Author: mail.azerpress

Bakı,ArabAZ Azərbaycan Respublikasının Xalq artisti , dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadə Fələstinə dəstək nümayiş etdirib. ArabAZ xəbər verir ki, tanınmış azərbaycanlıə blogger və jurnalist Həmid Həmidovun “”ПОГОВОРИМ?” с Гамидом Гамидовым” podcastına qonaq olan Mustafazadə Fələstin xalqının rəmzlərindən biri hesab edilən “Kufiya” naxışlı geyimdə çıxış edib. Podcasta müxtəlif movzulara toxunan Mustafazadənin cavabları izləyicilər tərəfindən olduqca xoş qarşılanıb.

Ətraflı

Bakı,ArabAZ Şənbə günü səhər saatlarında baş verən və HƏMAS hərəkatı tərəfindən də pislənilən yeni İsrail bombardmanı sosial media platformalarında #Dawn_Massacre həştəqi ilə yayılıb və ekspertlər bunu “İsrailin təxribat niyyəti” hesab ediblər. Bu təxribat HƏMAS ilə danışıqların qarşısını almağa yönəlib. Axios xəbər saytının verdiyi məlumata görə, ABŞ dövlət katibi Entoni Blinken Qəzzada atəşkəs razılaşmasına nail olmaq üçün səyləri birləşdirmək üçün bölgəyə səfər etməyi düşünür, lakin o razılaşmanın əldə olunmasına mane olacaq hər hansı təxribatlardan ehtiyatlanır. Fələstin mediasının verdiyi məlumata görə, İsrail Qəzzada köçkünlərə sığınacaq verən Əl-Tabain məktəbini bombalayıb, 100-dən çox Fələstin vətəndaşını öldürüb və onlarla insan yaralanıb, İsrail ordusu isə bu…

Ətraflı

Bakı, ArabAZ Qəzzada təhlükəsiz bir yer artıq mövcud deyil. ArabAZxəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) açıqlama verib. UNRWA, 7 oktyabrdan bəri qatil İsrailin hücumuna məruz qalan Qəzza zolağında fələstinlilərin sığınacaqlarının qalmadığını və heç bir yerin təhlükəsiz olmadığını vurğulayıb. “Soyqırım İsrail, hücuma məruz qalan Qəzzada yaşayan fələstinliləri məcburi köçə məruz qoyur. Hücumlar nəticəsində təxminən 2,3 milyon əhalisi olan Qəzzanın demək olar ki, bütün əhalisi məcburi köçkün vəziyyətinə düşüb.” – deyə açıqlamada qeyd edilib.

Ətraflı

Bakı. ArabAZ İraq-Səudiyyə Ərəbistanı sərhədində ABŞ silahlı qüvvələrinə məxsus hərbi texnika kolonlarının hərəkəti qeydə alınıb. Məlumata görə, ABŞ ordusu bu ölkələrin sərhədində yerləşən “Arar” nəzarət-buraxılış məntəqəsinə çatıb. Qeyd edilir ki, qoşunun köçürülməsi İranın İsrailə qarşı mümkün hücumu ilə bağlıdır. Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.

Ətraflı

Bakı. ArabAZ Moza bint Nasser 8 avqust 1959-cu ildə Qətərin şimalındakı Əl-Xor sahil şəhərində Əl-Missned qəbiləsində anadan olub. Onun atası Nasser bin Abdullah Al-Missned Şeyx Xəlifə bin Həməd bin Abdullah Əl-Taninin hakimiyyəti dövründə qətərli iş adamı və müxalifət lideri olub. 1960-cı illərin əvvəllərində Nasser bin Abdullah Al-Missned ölkə əhalisi arasında sərvətin daha ədalətli bölüşdürülməsi üçün çağırışı səbəbilə həbs edildi. 1964-cü ildə azadlığa çıxandan sonra o, bütün ailəsini Küveytə sürgünə köçürdü. Moza bint Nasser uşaqlıq illərini Küveyt və Misirdə keçirib,1977-ci ildə yenidən Qətərə qayıdıb. Qətər Universitetinə daxil olaraq burada sosiologiya təhsili alıb. Lakin təhsilini başa vura bilməyib və 9 ildən sonra…

Ətraflı

Bakı. ArabAZ: İsgəndəriyyədə anadan olan Misirli milyarder Məhəmməd əl Fayed biznes karyerasına qazlı içkilər və tikiş maşınları satmaqla başlayıb və daha sonra sərvətini əvvəlcə Yaxın Şərqdə, sonra isə Avropada daşınmaz əmlak, gəmiçilik və tikinti sahəsində qazanıb. 1974-cü ildə İngiltərədə yaşayış icazəsi alan Fayed adına “əl” şəkilçisi əlavə edərək özünü təriflədiyi üçün tənqid edilib. Bir müddət Parisdəki Ritz Hotelin, Londondakı Harrods mağazasının və Fulham Futbol Klubunun sahibi olan Fayed, iş dünyasını İngiltərəyə yönəltməsinə baxmayaraq, “təndiq olunmaqdan” şikayətləndi. Fransanın ən yüksək mülki titulu olan “Şərəf ordeni” ilə təltif edilən Fayed, onilliklər boyu yaşadığı və sərmayə qoyduğu İngiltərədə 1995-ci ildə vətəndaşlıq müraciəti rədd…

