Author: Tasnim Rufizqizi
BAKI, Arab.AZ Türkiyə İsrailin atəşkəs razılaşmasını pozaraq Livana həyata keçirdiyi hava hücumlarını pisləyib. Arab.AZ xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. “İsrailin beynəlxalq hüquqa hörmət etmədiyini və regionun təhlükəsizlik və sabitliyinə təhdid olmağa davam etdiyini bir daha göstərmişdir”,- deyə bəyanatda qeyd olunub. Ölkənin şimalına raketlər atıldığını iddia edərək, İsrail ordusu Livanın cənubunu bir sıra hava hücumları ilə hədəf almışdı və 4 ay sonra ilk dəfə dünən paytaxt Beyrutu da hədəf almışdı. İsrail döyüş təyyarələrinin həyata keçirdiyi bu hücum, 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsdən sonra Beyruta edilən ilk bombardman olmuşdu.
BAKI, Arab.AZ İsrailin hava qüvvələri Livanın paytaxtı Beyrutun cənubundakı əl-Hədat məhəlləsinə hava zərbələri endirib. Arab.AZ xəbər verir ki, bu barədə Livan mətbuatı məlumat verib. Məlumata əsasən, bu hava hücumdan sonra məktəblər bağlanıb. Hücumu heç bir tərəf öz üzərinə götürməyib. İsrail ordusunun sözçüsü Avixay Adrai X platformasında etdiyi paylaşımda Beyrut sakinlərinə xəbərdarlıq edib. “Beyrutun cənubunda, xüsusilə əl-Hədatda yaşayanlar – siz Hizbullahın hərbi obyektlərinin yaxınlığındasınız. Öz təhlükəsizliyiniz və ailənizin rifahı üçün bu binaları dərhal tərk etməli və ən azı 300 metr uzaqlaşmalısınız”, – deyə açıqlamada bildirilib. Qeyd edək ki, bundan əvvəl İsrail ordusu, Livandan İsrailə iki raket mərmisinin atıldığını, onlardan birinin hava hücumundan müdafiə…
Bakı, Arab.AZ İsrail fələstinlilərin Məscidül-Əqsada ibadət etməsinə mane olmaqda davam edir. Arab.AZ xəbər verir ki, İsrail hakimiyyəti Ramazan ayının dördüncü cümə günü İordan çayının qərb sahilində yaşayan fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına sərt məhdudiyyətlər tətbiq edib. Cümə səhərindən etibarən yüzlərlə fələstinli Qüdsə çatmaq üçün Qalandiya keçid məntəqəsinə axışıb. İsrail qüvvələri onların şəxsiyyətlərini ciddi şəkildə yoxlayıb və bəzi şəxslərin xüsusi icazəsi olmasına baxmayaraq keçidinə icazə verməyib. Qeyd edək ki, İsrailin Məscidül-Əqsaya giriş məhdudiyyətləri uzun illərdir davam edir və bu vəziyyət xüsusilə Ramazan ayında daha da sərtləşir.
BAKI, Arab.AZ Suriya paytaxtı Dəməşqin simvolik nöqtələrindən biri olan Əməvi Meydanında xalq, İsrailin Dəraa vilayətindəki Koye kəndinə etdiyi hücumlara qarşı etiraz aksiyası keçirib. Arab.AZ xəbər verir ki, etirazçılar əllərində “Bölünmənin hər növünə yox”, “Torpağımız qənimət deyil, canlarımız ucuz deyil”, “Bədənlərimizin qalıqları ilə belə işğala qarşı qarşı mübarizə edəcəyik”, “İşğala yox” və “Boykot et, müqavimət göstər” yazılı plakatlar tutublar. Xatırladaq ki, İsrail, 25 mart tarixində, Suriyanın Dəraa vilayətinin şimal-qərbində yerləşən Koye kəndinə silahlı hücum edib. Bu hücum nəticəsində dörd mülki şəxs ölüb, çox sayda insan yaralanıb.
