Author: BeyrutArabAZ

BEYRUT,ArabAZ İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə telefon danışığı edib. ArabAZ xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre bildirib ki, iki prezident arasında telefon danışığı “birbaşa və konstruktiv” olub və İrana mümkün hücumla bağlı danışıqları əhatə edib. “İki prezident Qəzzada humanitar vəziyyəti müzakirə edublər” –deyə, Pierre bildirib. Ağ Evin daha sonra verdiyi bəyanatda Bayden Netanyahudan Livanda mülki insanlara, xüsusən Beyrutda məskunlaşan ərazilərdə dəyən zərərin azaldılmasını təmin etməsini istənildiyi bildirilib. Bəyanatda o da qeyd olunur ki, iki lider Qəzza zolağında “HƏMAS tərəfindən girovların azad edilməsi üçün təcili diplomatiyanın yenilənməsi zərurətini” müzakirə ediblər.

Ətraflı

Tehran,ArabAZ İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandiri İsmayıl Qaaninin yaxın vaxtlarda xalq arasına çıxacağını bildirib. ArabAZ xəbər verir ki,Qaani son dəfə Livan Hizbullahının Tehrandakı ofisində göründükdən sonra onunla əlaqə kəsilib. İnqilab Keşikçiləri Korpusunun komandanının müşaviri İbrahim Cabbari Qaani ilə açıqlama verərərk onun səhhətinin yaxşı olduğunu bildirib.O qeyd  edib ki, Əli Xameneyi yaxın günlərdə Qaaniyə “Qələbə Medalı” təqdim edəcək. Qeyd edək ki, İranın açıqlamalarına baxmayaraq, Beyrutda Qaaninin mümkün ölümü ilə bağlı müxtəlif məlumatlar var. Qaaninin ötən cümə günü Xameneyinin iştirakı ilə xütbədə iştirak etməməsi onun öldürülmsəi ilə bağlı şübhələri artırıb. İsrail mediası İnqilab Keşikçiləri Korpusunun xarici əməliyyatlar rəhbəri olan Qaaninin…

Ətraflı

Beyrut, ArabAZ İsrailin Livana qarşı müharibəsinin dayandırılması ilə bağlı heç bir müsbət irəliləyiş yoxdur, ABŞ müharibənin dayandırılmasının tərəfdarı olduqlarını söyləsə də bunu üçün, daha doğrusu sülh üçün heç nə etmir.ArabAZ xəbər verir ki, bunu Livan parlamentinin sədri Nəbih Bərri deyib. Bərri qeyd edib ki, Livanın mövqeyi hələ də baş nazir Nəcib Miqati və Druzi lideri Valid Cumblatt ilə görüşündə təsdiq edilmiş prinsiplərə əsaslanır.“Fransızlar bu vəziyyətdə hələ də bizimlədir, ingilislər də. Amerikalılara gəlincə, onlar bizimlə olduqlarını deyirlər, lakin təcavüzün qarşısını almaq üçün heç nə etmirlər”.

Ətraflı

BEYRUT,ArabAZ İsrailin baş naziri Binyamin Netanyahu bu gün İsrailin keçən cümə axşamı Beyrutda hava hücumu zamanı hədəf alınan Həsən Nəsrullahın varisi Haşim Safi əd-Dini aradan qaldırmağa müvəffəq olduğunu bildirib. ArabAZ xəbər verir ki, Netanyahu Livan xalqına ingilis dilində videomüraciətində “Hizbullahın imkanlarını zəiflətdik,biz minlərlə terrorçunu məhv etdik, o cümlədən Nəsrullahın özü, Nəsrullahın varisini yox etdik”-deyib.

Ətraflı

Beyrut,ArabAZ İsrail ordusu bu gün (bazar ertəsi) “91-ci Qaliley” diviziyasının dünən Livanın cənubunda məhdud və hədəfli quru əməliyyatına başladığını, Hizbullah isə “İsrail təcavüzünü dəf etməyə davam edəcəyini, bildirib. ArabAZ xəbər verir ki, İsrail ordusunun sözçüsü Avichai Adraee, “X” platformasındakı bir yazıda, “3-cü Ehtiyat Briqada, 8-ci Ehtiyat Briqada və 228-ci Şimali Nahal Briqadasının daxil olduğu diviziya Livanın cənubunda məhdud və hədəfli quru əməliyyatı keçirdi”-deyə açıqlama verib. O qeyd edib ki, “müharibənin əvvəlindən Qaliley diviziyası Livanın cənubundakı düşməni və onun infrastrukturunu havadan və qurudan hədəfə almaq üçün bir çox hücum əməliyyatlarına uyğun olaraq müdafiə döyüşü aparır”. Öz növbəsində, Hizbullah bu gün, 7…

Ətraflı

BEYRUT, ArabAZ İsrail-Fələstin münaqişəsinin bir ili tamam olur. ArabAZ xəbər verir ki, bir il ərzində 17 min uşaq, 11 mindən çox qadın, təxminən 42 min fələstinlini qətlə yetirilib. 100 mindən çox insan yaralanıb. Minlərlə insan itkin düşüb. Əhalinin böyük bir hissəsi köç etmək məcburiyyətində qalıb. Qəzza zolağındakı şəhərlər dağıdılıb. İsrailin hücumlarında xəstəxanalar da hədəfə alınıb. Bir il ərzində 885 tibb işçisi və 83 mülki müdafiə işçisi İsrail tərəfindən qətlə yetirilib. 162 səhiyyə müəssisəsi, 131 təcili yardım maşını hücuma məruz qalıb. 80 sağlamlıq mərkəzi və 34 xəstəxana istifadəyə yararsız hala gəlib. İsrail Qəzza zolağında qətlə yetirdiyi fələstinliləri kütləvi məzarlıqlarda basdırıb. Nasser…

Ətraflı

Beyrut,ArabAZ Bu gün (çərşənbə axşamı) İsrail döyüş təyyarələri Hizbullahın qalası sayılan Beyrutun cənub ətrafına reyd keçirib. Livanın Səhiyyə Nazirliyi İsrailin basqını nəticəsində 6 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb. ArabAZ xəbər verir ki,Livanın iki təhlükəsizlik mənbəsi Hizbullah lideri İbrahim Qubaisinin öldürüldüyünü açıqlayıb. İsrail mediası bu gün Beyrutun bombalanmasında hədəfin Livan Hizbullah raket sisteminin komandiri olduğunu bildirib. Öz növbəsində, İsrailin Kanal 14-ü bombardmanın hədəfinin “Hizbullahda mühüm rolu olan yüksək səviyyəli terrorçu” olduğunu bildirib. İsrail ordusunun ərəb mediasının sözçüsü Avichai Adraee, “X” platformasındakı hesabında verdiyi açıqlamada “Ordu Beyrutda xüsusi bir əməliyyata başladı” deyə bildirib.

Ətraflı