Author: Arab Az

ƏR-RİYAD,ArabAZKral Salman Humanitar Yardım və Yardım Mərkəzi (KSrelief) Sudan Respublikasının Nil çayı əyalətinin Berber və Abidiya bölgələrində məcburi köçkün ailələrinə 1000 ərzaq səbəti paylayıb. ArabAZ xəbər verir ki, bu humanitar paketdən ümimilikdə 5 min 850 nəfər faydalanıb.Bu yardım Sudan Respublikasında 2024-cü il üçün ərzaq təhlükəsizliyinə dəstək layihəsinin bir hissəsidir.O, Səudiyyə Ərəbistanı Krallığının humanitar qolu olan KSrelief vasitəsilə insanların həyatının yüngülləşdirmək üçün göstərdiyi yardım və humanitar səylər çərçivəsində həyata keçirilir.

Ətraflı

 ƏR-RİYAD ,ArabAZ Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman bin Əbdüləziz ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefonla danışıb. ArabAZ xəbər verir ki, iki nazir Səudiyyə-ABŞ strateji münasibətlərini və müdafiə tərəfdaşlığı çərçivəsində onun inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər. Onlar həmçinin son regional və beynəlxalq hadisələri, regionda gərginliyin azaldılması səylərini, regional təhlükəsizlik və sabitliyin təmin edilməsi yollarını müzakirə ediblər.

Ətraflı

QÜDS,ArabAZİsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi günü HƏMAS-ın İbrani dövlətinə misli görünməmiş hücumunun birinci ildönümünü qeyd edən mərasimdə Qəzza zolağında saxlanılan girovları evlərinə qaytaracağına söz verib. Bu haqda ArabAZ xəbər verir.“Bu gün bu yerdə və ölkəmizin bir çox yerində vətənin və ölkənin müdafiəsində ölənlərimizi, evlərinə qayıtmaq borcumuz olan girovlarımızı və ölən qəhrəmanlarımızı xatırlayırıq.Bir il əvvəl dəhşətli bir qırğın yaşadıq və şir kimi bir xalq kimi ayağa qalxdıq.”-deyə o bildirib.Öz növbəsində, İsrailin müdafiə naziri Yoav Qalant bu gün ordunun İbrani dövlətinin düşmənləri ilə döyüşməkdə qərarlı olduğunu açıqlayıb. Gallant bəyanatında vurğuladı ki, “İsrail düşmənlərimizi məğlub etmək və ölkəmizi müdafiə etmək üçün…

Ətraflı

QÜDS,ArabAZ Oktyabrın 7-də HƏMAS-ın hücumuna cavab olaraq İsrailin Qəzzaya qarşı bir ildir davam edən müharibəsi on minlərlə fələstinlinin ölümünə və mühasirəyə alınmış sahil anklavında geniş dağıntılara səbəb olub. Aşağıda ölüm və dağıntının dərəcəsini göstərən bəzi rəqəmlər verilmişdir. Bu məlumatlar İsrail hökuməti mənbələrinə və eləcə də Qəzza Səhiyyə Nazirliyinə isitnadən hazırlanıb. Qurbanlar: Qəzzada öldürülən fələstinlilərin sayı: 41 mindən çoxQəzzada yaralanan fələstinlilərin sayı: 96 mindən çoxİsraildə ölənlərin sayı: təxminən 1200Qəzzada girov saxlanılanların sayı: 251Qəzzada yaşayan girovların sayı: 66, o cümlədən oktyabrın 7-dən əvvəl 2 nəfərÖlən Qəzza məhbuslarının sayı: 35, o cümlədən 2 oktyabrın 7-dən əvvəl Əsgərlər və döyüşçülər: İsrail ordusunun öldürdüyü HƏMAS…

Ətraflı

QÜDS,ArabAZ HƏMAS hərəkatının xaricdəki rəhbəri Xalid Məşəl bazar ertəsi günü bildirib ki, 2023-cü il oktyabrın 7-də hərəkatın bir il əvvəl İsrailə qarşı başlatdığı hücum yəhudi dövlətini “sıfır nöqtəsinə” qaytarıb. ArabAZ xəbər verir ki, o qeyd edib ki, Əqsa Tufanı İsrailin varlığını təhlükə altına aldı. “Əqsa tufanı” hücumu “məhbuslara qarşı zorakılıq cinayətlərinin artması və Qəzza və İordan çayının qərb sahilində fələstinlilərə tətbiq edilən məhdudiyyətlərin artması nəticəsində baş verib.Bu əməliyyatdan öncə İsrail Əqsa məscidini sökəcəkdi.Bölgənin tam olaraq yəhudiləşməsi aparılırdı”-deyə o bildirib. Məşəl çıxışı zamanı İsrailin yavaş-yavaş beynəlxalq dəstəyi itirdiyini vurğulayaraq, “Düşmən bir il ərzində Qəzzada müqavimətə qarşı məqsədlərinə nail ola bilmədi, buna…

