Author: Tasnim Rufizqizi

ArabAZ HƏMAS-ın ABŞ prezidenti Donald Trampın Qəzza planına dair gözlənilməz cavabı Yaxın Şərqdə diplomatik dinamikanı alt-üst edib. Hərəkat “Trampın planında nəzərdə tutulan məhbus mübadiləsi formatı əsasında bütün israilli əsirləri azad etməyə hazır olduğunu” bəyan etməklə həm Qəzzadakı müharibənin gedişatına, həm də beynəlxalq münasibətlərə ciddi təsir göstərdi. Bu bəyanat Trampın öz sosial platforması Truth Social-da dərc edilib və ABŞ lideri “HƏMAS sülhə hazır görünür, İsrail isə dərhal Qəzzanı bombalamağı dayandırmalıdır” açıqlaması ilə çıxış edib. Bu, həm İsrailin hərbi-siyasi rəhbərliyinə, həm də Vaşinqtonun Yaxın Şərq siyasətinə açıq təzyiq kimi qiymətləndirilir. Trampın planı: “sülh” adı altında nəzarət və təcrid Trampın planı formal olaraq…

Ətraflı

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds Qüvvələri”nin komandanı İsmayıl Qaani “HƏMAS” tərəfindən 2023-cü ildə həyata keçirilmiş “7 oktyabr əməliyyatı” ilə bağlı yeni detalları açıqlayıb. O bildirib ki, hərəkatın birinci sıra liderləri, o cümlədən İsmayıl Haniyyə, əməliyyatın dəqiq vaxtından xəbərsiz olublar. Qaani bu açıqlamanı SEPAH-a məxsus “Nəsim” kanalına və dövlət televiziyasına verdiyi müsahibədə səsləndirib. “7 oktyabr əməliyyatı başladığı anda mən Livana gedirdim. Öz-özümə düşünürdüm ki, bu mövzunu Həsən Nəsrullahla necə müzakirə edim, nəyi etməliyik və ya nəyi etməməliyik. Nə biz, nə Nəsrullah, nə də HƏMAS rəhbərliyi əməliyyatın konkret vaxtından əvvəlcədən xəbərdar deyildik. İsmayıl Haniyyə hava limanına gedərək İraqa uçmaq üzrə idi və əməliyyatın başladığını geri dönərkən öyrəndi. Nəsrullah həmin andan…

Ətraflı

BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi Bu sual Qərb sahilində və Qəzza zolağında, Livanda, Yəməndə və İranda səslənir. Amma Suriyada bu suala əlavə ölçülər verilir. Çünki qonşuluq, tarix və kontekstlə bağlı çoxlu səbəblər var. Şübhəsiz ki, ötən ilin sonunda Əsəd rejiminin süqutu İran və “müqavimət oxu” üçün ən böyük zərbə oldu. Çünki Suriya “Hizbullah”a silah keçid yolu idi, İraq üçün arxa bağça idi, Tehranın dəstəklədiyi fələstinli qrupların qərargahı idi, həmçinin “husilər” və “Sepah”a bağlı milislərin təlim düşərgələri burada yerləşirdi. Buna görə də təəccüblü deyildi ki, İsrail ötən ilin noyabrında “Heyət Təhrir əş-Şam”ın “Təcavüzün qarşısını almaq” əməliyyatına başlamasından sonra İranın Əsəddən ötrü birbaşa hərbi müdaxiləsinin qarşısını…