Ətraflı

Bakı, ArabAZ: Hüseyn ibn Əli əl-Haşimi İstanbulda anadan olub. Haşimi Zevi Avn sülaləsindən olan Şərif Əli Paşanın oğlu və Məkkə əmiri Məhəmməd b. Əbdülmuin İbn Avnin nəvəsidir. O, babasının son əmirliyi dövründə, 1856-1858-ci illər arasında Məkkədə qaldı, 1858-ci ildə isə İstanbula qayıtdı. 1861-ci ildə atasının ölümündən sonra əmisi Əmir Abdullahın yanına Məkkəyə getdi. Təhsilini burada tamamladı və 1880-ci ildə Zevi Zeyd ailəsindən olan Əbdülmüttəlib b. Qalib əmir təyin edildikdən sonra İstanbula gəldi. 1908-ci ilin oktyabrında Məkkə əmiri Şərif Əli vəzifəsindən azad edilərək yerinə əmisi Abdullah Paşa b. Məhəmməd təyin edildi. Lakin Abdullah Hicaza köçməzdən əvvəl vəfat etdikdən sonra uzun müddət…

Ətraflı

Bakı.ArabAZ: İzzədin əl Qəssam ləqəbli Məhəmməd İzzəddin bin Abdulqadir əl Qəssam 1883-ci ildə Suriyanın Lazakiya bölgəsinin cənub-şərqindəki liman şəhəri Cəbələdə anadan olmuşdur. Ailəsi, babasının vaxtından İraqdan bura köçmüşdülər. İzzəddin Əl Qəssam uşaqlığını Cəblədə keçirib. İlk təhsilini ana və atasından almışdır. Atası müdərris, anası elm əhli bir ailənin qızı idi. Mədrəsələrdə ilk Qurani-Kərim və riyaziyyat dərsləri almışdır. Ayrıca Şeyx Abdulqadir Qeylaniyə bağlı Qadiri təriqətinə mənsub olan atası Abdulqadir bin Mustafa bin Yusuf bin Muhamməd əl Qəssamdan da din təhsili almışdır. Atası mədrəsənin professoru və şəriət məhkəməsinin üzvü idi. İzzəddin on dörd yaşında ikən qardaşı Fəxrəddinlə birlikdə dövrünün ən büyük İslam mərkəzi…

Ətraflı

Bakı,AzerVoice Əbdulqadir Cəzairi 6 sentyabr 1808-ci ildə Qərbi Əlcəzairin Muasker şəhəri yaxınlığında anadan olub. Atası Muhyiddin, Peyğəmbərin nəvəsi Hz. Həsən nəslindən idi və Qadiri şeyxlərindən idi. Əbdulqadir Cəzairi uşaqlıq və gənclik illərində dərin dini təhsil almaqla yanaşı, silahdan istifadə etməyi, at sürməyi də öyrənmişdi. 1827-ci ildə atası ilə Məkkəyə getmişdi. Vətənə qayıtmasından az sonra, 1830-cu ilin iyulunda fransızlar Əlcəzairi işğal etdilər və bu ölkədə üç yüz illik türk hökmranlığına son qoydular. Yerli ərəb və bərbər (əmaziq) tayfaları yadelli hökmranlığına müqavimət göstərmək üçün Şeyx Muhyiddin sultan elan etmək istəyirdilər,lakin qoca olduğu üçün o bu vəzifədən oğlunun leyhinə imtina etdi. Əbdulqadir Cəzairi …

Ətraflı

Bakı,ArabAZ Səyahət insanı heyran edir, sonra da nağılbaza çevirir” – İbn Bəttuta. İslam dünyasının ən məşhur səyyahı İbn Battuta müasir tarixə qədərki bütün digər tədqiqatçılardan daha çox səyahət etmişdir. Bu məsafə təxminən 117.000 km-ə bərabərdir. İbn Battuta 1304-cü ildə Mərakeşin Tangier şəhərində anadan olmuşdur. Onun “Rihla” (Yolçuluq) səyahətnaməsi ən mühüm əsəridir. O “Rihla” əsərində səyahət etdiyi 30 il ərzində müşahidələrini qeyd edib və demək olar ki, bütün tanınmış İslam dünyasını və ətraf ölkələri gəzib. İbn Battuta 50.000 km (31.000 mil) ilə Zheng He adlı səyahətçini və 24.000 km ilə Marko Polonu geridə qoyaraq, müasir tarixdən əvvəlki bütün digər səyahətçilərdən daha…

Ətraflı