Author: Tasnim Rufizqizi

BAKI, Arab.AZ Nüvə məsələsi ilə bağlı hərbi həll yolu yoxdur və hər hansı bir hücuma dərhal cavab veriləcək. Arab.AZ xəbər verir ki, bu haqda İran xarici işlər naziri Seyid Abbas Araqçi bildirib. “Diqqətçəkən məqam odur ki, İsrailin baş naziri Benyamin Netanyahunun Trampa İranla diplomatiyasında nə edə biləcəyini və nə edə bilməyəcəyini açıq şəkildə diktə etməsidir.” – deyə, o əlavə edib. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp cümə günü bəyan edib ki, İranın ali lideri Əli Xamenei və ya prezident Məsud Pezeşkian ilə görüşə açıqdır. Lakin o, İsrailin İranın nüvə obyektlərinə hücum etməsinə mane olacağı iddiasını rədd edib. Tramp həmçinin qeyd edib ki, Netanyahu İrana qarşı bir müharibəyə başlaya bilər, lakin…

Ətraflı

BAKI, Arab.AZ Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani İsrailin “Qəzza zolağına hücumlarında qida və dərmanlardan silah kimi istifadə etməsinin dünyanın alnında utanc ləkəsi olduğunu” deyib. Arab.AZ xəbər verir ki, “Qlobal Təhlükəsizlik Forumu 2025” bu il Qətərin paytaxtı Dohada “qeyri-dövlət aktorlarının təsiri və onların qlobal təhlükəsizliyin formalaşmasında rolu” mövzusu ilə başlayıb. Nazir Əl Taninin himayəsi ilə başlayan və aprelin 30-dək davam edəcək forumda liderlər, hökumət rəsmiləri, təhlükəsizlik ekspertləri və alimlər iştirak edir. Forumun açılış sessiyasındakı çıxışında Əl Tani bildirib ki, hazırkı münaqişələr kollektiv siyasi iradənin olmaması və xırda maraqların sülh tələblərindən üstün tutulması səbəbindən davam edir; Bu…

Ətraflı

BAKI, Arab.AZ HƏMAS İsraildən Qəzza zolağında eskalasiyanı azaltmağı tələb edib ki, orada saxlanılan girovların təhlükəsizliyi təmin olunsun. Arab.AZ xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Məlumata görə, bu tələblər vasitəçilər vasitəsilə İsrailə çatdırılıb. Lakin İsrail müvəqqəti atəşkəsin tətbiqindən imtina edir və HƏMAS tərəfdarlarının silahsızlaşdırılmasında israr edir. Bundan əvvəl bildirilmişdi ki, HƏMAS heyəti Qahirədə aparılan danışıqlar zamanı Misir tərəfinin təqdim etdiyi hərtərəfli atəşkəs sazişi layihəsini razılıqla qarşılayıblar və müqabilində döyüşçülərin bölgəni tərk etməsinə və sonradan onların təqib edilməyəcəyinə dair zəmanət əldə olunmasına razılaşıblar. Lakin HƏMAS Qahirədə keçirilən məsləhətləşmələrin nəticələri barədə yalnız onu bildirib ki, tərəflər danışıqları davam etdirmək barədə…

Ətraflı

BAKI, Arab.AZ Kanadada minlərlə insan Fələstinə dəstək şüarları ilə yürüş keçirib. Arab.AZ xəbər verir ki, Kanadanın Toronto şəhərində minlərlə insanın qatıldığı Fələstinə dəstək yürüşü təşkil olunub. Etirazçılar şəhərin mərkəzindən keçərək Fələstin bayraqları və şüarlarla diqqət çəkiblər. Aksiya iştirakçıları münaqişənin dərhal dayandırılması və beynəlxalq ictimaiyyətin Fələstin xalqına dəstəyini artırması tələblərini irəli sürüblər. Son aylarda dünyanın müxtəlif bölgələrində, o cümlədən Şimali Amerikada Fələstinə dəstək məqsədilə genişmiqyaslı nümayişlər keçirilir. Toronto da bu aksiyalara ev sahibliyi edən əsas şəhərlərdən biridir.

Ətraflı

BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi İki ölkə arasında üçüncü danışıqlar raundu ərəfəsində, ABŞ Prezidenti Donald Tramp İranla razılaşma imkanı barədə hədələyici və diplomatik ikili mesajlar göndərdi. Bunun əksinə olaraq, İranın ahıl yaşındakı ali lideri Əli Xamenei vəziyyəti “müvəqqəti” adlandıraraq “hadisələrin gedişatının dəyişə biləcəyi” barədə xəbərdarlıq etdi. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Şənbə günü Vaşinqton və Tehran müzakirəçiləri Oman Sultanlığına yola düşərək, hər iki hökuməti təmsil edən ekspertlərin iştirakı ilə texniki danışıqlara başlayacaqlar. Lakin razılaşmanın təbiəti hələ dəqiq bilinmir və uranın zənginləşdirilməsinin azaldılması və ya nüvə proqramının tam dayandırılması məsələlərində fikir ayrılığı yarana bilər. ABŞ və İran arasında son…