Ətraflı

BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi İsrail ordusunun Qətərdə HƏMAS rəhbərlərinə qarşı hücum həyata keçirdiyini elan etməsindən sonra, çərşənbə axşamı qlobal maliyyə bazarlarında gərginlik artdı. Bu bölgədə münaqişəni daha da kəskinləşdirdi və investorları təhlükəsiz sayılan aktivlərə yönəlməyə məcbur etdi. Nəticədə qızılın qiyməti tarixi rekord səviyyəni aşaraq ən yüksək göstəricisinə yüksəldi. Təsir yalnız qızıl ilə məhdudlaşmadı; yapon yeni və isveçrə frankı gün ərzində qazandıqları mövqeləri qorudu. Neftin qiyməti isə bir barel üçün təxminən 1 dollar artaraq 67 dollara yaxınlaşdı. Londonun «Pepperstone» şirkətinin baş tədqiqat strateqi Maykl Braun bildirib ki, “neft və qızıl qiymətlərində dərhal artım tamamilə məntiqlidir”. Bununla belə, o hesab edir ki, bu yüksəliş…

Ətraflı

BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi “Telegraph” qəzetinin yazdığına görə, Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasında Qəzza müharibəsi fonunda İsrail baş naziri Benyamin Netanyahunun dəstəklənməsi məsələsi ciddi mübahisələr yaradıb. Məlumata görə, Tramp və vitse-prezident Cey Di Vensin hakimiyyətə gəlməsindən sonra Vaşinqtonda keçirilən Milli Mühafizəkar Hərəkatın illik toplantısında bayram əhvali-ruhiyyəsi gözlənilsə də, İsrail siyasəti barədə fikir ayrılığı tədbirə damğa vurub. Mühafizəkar çevrələrin bir qismi İsrailin Qəzzadakı müharibəsini dəstəkləməyin siyasi yükə çevrildiyini bildirir. “The American Conservative” jurnalının direktoru Kurt Mills konfransda çıxış edərək qeyd edib: “Tramp hərəkatı ideoloji baxımdan həqiqətən bütöv olmaq istəyirsə, istisna edə bilməyəcəyi ölkə İsraildir”. Tramp administrasiyasından tanınmış fiqurlar – miqrasiya…

Ətraflı

BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi Avqust ayının sonunda İrandan yüksək rütbəli bir iraqlı rəsmiyə göndərilən məktubda ölkənin qərbindəki rəsmi sərhəd-keçid məntəqəsindən qeyri-adi güzəştlərin göstərilməsi istənilib. Məqsəd Livan “Hizbullah”ına Suriyadan keçməklə böyük məbləğdə pul daşınmasını təmin etmək idi. Məsələnin həssaslığı səbəbindən adının açıqlanmasını istəməyən iraqlı rəsmi bildirib ki, müraciətə təhlükəsizlik və siyasi səbəblərdən müsbət cavab verilməyib. Suriyalı və livanlı mənbələrin məlumatına görə, son həftələrdə İranın “Hizbullah”a yardım göndərmək cəhdləri artıb. Qaçaqmalçılıq əməliyyatlarının bir qismi ifşa edilsə də, müəyyən məbləğlərin gizli şəbəkələrin köməyi ilə Livana çatdığı iddia olunur. ABŞ isə hazırda milyonlarla dolların necə “Hizbullah”a ötürüldüyünü izləməyə çalışır. “Hizbullah” Livan hökuməti və ABŞ-la…

Ətraflı

BAKI, Arab.AZ, Əhməd Salih Hələbi Məkkə şəhərinin tarixi, dini və mədəni dəyərlərini özündə cəmləyən yeni nəşr – “Qızıl Kitab: Məkkə” işıq üzü görüb. Kitabın müəllifi Əhməd Salih Hələbi, əsəri oxuculara təqdim edərkən mühəndis Ənəs Salih Sirefi tərəfindən ona hədiyyə olunmasını xüsusi vurğulayıb. 160 səhifəlik iri həcmli kitabda Məkkənin qədim tarixindən müasir dövrədək olan mərhələləri geniş şəkildə sənədləşdirilib. Müəllif müqəddəs şəhərin adları, Quranda çəkilən “Məkkə” və “Bəkkə” kimi ifadələrin izahı ilə başlayaraq onun dini və tarixi əhəmiyyətini açıqlayır. Tarixi mərhələlər Əsərdə Məkkənin yaranması, İbrahim və İsmayıl peyğəmbərlərin (ə) dövründən başlayaraq, İslam peyğəmbəri Məhəmmədin (s.ə.s) doğulması, Məkkənin fəthi və Vida Həcci ilə davam…

