Author: Tasnim Rufizqizi

BAKI, Arab.AZ Netanyahunun həbs qorxusu , ABŞ-a olan uçuş marşrutunu dəyişdirib. Arab.AZ xəbər verir ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən barəsində həbs qərarı çıxarılan İsrailin baş naziri Benyamin Netanyahu beynəlxalq hava məkanında mümkün saxlanılma ehtimalına görə ABŞ-a gedərkən uçuş marşrutunu dəyişməyə məcbur qalıb. Macarıstanda səfərdə olan Netanyahu Vaşinqtona qayıdarkən bəzi Avropa ölkələrinin BCM-nin qərarını icra edəcəyindən narahat olub və buna görə də alternativ marşrutu seçib. Netanyahu Qəzza zolağında törədilən hərbi və insanlıq əleyhinə cinayətlərə görə məsuliyyət daşıdığı üçün bir neçə Avropa ölkəsinin hava məkanından istifadə etməkdən çəkinib. İddialara görə, Netanyahu Budapeştdən ABŞ-a qayıdarkən təyyarənin marşrutu İrlandiya, İslandiya və Hollandiya hava məkanından yan…

Ətraflı

BAKI, Arab.AZ Yəmənin “Ənsar Allah” hərəkatı İsrailin Təl-Əviv bölgəsində yerləşən hərbi obyektə hava zərbəsi endirib. Arab.AZ xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriə məlumat verib. “Yəmən Silahlı Qüvvələri, İsrailin işğal altında saxladığı Yaffa bölgəsində (Təl-Əviv nəzrdə tutulur red.) yerləşən hərbi obyektə PUA ilə hücum edib”, – deyə məlumatda bildirilib. Bundan əlavə, o qeyd edib ki, Yəmənin Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələri Qırmızı dənizdə yerləşən iki Amerika esminesinə qarşı birgə əməliyyat keçiriblər.

Ətraflı

BAKI, Arab.AZ Misir prezidenti Əbdülfəttah əs-Sisi, Fransa prezidenti Emmanuel Makron və İordaniya kralı II Abdullah Qəzza zolağında yanvarın 19-da qüvvəyə minmiş atəşkəs razılaşmasının bərpasına çağırıblar. Arab.AZ xəbər verir ki, bu barədə onların Qahirədə keçirdikləri görüşdən sonra qəbul edilən birgə bəyanatda bildirilib. “İsrailin Qəzza zolağına endirdiyi zərbələrin yenidən başlaması fonunda, dərhal atəşkəs rejiminə qayıdılmasına və 19 yanvarda qüvvəyə minmiş razılaşmanın icrasına çağırırıq”, – deyə bəyanatda qeyd olunub. Liderlər vurğulayıblar ki, həmin razılaşma israilli girovların və fələstinli məhbusların azad olunmasını və onların təhlükəsizliyini təmin edirdi. Bundan əlavə, bəyanatda Fələstin torpaqlarının ilhaqı ilə bağlı istənilən cəhdin qəbuledilməz olduğu qeyd olunub. “Üç ölkənin liderləri fələstinlilərin…

Ətraflı

BAKI, Arab.AZ Türkiyənin Suriya ilə yeni hərbi əməkdaşlığı sazişi üzərində işləməsi İsraildə ciddi narahatlıq yaradıb. Arab.AZ xəbər verir ki, İsrail rəhbərliyi bu əməkdaşlığın bölgədəki strateji planlarını poza biləcəyindən narahatdır və Dəməşqdəki yeni rəhbərliyi, o cümlədən Suriya prezidenti Əhməd əl-Şaraanı vasitəçi ölkələr vasitəsilə açıq şəkildə təhdid edib. İsrail, Türkiyənin Suriya daxilində hərbi güc kimi möhkəmlənməsindən narahat olaraq Şaraa rəhbərliyinə “Türkiyəyə hərbi baza verilməsi qərarından imtina edin, Suriya hava məkanının Türkiyəyə açılmasına razı olmayın” kimi çağırışlar edib. İsrailin vasitəçilər vasitəsilə verdiyi ismarıclar arasında Prezident Sarayının bombalanması, Əhməd Şaraaya sui-qəsd və Suriya daxilində etnik parçalanmanın təşviq edilməsi (Nusayrilər, Dürzilər, PKK üzərindən) kimi ağır təhdidlər yer…

Ətraflı

BAKI, Arab.AZ Somalinin paytaxtı Moqadişodakı Aden-Adde Beynəlxalq Hava Limanı minaatan atəşinə tutulub. Arab.AZ xəbər verir ki, bu barədə Somali mediası məlumat yayıb. İlkin məlumata görə, mərmilərin bir neçəsi hava limanının ərazisində yerləşən və güclü şəkildə qorunan Xalane adlı hərbi bazaya düşüb. Bu bazada Afrika İttifaqının sülhməramlı qüvvələrinin komandanlığı, eləcə də xarici səfirliklər və beynəlxalq humanitar təşkilatların nümayəndəlikləri yerləşir. Zərbələrə hava limanı yaxınlığındakı bəzi kəndlər, xüsusilə Kaavo-Qoday kəndi də məruz qalıb. Burada bir neçə nəfərin yaralandığı bildirilib. Qeyd edək ki, aprelin 5-də Moqadişoda prezident sarayı da minaatan atəşinə tutulmuşdu. Həmin vaxt Somalinin prezidenti Həsən Şeyx Mahmud səfər çərçivəsində Uqandaya getmişdi. Hücum nəticəsində…