Ətraflı

BAKI, Arab.AZ İordaniya hökuməti “Müsəlman Qardaşlar” (İXVAN) təşkilatının fəaliyyətini rəsmi olaraq qadağan edib. Ölkənin daxili işlər naziri Məzən əl-Fəraya çərşənbə axşam saatlarında günü keçirdiyi mətbuat konfransında təşkilatın bütün fəaliyyətlərinin qanunsuz elan edildiyini bildirib. Qərara əsasən, təşkilata aid bütün ofis və qərargahlar bağlanacaq, hətta digər qurumlarla birgə istifadə olunan məkanlar belə fəaliyyətini dayandırmalıdır. Nazir həmçinin xəbərdarlıq edərək bildirib ki, təşkilata üzv olmaq, onun ideologiyasını yaymaq və mediada bu mövzuda paylaşımlar etmək qadağandır. Təşkilatın əmlaklarının müsadirəsi ilə bağlı yaradılmış xüsusi komissiyanın işi sürətləndirilib. Rəsmi qərara “Müsəlman Qardaşlar” cavab verməsə də, onun siyasi qanadı olan və parlamentdə onlarla deputatla təmsil olunan “İslami Əmək Cəbhəsi…

Ətraflı

BAKI, Arab.AZ Vaşinqtonun İranla apardığı danışıqlar çox yaxşı gedir. Arab.AZ xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. O bəyan edib ki, danışıqların nəticələrin nə olacağını anlamaq üçün hələ zamana ehtiyac var. “İranla bağlı çox yaxşı görüşlərimiz oldu. Görək nəticəsi nə olacaq” – deyə, o bildirib. Xatırladaq ki, aprelin 19-da Romada İranla ABŞ arasında Tehran nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli məqsədilə, Oman vasitəçiliyi ilə, dolayı danışıqların ikinci mərhələsi keçirilib. ABŞ nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiven Uitkoff, İran tərəfinə isə xarici işlər naziri Seyid Abbas Araqçi rəhbərlik edib. Texniki səviyyədə aparılacaq məsləhətləşmələrdən sonra Araqçi və Uitkoffun növbəti görüşü…

Ətraflı

BAKI, Arab.AZ Suriya prezidenti Əhməd əl Şəranın mayın 17-də İraqın paytaxtı Bağdadda keçiriləcək Ərəb Liqası sammitinə dəvət olunması ilə bağlı mübahisələr davam edir. Arab.AZ-ın məlumatına görə, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani Şəraa üçün rəsmi dəvət göndərdiyini elan edildikdən sonra, bəzi siyasi liderlər buna kəskin şəkildə etiraz ediblər. İraq Xarici İşlər Nazirliyi ərəb liderlərinə rəsmi dəvətləri göndərməyə başladıqdan sonra, Şəraın iştirakı ilə bağlı etiraz bəyanatları artıb, lakin bəzi digər qurumlar onun dəvət olunmasını müsbət qarşılayıblar. Mənbələrə görə, qəzəbin əsas səbəbi Əs-Sudani ilə Şəraın Qətərdəki gizli görüşüdür. Əsədin dəvətinə qarşı çıxanlar əsasən “Koordinasiya Çərçivəsi”ndəki silahlı qruplar və İslam Dəvət Partiyasıdır. Digər tərəfdə…

Ətraflı

Bakı. Arab.AZ Air Arabia və BƏƏ-nin Azərbaycandakı Səfirliyi ilə bərabər 17 Aprel tarixində Birgə və Sağlam İctimai Birliyi Autizm Mərkəzini ziyarət etmiş və autizmli uşaqlar ilə fincan boyama aktivliyi həyata keçirmişdir. Arab.AZ 17 aprel tarixində Air Arabia və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfirliyi Birgə və Sağlam İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzini ziyarət etmişdir. Tədbirdə BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Əl Bluşi və Air Arabia-nın Ərazi üzrə Meneceri Nuket Angin və Azərbaycan üzrə təmsilçisi Gülnar Rzazadə iştirak etmişdir. Qonaqları mərkəzin rəhbəri Aytən Eynalova qarşılamış və mərkəzlə yaxından tanış etmişdir. Autizmli uşaqların şəxsi inkişafları və onların gələcək…

Ətraflı

BAKI, Arab.AZ HƏMAS hərəkatının silahlı qanadı olan “Qəssam Briqadaları”nın sözçüsü Əbu Übeydə çərşənbə axşamı bildirib ki, “Əydan Aleksandr adlı israilli əsgəri əsir saxlayan qrupla əlaqə birbaşa hədəfə alınan bombardmandan sonra itib”. O əlavə edib ki, hazırda onlarla əlaqə qurmağa çalışırlar. Əbu Übeydə “Telegram” kanalında yayımladığı açıqlamasında əlavə edib: “Bizim qiymətləndirməmizə görə, işğalçı ordu məqsədli şəkildə ikili vətəndaşlığa sahib olan əsirlər məsələsindəki təzyiqdən qurtulmağa çalışır ki, xalqımıza qarşı soyqırımı müharibəsini davam etdirə bilsin”. Qəssam briqadaları ötən şənbə israilli və ABŞ vətəndaşı olan əsgər Aleksandrın videosunu yayımlamışdı. Həmin videoda o deyir ki, İsrail hökuməti və ABŞ administrasiyası ona azad olunacağı barədə yalan…

Ətraflı