Author: BeyrutArabAZ

Ankara, ArabAZ Axşam saatlarında Suriya ərazisindən atılan raket mərmiləri Türkiyənin Kilis şəhərinə düşüb. ArabAZ xəbər verir ki, raket Suriyada baş verən qarşıdurma zamanı atılıb. Türkiyə Silahlı Qüvvələrinin raket mərmisinin düşməsi nəticəsində bölgəyə artilleriya atəşi açdığı iddia edilib. Təhlükəsizlik mənbələri isə bu məlumatı yalanlayıb. Həmçinin bölgədə heç bir qarşıdurmanın olmadığı deyilib. Raketin minalanmış əraziyə düşdüyü və ərazidə yanğın başladığı bildirilir.

Ətraflı

Bakı, ArabAZ “Cari ilin aprelin ayında İranla İsrail arasında növbəti gərginlik başlayandan sonra Tehranın Yaxın Şərq turnesi, əslində, yeni tendensiya deyil. Daha öncə də iranlı rəsmilər Səudiyyə Ərəbistanına səfər etmişdilər. Sadəcə, burada nəticələr Tehran üçün qənaətbəxş olmadı”. ArabAZ xəbər verir ki, bu sözləri Yenicag.az -a açıqlamasında politoloq Rufiz Hafizoğlu deyib. O, İranın xarici işlər naziri Abbas Araqçinin sürpriz İordaniya səfərinin siyasi motivlərini analiz edib. Onun sözlərinə görə, istisnasız olaraq, bütün ərəb dövlətlərinin istəkləri budur ki, Səddam Hüseyn rejiminin süqutu ilə başlayan İran erası Yaxın Şərqdə tamamilə bitsin: “Heç bir halda, Səudiyyə Ərəbistanı İrana İsraillə ehtimal olunan müharibədə hər hansı bir dəstək verməyəcək. Ümumiyyətlə,…

Ətraflı

BEYRUT,ArabAZ İsrail ordusunun bombardmanlarından xilas olmaq üçün evlərini tərk edən Livanın cənubunda yaşayan uşaqlarının həyatları dəyişdi.Görüntülər 2006-cı ildə Livan Hizbullah-İsrail müharibəsi fonunda baş verən və “İyul Döyüşü ” kimi tanınan köçkün dalğasını da xatırladır .

Ətraflı

QÜDS, ArabAZ Ötən bazar İsrail ordusunun təlim qərargahını hədəf alan pilotsuz təyyarə hücumu İsrailin hava hücumundan müdafiə sistemi olan Dəmir Qübbə ilə bağlı müzakirələri sürətləndirib. Həmçinin Qəzzadan, Livandan, İrandan və Yəməndən atılan 26 mindən çox raket və pilotsuz təyyarə İsrailin raket ehtiyatını tükəndirib. İsrailin Dəmir Qübbəsinin kamikadze pilotsuz uçan aparatlara qarşı təsirsiz olduğunu deyən mütəxəssislər sistemin təkmilləşdirilməli olduğunu bildiriblər. ABŞ-nin THAAD hava hücumundan müdafiə sistemini İsrailə göndərməsi də Dəmir Qübbənin yetərsizliyini dəstəkləyən amil kimi qiymətləndirilib. Xatırladaq ki, Hayfanın Binyamina qəsəbəsində İsrail ordusu hədəf alan PUA hücumu 4 İsrail əsgərinin ölümünə, 70-dən çox əsgərin yaralanmasına səbəb olub. Hücumdan sonra Hizbullah tərəfindən…

Ətraflı

Ankara, ArabAZ 2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyədən Səudiyyə Ərəbistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur, 103 milyon 99 min 89 dollara bərabər olub. Bu barədə ArabAZ-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər. “Bu ilin sentyabr ayında Türkiyə Səudiyyə Ərəbistan 10 milyon 499 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 22,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib. Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 5 milyard 828 milyon 607 min dollara bərabər olub. “Bu ilin sentyabr ayında Türkiyə…