Ətraflı

BAKI, Arab.AZ Al Baraka Azerbaijan könüllüləri Qəzza şəhərinin qərbində yerləşən Fələstin düşərgəsində humanitar layihənin birinci mərhələsini uğurla həyata keçirib. Arab.AZ-ın məlumatına görə, 652 saylı böyük layihənin ilk hissəsi 28 avqust 2025-ci ildə icra olunub. Aksiya çərçivəsində 16 böyük qazan yemək hazırlanaraq təxminən 2 500 nəfərə isti yemək paylanıb. Könüllülər bildiriblər ki, bu təşəbbüs minlərlə insana ümid, həm də süfrələrə bərəkət gətirib. Layihədə iştirak edən xeyriyyəçilərə minnətdarlıq edən təşkilat, onların dəstəyinin qarşılığını Allahın qat-qat artıraq verəcəyinə ümid etdiyini vurğulayıb. Qeyd edək ki, Al Baraka Azerbaijan könüllüləri müntəzəm olaraq müxtəlif bölgələrdə sosial və humanitar dəstək layihələri həyata keçirirlər.

Ətraflı

BAKI,Arab.AZ/AzerVoice Anaitik Təhlil Mərkəzi Qəzza zolağında ağır şərait və saysız-hesabsız təhlükələr altında çalışan jurnalistlər, həyatlarını riskə ataraq, baş verənləri işıqlandırmağa və həqiqəti çatdırmağa davam edirlər. Onlar təkcə bombardman və partlayış təhlükəsi ilə üzləşmirlər, həm də elektrik enerjisinin tam kəsilməsi, günəş panellərinin İsrail tərəfindən hədəfə alınaraq məhv edilməsi, internetin uzun müddət kəsilməsi və digər maneələrlə qarşı-qarşıyadırlar. Müharibə başlayandan bəri Qəzzada 246 jurnalist həlak olub, çox sayda media nümayəndəsi isə yaralanıb. Onların arasında əllərini və ayaqlarını itirənlər, eləcə də iflic təhlükəsi ilə üz-üzə qalanlar var. “Beyt əl-Sahafa” qurumunun rəhbəri Hikmət Yusif bildirib ki, İsrail ordusu jurnalistləri məqsədli şəkildə hədəfə alır: “Bu sadəcə təsadüf deyil,…

Ətraflı

BAKI, Arab.AZ BMT-yə bağlı Qida Təhlükəsizliyinin İn­teq­rasiya Olunmuş Faza Təsnifatı (IPC) tərəfindən yayımlanan yeni təhlil Qəzzada yarım milyondan çox insanın artıq aclıq şəraitində yaşadığını, bunun “şiddətli aclıq və qidalanma çatışmazlığından ölüm”lə xarakterizə olunduğunu təsdiqləyib. Arab.AZ xəbər verir ki, bu, Yaxın Şərqdə ilk dəfə rəsmi olaraq aclıq vəziyyətinin təsdiqi hesab olunur. Hesabata görə, yaxın həftələrdə bu vəziyyət Qəzza şəhərindən Deyr əl-Bələx və Xan Yunisə doğru yayılacaq. FAO, UNICEF, Ümumdünya Ərzaq Proqramı (WFP) və ÜST birgə bəyanatda vurğulayıblar ki, dərhal atəşkəs və maneəsiz tam humanitar çıxış həyatı xilas etməyin əsas şərtləridir. Təşkilatlar bildiriblər ki, aclığın qarşısı hər nə bahasına olursa-olsun alınmalıdır, xüsusən də mülki…

Ətraflı