Author: BeyrutArabAZ

ANKARA, ArabAZ 2024-cü ilin yanvar – sentyabr aylarında Səudiyyə Ərəbistanın Türkiyədən tekstil məhsulları idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq, 28,4 milyon dollara bərabər olub. Bu barədə ArabAZ-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər. “Bu ilin sentyabr ayında Səudiyyə Ərəbistanı Türkiyədən 2,7 milyon dollar məbləğində tekstil məhsulları idxal edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 9,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib. Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz azalaraq, 7 milyard dollara bərabər olub. “Bu ilin sentyabr ayında Türkiyə 806 milyon dollar məbləğində…

Ətraflı

BEYRUT,ArabAZ Hizbullahın baş katibi Naim Qasim bu gün, çərşənbə günü, partiyanın sələfi Həsən Nəsrullahın hazırladığı müharibə planını həyata keçirməyə davam edəcəyini təsdiqləyib. ArabAZ xəbər verir ki, Qasım bunu Hizbullahın baş katibi seçildikdən bir gün sonra ilk çıxışında deyib. “Mənim iş proqramım liderimiz Nəsrullahın bütün siyasi sahələrdəki proqramının davamıdır”-deyə o bildirib. Hizbullahın baş katibi əlavə edib ki, Qəzzanı dəstəkləmək onların borcudur. Dünən Hizbullah Qasimin sentyabrın 27-də Beyrutun cənub ətrafına İsrailin basqınında öldürülən Həsən Nəsrullahın yerinə partiyanın baş katibi seçildiyini elan edib, bundan sonra İsrail onu məhv edəcəyinə söz verib.

Ətraflı

BEYRUT,ArabAZ İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə əyalətinə hava basqın zamanı, Livandakı Hizbullah qruplaşmasına bağlı elit bir diviziya olan “Radvan Qüvvələrinin” müavini Mustafa Əhməd Şehadeni öldürüldüyünü elan edib.ArabAZ xəbər verir ki, İsrail ordusunun bəyanatında deyilir: “Ordu Kəşfiyyatının istiqamətləndirdiyi basqında (Hava Qüvvələri) Nəbatiyyə bölgəsində Hizbullahın Radvan Qüvvələrinin komandir müavini Mustafa Əhməd Şehadeni məhv edib” Açıqlamaya görə, Şehade Əl-Radvan-ın Suriyadakı əməliyyatlarını idarə edirdi və “Livanın cənubundan İsrailə yöbəlik hücumlara” nəzarət edirdi. Dünən Hizbullah Qasimin sentyabrın 27-də Beyrutun cənub ətrafına İsrailin basqınında öldürülən Həsən Nəsrullahın yerinə partiyanın baş katibi seçildiyini elan edib. Bundan sonra İsrail onu məhv edəcəyinə söz verib. Maraqlıdır ki, “Radvan Qüvvələri”…

Ətraflı

QÜDS,ArabAZ Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrailin baş naziri Binyamin Netanyahuya məktub göndərərək, İsrailin Qəzzaya yardım göstərmək üçün vacib olan Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Yardım Agentliyinə (UNRWA) qadağa qoymasına etiraz edib. ArabAZ xəbər verir ki, Netanyahu Quterreşin məktubunu sadəcə olaraq iqnor edib.Məktubda Qutteriş UNRWA-nın vacibliyə toxunaraq onun bağlanmasının doğru olmadığını bildirib. Məktubda o da qeyd edilib ki,  hər hansı bir qurumun bağlanması qərarı verildiyi zaman qərarın qüvvəyə minməsi üçün 90 gün vaxt verilir, amma İsrail bunu etməyib. Qeyd edək ki, 28 oktyabrda İsrail parlamenti ABŞ-ın etirazına baxmayaraq, UNRWA-nın İsraildə və işğal olunmuş Şərqi Qüdsdə işləməsini qadağan edən qanun…