Ətraflı

QÜDS, ArabAZ Rəsmi olaraq Kəşfiyyat və Xüsusi Əməliyyatlar İnstitutu kimi tanınan Mossad, ölkənin ilk baş naziri David Ben-Qurion tərəfindən 1949-cu ildə, İsrail Dövlətinin qurulmasından cəmi bir neçə ay sonra yaradılıb. Mütəxəssislərin fikrincə İsrailin xarici kəşfiyyat agentliyi olan Mossad ABŞ-ın CIA və İngiltərənin MI6-sı ilə bənzərdir. Fərq ondadır ki, Mossad daha geniş səlahiyyətlərə malikdir. Agentliyin missiyası “kəşfiyyat məlumatları toplamaq, təhdidlərin qarşısını almaq, həmçinin İsrail Dövləti ilə yəhudi xalqının təhlükəsizliyini təmin etməkdir”. Mossad-ın internet saytında yazılan yazıda Mossadın “cəsarət, müdriklik və hiyləgərliklə xaricdə gizli fəaliyyətlər həyata keçirə bilən cəmiyyətin ən istedadlı şəxslərinə arxalanacağını” bildirilir. Agentliyin məxfiliyinə o qədər diqqət edilirdi ki, 1990-cı…

Ətraflı

BEYRUT,ArabAZ Hizbullahın İsrail hərbi bazalarına qarşı gücləndirdiyi hücum, xüsusilə də son günlərdə Hayfanın cənubundakı Binyamina qəsəbəsindəki Qolani Briqadasına aid düşərgəyə pilotsuz təyyarəllə hücum, təşkilatın İsrailin digər hərbi bazalarına hücum edib-etməyəcəyi sualını doğurur.İstisna edilmir ki, “Peycer əməliyatlarından” sonra, Hizbullah yenidən gücünü bərpa edə bilib və müharibənin yeni mərhələsinə qədəm qoyub.Təqaüddə olan briqada generalı Məhəmməd Rammal hesab edir ki, “(Hizbullah) nəhayət ki, müharibənin başlanğıcından bəri hərbi obyektlərə hücum təşkil edə bildi.“Bu, eskalasiyanın yeni mərhələyə keşdiyini söyləməyə əsas verməsə də, hədəf çoxlu sayda əsgəri əhatə edirdi, buna görə də itkilərin sayı daha çox idi”-deyə o bildirib. O hesab edir ki, Hizbullahın metod və…

Ətraflı

BEYRUT,ArabAZ Avstraliya vətəndaşlarını “uçuşlar hələ də mövcud olduğu müddətdə” İsraili tərk etməyə çağırır. ArabAZ xəbər verir ki,Avstraliya öz vətəndaşlarına İsrailə səyahət etməmək barədə xəbərdarlıq edib və kommersiya uçuşları hələ də mövcud olduğu müddətdə oradakı vətəndaşlarını tərk etməyə çağırıb. Bu İsrail və Livanın Hizbullah qruplaşması arasındakı münaqişə ilə əlaqələndirilib. “Avstraliya hökuməti İsraildə və işğal olunmuş Fələstin ərazilərində təhlükəsizlik vəziyyətinin sürətlə pisləşə biləcəyindən ciddi narahatdır”, -deyə Xarici İşlər Naziri Penny Wang bazar ertəsi axşam X platformasında yazıb. Avstraliya hökuməti öz tövsiyəsində bəyan edib ki, İsrailə və İsrailin maraqlarına qarşı hərbi və terror hücumları təhlükəsi hələ də bütün regionda mövcuddur.Qeyd edək ki, münaqişənin…

Ətraflı

BEYRUT,ArabAZ İsrailin baş naziri Benyamin Netanyahunun ofisi çərşənbə axşamı verdiyi açıqlamada bildirib ki, İsrail ABŞ-ı dinləyəcək, lakin öz milli maraqlarına əsaslanaraq öz qərarlarını verəcək. ArabAZ xəbər verir ki, bəyanatın “Vaşinqton Post” qəzetində dərc olunan məqaləyə cavab olaraq verilib. Məqalədə, Netanyahunun ABŞ prezidenti Co Bayden administrasiyasına İsrailin nüvə və ya neft obyektlərini deyil, İranın hərbi obyektlərini vuracağı barədə məlumat verdiyi qeyd edilib.Bəyanat İranın oktyabrın əvvəlində həyata keçirdiyi raket hücumuna cavab olaraq İsrailin zərbə endirəcəyi gözləntiləri fonunda verilib. Bu hücum İsraillə İranın dəstəklədiyi Livan Hizbullah qruplaşması arasında münaqişənin sürətlə artmasından sonra baş verib.

Ətraflı