinqtonla sülh danışıqlarının uğur şansını artıra bilər. Trampın bu bəyanatı “X” platformasında 8 qadının asılaraq edam edilmə təhlükəsi ilə bağlı şərhin təkrar paylaşılması ilə müşayiət olunub, lakin bu məlumat müstəqil şəkildə təsdiqlənməyib.

İranın məhkəmə hakimiyyəti çərşənbə akşamı edam təhlükəsi ilə üzləşən 8 qadının olması barədə məlumatı təkzib edib. “Mizan” agentliyi “Tramp bir daha yalan xəbərlərlə aldadılıb” deyərək əlavə edib: “Edam təhlükəsi olduğu deyilən qadınların bəziləri sərbəst buraxılıb, digərləri isə təqsirli bilinəcəkləri təqdirdə cəzası həbsdən artıq olmayacaq ittihamlarla üzləşiblər”.

ABŞ-dakı “Əbdürrəhman Borumənd Mərkəzi” də daxil olmaqla bir neçə insan haqları təşkilatının məlumatına görə, Bita Hemməti adlı qadın etirazlar zamanı binanın üstündən polisə beton parçaları atmaq ittihamı ilə edam cəzasına məhkum edilib.

“İranda İnsan Haqları” təşkilatı və “Edama Qarşı Birlikdə” təşkilatının verdiyi məlumata görə, İran 2025-ci il ərzində ən azı 48 qadını edam edib ki, bu da son 20 ildən artıq müddətdə qeydə alınan ən yüksək göstəricidir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

İran

İrana qarşı iqtisadi və logistik mühasirə

Müəllif:
mail.azerpress@gmail.com
İran

Danışıqlara hazırıq – İran

Müəllif:
mail.azerpress@gmail.com
İran

İran hər gün nə qədər pul itirir ?

Müəllif:
mail.azerpress@gmail.com
İran

İranlıların 87%-i danışıqlara yox deyir

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.