Ətraflı

LONDON,ArabAZ Minlərlə nümayişçi dünyanın bir sıra böyük şəhərlərində küçələrə çıxıb,Qəzzə müharibəsinin dayandırılmasını tələb edirlər. Nümayişlər Qəzzə zolağında İsrail aqressiyasının bir ilinə təsadüf edir. Londonun mərkəzində keçirilən yürüşdə 40 minə yaxın nümayişçi, Paris, Roma, Manila və Keyptaunda isə minlərlə nümayişçi toplaşıb. Qəzza zolağında müharibə Fələstin İslami Diriliş Hərəkatının (HƏMAS) rəhbərlik etdiyi silahlı şəxslərin oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra başlayıb. İsrailin statistikasına görə, HƏMAS -ın hücumu 1200 nəfərin ölümü və 250 nəfərin girov götürülməsi ilə nəticələnib. İsrailin Qəzzaya növbəti hücumu, Zolağın Səhiyyə Nazirliyinin məlumatına görə, təxminən 42 min fələstinlinin ölümünə, eləcə də 2,3 milyonluq əhalinin demək olar ki, hamısını didərgin salınmasına…

Ətraflı

Bakı,ArabAZ Qətər Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının onuncu sessiyasında işitrak edir. ArabAZ xəbər verir ki, bu il oktyabrın 8-nə kimi davam edən sərgi Azərbaycan şairi və filosofu Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub. Qətərin sərgidə iştirakı mədəni və intellektual ünsiyyəti artırmaqla yanaşı, ölkənin intellektual istehsalını nümayiş etdirmək və eləcə də, Doha Beynəlxalq Kitab Sərgisini və Mədəniyyət Nazirliyinin elektron kitabxanasını tanıtmaq məqsədi daşıyır. “Mədəniyyət Nazirliyi Qətər ədəbiyyatı və mədəniyyətinin aspektlərini əks etdirən belə beynəlxalq sərgilərdə və həmçinin akı Beynəlxalq Kitab Sərgisində iştirak etməkdə maraqlıdır. Nazirliyin romanlar, hüquq, sosial elmlər və…

Ətraflı

DUBAY,ArabAZ Emirates Hava Yolları keçən ay Livan Hizbullah qruplaşmasını hədəf alan hücumlardan sonra bu tip simsiz rabitə cihazlarını və eləcə də sərnişinlərə uçuşlarında peyjer və radio aparatları daşımağı qadağan edib.ArabAZ xəbər verir ki, Dubayda yerləşən şirkət öz saytında verdiyi açıqlamada deyilir: “Dubaya və ya Dubadan keçən bütün sərnişinlərə qeydiyyatdan keçmiş baqajda peyjer və radio aparatları daşımaq və ya təyyarənin göyərtəsində daşımaq qadağandır”. Ciddi təhlükəsizlik tədbirlərinin bir hissəsi olaraq tapılan qadağan olunmuş əşyalar Dubay Polisi tərəfindən müsadirə olunacaq. Yaxın Şərqin ən böyük hava yolu şirkəti həmçinin İraq və İrana uçuşların dayandırılmasının çərşənbə axşamına qədər davam edəcəyini, İordaniyaya uçuşların isə sabah (bazar)…

Ətraflı

QÜDS,ArabAZ Merkava əsas döyüş tankı İsrail zirehli qüvvələrinin onurğa sütunudur və bu illər ərzində dördüncü versiyaya çatana qədər bir çox təkmilləşdirmələrin şahidi olmuşdur. İsrailin əsas döyüş tankı istehsal etməyə vadar edən, onun Britaniya Centurion tankına arxalanaraq 1973-cü ilin oktyabr müharibəsində verdiyi ağır itkilər olub. Merkava, 2004-cü ildə xidmətə girən dördüncü versiya olan “Merkava-4″ə çatana qədər bir çox dəyişiklik və təkmilləşdirmələrdən keçdi, lakin üçüncü versiya olan “Merkava-3” ən çox istehsal ediləndir. Merkava-4 tankında 120 mm-lik əsas top, 12 tüstü qumbaraatan və 60 mm-lik minaatan var. Merkava-nın dördüncü versiyasında “Trophy” aktiv mühafizə sistemi mövcuddur ki, bu da onu tank əleyhinə raketlərdən qorumaq…

Ətraflı

QAHİRƏ,ArabAZ Misir Prezidenti Sisi ölkənin Silahlı Qüvvələrin Ali Şurasının iclasına sədrlik edib. ArabAZ xəbər verir ki, bu haqda Prezident administrasiyası bəyanatında deyilir. “Prezident Sisi Misir xalqını və Silahlı Qüvvələrin övladlarını Oktyabr müharibəsində qələbənin ildönümünü qeyd etməsi münasibətilə təbrik edib. Şənbə günü səhər, 1973-cü il 6 oktyabr müharibəsinin 51-ci ildönümünü qeyd edən prezident Sisi Nəsr şəhərindəki Naməlum Əsgər Memorialına, həmçinin mərhum prezidentlər Ənvər Əl-Sadat və Camal Abdel-Nasirin məzarlarına əklillər qoyub”-deyə bəyanatda deyilir.

Ətraflı