Bakı, Arab.AZ
Mahmud Abbasın Qəzzaya səfər etməsi üçün İsrailə təzyiq edilməlidir.
Arab.AZ xəbər verir ki, bu barədə Fələstinin xarici işlər üzrə dövlət naziri Varsen Ağabekyan Şahin deyib.
O, beynəlxalq ictimaiyyəti Fələstin prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər edə bilməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb.
“Bu səfərdən xəbəri olan bütün ölkələr səfərin təşkilində iştirak etməli və işğalçı İsrailə təzyiq etməlidir. Maneələr olsa belə, səfərin baş tutması üçün beynəlxalq təzyiq lazımdır. Ümid edirik ki, səfər baş tutacaq.” – deyə nazir qeyd edib.
Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Şurasının üzvü Vasil Əbu Yusuf bildirib ki, İsraillə görüşən ölkələrdən hələlik heç bir cavab verilməyib.
“İndiyə qədər eşitdiyimiz mənfi cavablar İsrail mediasından gəlir. Səfərin uğurlu olması üçün ciddi şəkildə çalışırıq.” – deyə Yusuf qeyd edib.
Hafiz Rufizoğlu