Ətraflı

BAKI, Arab.AZ ABŞ prezidenti Donald Tramp İranla dolayı deyil, birbaşa danışıqlar aparmaqda israrlıdır. Arab.AZ xəbər verir ki, Tramp prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən, İranla bağlı dolayı diplomatik kanallardan istifadə olunmasının əleyhinə olduğunu bildirib.“Mən əminəm ki, İran hakimiyyəti birbaşa danışıqlar aparmaq istəyir, lakin onlar narahatdırlar, özlərini müdafiəsiz hiss edirlər. Onların belə olmasını istəmirəm,” – deyə o qeyd edib. Wall Street Journal qəzetinin yazdığına görə, Tramp administrasiyası əvvəlki illərdə baş verən dolayı diplomatik metodlardan imtina etmək niyyətindədir. Qeyd edək ki, bu arada İran prezidenti Məsud Pezeşkian da mövzuya münasibət bildirib. İnqilab Keşikçiləri Korpusuna yaxın Tasnim agentliyi onun “Heç bir ölkə ilə müharibə istəmirik, lakin…

Ətraflı

BAKI, Arab.AZ Səudiyyə Ərəbistanı İsrailin Fələstin torpaqlarında eskalasiyasını, mülki şəxslərin və onların sığındığı bölgələrin hədəf alınmasını, onlarla insanın öldürülməsini, o cümlədən Qəzza zolağında məcburi köçkünləri sığınacaqla təmin edən Dar əl-Ərqəm məktəbinin bombalanmasını sərt şəkildə pisləyib. Arab.AZ xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda həmçinin İsrail ordusunun Rəfah şəhərində yerləşən Səudiyyə Mədəniyyət və İrs Mərkəzinə məxsus anbarı məhv etməsi də sərt şəkildə pislənilib. Həmin anbarda Qəzzadakı xəstə və yaralıların ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulan tibbi ləvazimatlar saxlanılırdı. Nazirlik vurğulayıb ki, beynəlxalq aləmdə İsrailin zorakılığına qarşı təsirli və sərt hesabat mexanizmlərinin olmaması İsrail qüvvələrinin hüquq pozuntularını daha da…

Ətraflı

BAKI, Arab.AZBiz Suriyada İsraillə qarşılaşmaq istəmirik. Arab.AZ xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak edib və beynəlxalq mətbuata açıqlamalar verib. Nazir Fidan Suriyadakı vəziyyətlə bağlı mövqeyini ifadə edərək bildirib ki, Türkiyə Suriyada İsraillə qarşı-qarşıya gəlmək istəmir.“Əgər Suriya rəhbərliyi İsraillə müəyyən razılığa gəlmək istəyirsə, bu onların işidir” – deyə o bildirib. Nazir, həmçinin İsrailin hücumlarının Suriyanın yeni hökumətinin İŞİD və digər təhlükələrə qarşı mübarizə aparmaq imkanlarını zəiflətməsindən narahatlıq ifadə edib. ABŞ-İran münasibətlərinə də toxunan Fidan, regionda gərginliyin artmasının narahatlıq doğurduğunu qeyd edib. “ABŞ-İran gərginliyində diplomatiyaya ehtiyac var. İranın hücumunu görmək istəmirik” – deyə…

Ətraflı

BAKI, Arab.AZ İsrail ordusu, Qəzza zolağında HƏMAS-ın əsas təbliğatçılarından birini zərərsizləşdirib. Arab.AZ xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. İsrail tərəfinin versiyasına görə, öldürülən Məhəmməd Saleh əl-Bərdavil medialardan psixoloji terror aləti kimi istifadə edərək sistemli şəkildə yalan məlumatlar yayırdı. Qurum bildirib ki, öldürülən şəxs HƏMAS tərəfindən yayımlanan və Qəzzada əsir götürülmüş israillilərin görüntülərinin yer aldığı kinayəli təbliğat videolarının hazırlanmasında fəal iştirak edirdi. “Qəzzada tanınmış jurnalist kimi təqdim olunsa da, əl-Bərdavil HƏMAS-ın təhrik və terror mexanizminin ayrılmaz bir hissəsi idi,” – deyə əlavə olunub. Ordu bəyan edib ki, HƏMAS-a qarşı mübarizəni davam etdirəcək və İsrail vətəndaşlarına qarşı olan hər hansı təhlükəni aradan…

Ətraflı

BAKI, Arab.AZ ABŞ Prezidenti Donald Tramp, İran ilə birbaşa görüşmələr aparmaq istədiyini açıqlayıb. Arab.AZ xəbər verir ki, Trampın bu təklifi, İranın nüvə silahı inkişaf etdirməsi halında hərbi müdaxilə ilə təhdid etməsindən sonra gəlib. Tramp İran rəhbərlərinə nüvə proqramı ilə bağlı razılaşma əldə etmək üçün iki aylıq müddət verdiyini bildirib. Tramp, İranın vasitəçilər vasitəsilə danışıqları üstün tutduğunu ifadə edərək, bunun artıq düzgün bir yanaşma olmadığını vurğulayıb. Keçən həftə Tramp, İranın nüvə silahı inkişaf etdirməyi davam etdirməsi halında “bombalana biləcəyini” söyləyib. Xamneyi isə ABŞ-ın təhdidlərinin heç bir nəticə verməyəcəyini qeyd edərək, İrana qarşı bir addım atılsa, cavab veriləcəyini bildirib. ABŞ və digər…

Ətraflı