Ətraflı

QÜDS,ArabAZ İsrailin müdafiə naziri Yoav Qalant Naim Qasimin Hizbullahın baş katibi seçilməsini şərh edərək “Təyinat müvəqqətidir və geriyə sayım başladı” deyib. ArabAZ xəbər verir ki, bu gün səhər saatlarında Hizbullah Qasimin keçən il sentyabrın 27-də Beyrutun cənub ətrafına İsrail basqınında öldürülən Həsən Nəsrullahın yerinə baş katib seçildiyini elan edib. Hİzbullah bəyanatında deyilir ki, “Baş katibin seçilməsi üçün təsdiq edilmiş mexanizmə uyğun olaraq, Hizbullah Şurası Şeyx Naim Qasimin Hizbullahın baş katibi seçilməsinə razılıq verib” Qasimin seçilməsi Hizbullahın İcraiyyə Şurasının rəhbəri, Nəsrullahın yerinə ən görkəmli namizəd hesab edilən Haşim Səfi əd-Dinin öldürülməsindən sonra baş verib. Qasım Həsən Nəsrullahın öldürülməsindən sonra üç televiziya…

Ətraflı

QÜDS, ArabAZ İsrail Baş naziri Benyamin Netanyahunun parlamentə pilotsuz uçuş aparatları (PUA) ilə edilə biləcək hücumdan ciddi şəkildə narahat olduğu iddia edilib. ArabAZ xəbər verir ki, Netanyahu qapalı iclas zamanı “Hazırda parlamentə bir PUA hücumu olsa nə edəcəyik? Ən böyük qorxum PUA-lardır. Raketlərə qarşı yaxşı müdafiə sistemlərimiz var, amma parlamentin niyə başqa yerdə deyil, daimi yerində toplandığını başa düşmürəm,” deyib. Baş Nazirlik Ofisi isə Netanyahuya aid olan bu ifadələrə dair heç bir açıqlama verməyib. Xatırladaq ki, 19 oktyabrda Livandan atılan bir PUA İsrailin şimalındakı Qeysəriyyə şəhərində Netanyahunun evinin yerləşdiyi əraziyə düşmüşdü. Hadisə zamanı Netanyahu və həyat yoldaşının evdə olmadığı və…

Ətraflı

ANKARA, ArabAZ 2024-cü ilin yanvar-sentyabr aylarında Səudiyyə Ərəbistanın Türkiyədən polad idxalı 2023-cü ilin eyni ayı ilə müqayisədə 10 faiz artaraq, 86,9 milyon dollara bərabər olub. Bu barədə ArabAZ -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər. “2024-cü ilin sentyabr ayında Türkiyə Səudiyyə Ərəbistana 8,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 1 faiz çoxdur ”, – deyə nazirlikdən bildirilib. 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 10,7 faiz artaraq, 12,2 milyon dollara bərabər olub. “Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyon dollar məbləğində polad ixrac edib…

Ətraflı

ANKARA, ArabAZ 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Misir kapitalı ilə 73 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 59 şirkət azdır. Bu barədə ArabAZ-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 107 milyon 410 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 101 milyon 595 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-sentyabr ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (70) qeydiyyata alınıb. “İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 99 milyon 210 min türk…

Ətraflı

BEYRUT, ArabAZ ABŞ-nin vitse-prezidenti, prezident seçkilərində namizədliyini irəli sürən Kamala Harris, İsrailə və İranın yürütdüyü siyasətə etinasız yanaşmaqda ittiham olunub. ArabAZ xəbər verir ki, müsahibə zamanı Harrisin Yaxın Şərqlə bağlı suallardan yayınması İsrail mediası tərəfindən xoş qarşılanmayıb. Aparıcının “İsarilin Baş naziri Netanyahu ilə yaxın bir müttəfiqliyiniz varmı?” sualına Harris verdiyi cavabda “Düşünürəm ki, daha yaxşı sual belədir: Amerika xalqı ilə İsrail xalqı arasında vacib bir ittifaq varmı? Və bu sualın cavabı bəli”-deyə bildirib. Harrisin bu cavabı bəzi İsraillilər tərəfindən İsrail xalqı ilə Netanyahu arasında fərq qoymaq kimi qarşılanıb. Harris İsrail siyasətini bilməməkdə, və ya İsrailə qarşı etinasız yanaşmaqda ittiham olunub.…

Ətraflı

ANKARA, ArabAZ 2024-cü ilin yanvar – sentyabr aylarında Səudiyyə Ərəbistanının Türkiyədən xalça məhsulları idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq, 222 milyon dollara bərabər olub. Bu barədə ArabAZ-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər. “Bu ilin sentyabr ayında Səudiyyə Türkiyədən 17 milyon dollar məbləğində xalça məhsulları idxal edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 0,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib. Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq, 2 milyard 86 milyon dollara bərabər olub. “Bu ilin sentyabr ayında Türkiyə 250 milyon dollar məbləğində…

Ətraflı