BEYRUT,ArabAZ
ABŞ nümayəndəsi Amos Hokşteyn sabah, çərşənbə axşamı Beyruta səfər edəcək,ArabAZ xəbər verir ki, məqsəd Livan Hizbullah qrupu ilə İsrail arasında atəşkəslə bağlı danışıqlar aparmaqdır.
Livan parlamentinin nümayəndəsi Qasım Haşim xəbəri təsdiq edib.
“ABŞ Livan dövlətinə yeni atəşkəs təklifi təqdim etmişdi. Ümid edirəm ki, bir ildən artıqdır ki, davam edən döyüşlər dayanacaq”-deyə o bildirib.