Author: BeyrutArabAZ

BEYRUT,ArabAZHökumətin prioriteti Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini həyata keçirməkdir,ArabAZ xəbər verir ki, bunu, Livanın müvəqqəti baş naziri Nəcib Miqati deyib.O qedy edib ki, İsrailin Livana təcavüzünü dayandırmağa, atəşkəsə nail olmağa və qətnamənin məzmunu və müddəalarından başqa heç bir düzəliş və şərhə yol vermədən 1701 saylı qətnaməni bütünlüklə yerinə yetirməyə üstünlük verir “Anlaşmaya nail olmaq məqsədi ilə bu kontekstdə kommunikasiyalar davam edir”-deyə o bildirib.Qedy edək ki,İranın ali dini lideri Əli Xamneyinin müşaviri Əli Laricani bu gün bildirib ki, İran Livan hökumətinin qəbul etdiyi istənilən qərarı və İsrail ilə Hizbullah qruplaşması arasında mövcud atəşkəs danışıqları zamanı Hizbullahı dəstəkləyəcək.

Ətraflı

BEYRUT,ArabAZ İsrail Ordusunun Baş Qərargah rəisi, general Herzi Halevi Şimal bölgəsinin komandanı, Qaliley diviziyasının komandiri və digərlərinin müşayiəti ilə Livan ərazisinə keçib. ArabAZ xəbər verir ki, məqsəd hərbi əməliyyatların necə aparıldığı ilə tanış olmaq olub. İsrail ordusunun sözçüsü Avichai Adraee X internet səhifəsində İsrail ordusunun baş qərargah rəisi Herzi Halevinin cənubi Livan ərazisnə keçdiyini təsdiqləyib. “Nəsrullahdan, (Hizbullah) Cihad Şurası vasitəsilə müxtəlif birlik və bölgələrin rəhbərləri, sektorlar, bölgələr və komplekslərin rəhbərləri, bir çox fəallara qədər, çoxlu liderləri və döyüşçüləri sıradan çıxardıq və bir çox imkanları aradan qaldırdıq. Buradan çoxlu silahlar, raketlər və raket buraxılış qurğuları çıxarırsınız.Silahların Hizbullaha daxil olmasının qarşısını almaq…

Ətraflı

QÜDS,ArabAZ İsrail bazar ertəsi Livanda atəşkəslə bağlı danışıqlarda irəliləyiş olduğunu bildirməsinə baxmayaraq, İranın dəstəklədiyi qrup hər hansı yeni atəşkəs təklifi almadığını bildirib. İsrail isə bu açıqlamdan sonra Rusiyanın Hizbullahın Suriya üzərindən silahlandırılmasını dayandırmaqla böyük rol oynaya biləcəyini bildirib. İsrailin hücumundan məyus olan Hizbullah Tehran, Vaşinqton və Moskvadakı himayədarları ilə diplomatik təmasların davam etdiyini, eyni zamanda döyüşməyə hazır olduğunu təkrarlayaraq, “uzun müharibə” üçün kifayət qədər silaha malik olduğunu bildirib. Qüdsdə İsrailin xarici işlər naziri Gideon Saar Hizbullaha qarşı müharibənin hələ bitmədiyini bildirib. Livanda atəşkəsi təmin etmək üçün ABŞ-ın rəhbərlik etdiyi diplomatiyanın nəticəsiz keçən əvvəlki raundlarından sonra şərhlər, prezident Co Baydenin yanvarda…

Ətraflı

BEYRUT,ArabAZ İbrani dövləti Hizbullaha qarşı hava hücumlarını gücləndirdikdən və quru əməliyyatına başladıqdan bir aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də ölkənin cənubunda “bircə dənə də Livan kəndini işğal edə bilməyib”.ArabAZ xəbər verir ki, bunu bazar ertəsi Hizbullahın media ilə əlaqələr üzrə rəsmisi Məhəmməd Afif Beyrutun cənubunda mətbuat konfransı zamanı deyib. “45 günlük qanlı döyüşlərdən sonra düşmən hələ də bircə Livan kəndini işğal edə bilmir. İstər cəbhədə, istərsə də daxildə bütün səviyyələrdə işğalla uzun bir müharibəyə” hazırıq”-deyə o bildirib. O qeyd edib ki, Hizbullah uzun müharibə aparmaq üçün kifayət qədər texnika, silah və təchizata malik dir. Hizbullahın media ilə əlaqələr rəsmisi…

Ətraflı

Beyrut,ArabAZ İsrailin Sur şəhərinə basqınları nəticəsində doqquz nəfər ölüb, 30-dan insan yaralanıb.ArabAZ xəbər verir ki,gecə ssatlarında olan bombardman nəticəsində ölənlərinn sayının artacağı istisna edilmir.Livan Milli xəbər agenyliyinin məlumatına əsasən İsrailin bombardmanı nəticəsində iki Hizbullah üzvü də öldürülüb. Livanın Səhiyyə Nazirliyi İsrailin bu ölkəyə hücumları nəticəsində ölənlərin ümumi sayının 3117 nəfərin öldüyünü və 13888 nəfərin yaralandığını bildirib.

Ətraflı

BEYRUT,ArabAZ İsrail Beyrutun cənubundakı ərazilərə hava reydləri keçirir,ArabAZ xəbəbr verir ki, dünən günorta saatlarında İsrail radiosu bu əraziləri vuracağı haqda xcəbərdarlıq etmişdi . Məlumata əsasən hava reydləri Hizbullah döyüşçülərinin sıx məskunlaşdığı ərazilərdə aparılır.Livanm Milli Agentliyinin verdiyi əlumata əsasən, bu gün səhər saatlarında Beyrutun cənubundakı təpəlik ərazilərdə güclü partlayış səsləri eşidilib.

Ətraflı

QÜDS, ArabAZ İsrailin baş naziri Benyamin Netanyahu telefon danışığında Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və onunla İsrailin təhlükəsizliyi və İran məsələsini müzakirə edib. ArabAZ-ın məlumatına görə, bu barədə “The Times of Israel” nəşri Netanyahunun mətbuat xidmətinə istinadən bildirib.”Baş nazir Trampı seçkidə qələbəsi münasibətilə təbrik edib və onlar İsrailin təhlükəsizliyini təmin etmək üçün birgə işləmək barədə razılığa gəliblər. Onlar İran təhlükəsindən də danışıblar”, – deyə qeyd olunub. Məlumata əsasən, Netanyahu Trampa zəng edən ilk dünya liderlərindən biri olub və söhbət “isti və səmimi” olub.

Ətraflı

TEHRAN,ArabAZİslam müqavimətinin atrılmas hissəsi olan Hizbullah yenidən quruludu, Tehranın artıq heç bir qorxusu yoxdur.ArabAZ xəbər verir ki, bunu İnqilab Keşikçiləri Qvardiyasının komandanı Hüseyn Salami İrandakı nüfuzlu din xadimləri ilə görüşü zamanı bildirib. O qeyd edib ki, İran və Hizbullah , “Sionist rejim” üçün əsl şok yaratdı və onun təhlükəsizlik baxımından kövrəkliyini nümayiş etdirdi. “İsrail rejimi bütünlüklə Amerikanın dəstəyindən asılıdır. Böhranlarını media müharibəsi ilə gizlətmək cəhdlərinə baxmayaraq, bir gün belə İrana qarşı dözə bilməyəcək”-deyə o bildirib. Qeyd edək ki,İsrail Livana hücumu zamanı Hizbullahın baş katibi Həsən Nəsrullahı, İranla müttəfiq qrupun İcraiyyə Şurasının rəhbəri Haşim Safi əd-Dini və digər liderlərini öldürüb.

Ətraflı

BEYRUT,ArabAZNetanyahunun Qəzza və Livan xaricində planı var,ArabAZ xəbər verir ki, bunu Livan Hizbullahının baş katibi Naim Qasim çərşənbə günü deyib. O qedy edibki hazırda “müharibənin necə və hansı bəhanələrlı başladığının əhəmiyyəti yoxdur” O, Netanyahunun planının üç maddəyə əsaslandığını qeyd edib. “Netanyahunun planını üç maddəyə əsaslanır, Hizbullahın varlığına son qoymaq, Livanı işğal etmək və Yaxın Şərq xəritəsi üzərində işləmək”-deyə o qeyd edib. Hizbullahın baş katibinin çıxışının yayımı ilə eyni vaxtda İsrail ordusu Beyrutun cənub ətraflarında iki bölgənin sakinləri üçün yeni təxliyə göstərişləri verib.

Ətraflı

QÜDS,ArabAZ Hizbullah tərəfindən atılan raket Ben Qurion hava limanına düşüb,ArabAZ xəbər verir ki, İsrail ordusu Hizbullahın atdığı 10 raketdən birinin İsrailin mərkəzindəki bir bölgəyə düşdüyünü bildirib.Məlumata görə, Ben Qurion hava limanına düşən raket heç bir tələfata səbəb olmayıb.İsrail ordusu atılan on raketin əksəriyyətini göyədə məhv edildiyini  də bildirib.

Ətraflı