BAKI, Arab.AZ HAVELSAN, Misirdə fəaliyyət göstərən Kader İleri Sənaye Fabrikası ilə pilotsuz quru vasitələrinin birgə istehsalı üçün əməkdaşlıq müqaviləsi imzalayıb. Arab.AZ xəbər verir ki, istehsal prosesində, Türkiyə mühəndisləri ilə inkişaf etdirilən texnologiyalar lisenziyalaşdırılacaq və texniki dəstək təmin ediləcək. Müqavilə, Kader İleri Sənaye Fabrikasının İdarə Heyətinin Sədri General Dr. Amr Abdel Aziz ilə HAVELSAN Baş Direktor müavini Şevket Ünal tərəfindən, Türkiyə Respublikasının Qahirə səfiri Salih Mutlu Şenin iştirakı ilə imzalanıb. HAVELSAN, süni intellekt dəstəyi ilə qərar qəbul etmə sistemləri, real vaxtda məlumat emalı, sürü intellekti, tapşırıq idarəetmə sistemləri və inkişaf etmiş sensor inteqrasiyaları kimi sahələrdə beynəlxalq rəqabət qabiliyyətinə malikdir. Bu texnologiyalar, kəşfiyyat,…
BAKI, Arab.AZ Suriya və Livan təhlükəsizlik və hərbi əməkdaşlığı gücləndirmək üzrə razılaşıblar. Arab.AZ xəbər verir ki, bu haqda tərəflər Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilən toplantıda qərara gəliblər. Tədbirdə Səudiyyə Müdafiə naziri, Xalid bin Salman, Suriya Müdafiə naziri General Mərhəf Əbu Qəsrə, Livan Müdafiə naziri General Mişel Məsna və onların təhlükəsizlik nümayəndə heyətləri iştirak edib. Kral Salman bin Əbdüləziz və Vəliəhdi və Baş nazir Əmir Məhəmməd bin Salman tərəfindən verilən təlimatlarla keçirilən görüşdə, tərəflər sərhədin müəyyənləşdirilməsinin strateji əhəmiyyətini vurğulamış, bir neçə sahədə hüquqi və ixtisaslaşmış komitələrin yaradılmasına dair razılığa gəliblər. Həmçinin, tərəflər arasındakı təhlükəsizlik və hərbi çətinliklərlə mübarizə aparmaq üçün koordinasiya mexanizmlərinin gücləndirilməsi barədə…
Bakı, Arab.AZ Livan Ordusu Suriya sərhədində qanunsuz keçidlərlə mübarizə səyləri çərçivəsində 56 nəfərin əsir götürüldüyünü açıqlayıb. Arab.AZ xəbər verir ki, ordunun verdiyi açıqlamada ölkənin şərqində Suriya ilə quru sərhədində sızma cəhdlərinin qarşısının alınması və qaçaqmalçılıqla mübarizənin davam etdiyi bildirilib. Bu araşdırmalar çərçivəsində sərhəd xəttindən ölkəyə daxil olmağa çalışan 56 nəfərin tutulduğu və bu şəxslərin suriyalı olduğu, Livana qeyri-qanuni yollarla girməyə cəhd edənlərin istifadə etdiyi 4 avtomobil və 3 motosikletin ələ keçirildiyi, maşınlarda külli miqdarda narkotik və hərbi texnikanın olduğu bildirilib. Qeyd edək ki, tutulan 56 nəfərin istintaqının davam etdiyi qeyd edilib. Livan Ordusu ötən həftə 3 Suriya əsgərinin öldürülməsindən sonra…
Bakı, Arab.AZ Misir nümayəndə heyəti Qəzza üzrə danışıqları davam etdirmək üçün Qətərə yola düşüb. Arab.AZ xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyə” telekanalı məlumat verib. Məlumata əsasən, Misir nümayəndə heyətinin üzvləri israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi üzrə məsləhətləşmələri davam etdirmək məqsədilə Dohaya yola düşüblər. Məlumata görə, nümayəndə heyətinə ölkənin təhlükəsizlik qüvvələrinin yüksək rütbəli əməkdaşları daxildir. Görüş çərçivəsində Qəzzaya humanitar yardımın yenidən çatdırılmasının müzakirə ediləcəyi gözlənilir. Qeyd edək ki, bundan əvvəl Misirin prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin Fələstinin haqq işinə dəstək vermək üçün əlindən gələni etməyə davam edəcəyini, Qəzzada atəşkəsin möhkəmləndirilməsi və razılaşmanın qalan mərhələlərinin həyata keçirilməsi üçün səy göstərəcəyini bir daha vurğulayıb.…
Bakı, Arab.AZ HƏMAS Qəzzaya edilən hücumların dayandırılmasına dair əvvəlki təşəbbüslərə məsuliyyətlə yanaşır və danışıqları davam etdirməyə hazırdır. Arab.AZ xəbər verir ki, bu barədə HƏMAS lideri Mahmud Mərdavinin verdiyi açıqlamada deyilir. Mərdavi, Qəzzada humanitar yardımın çatdırılması və siyasi təşəbbüslərin irəli sürülməsi istiqamətində müxtəlif təklif və təşəbbüslərin gündəmə gəldiyini bildirib. Merdavi, HƏMAS-ın bu çərçivədə Qəzzadan geri çəkilmə, əsir mübadiləsi, yenidənqurma prosesinin başlanması və blokadanın aradan qaldırılması kimi addımlara məsuliyyətlə yanaşdığını bildirib. “HƏMAS bu təşəbbüslərə məsuliyyətlə və ciddiyyətlə yanaşır. Lakin İsrail razılaşmanı pozdu, vasitəçilərə verdiyi vədlərə əməl etmədi və yenidən qətliam siyasətinə qayıtdı. Bu addımı təkcə işğalçının təkəbbürünü nümayiş etdirmir, eyni zamanda beynəlxalq ictimaiyyəti…
BAKI, Arab.AZ Səudiyyə Ərəbistanının İslam İşləri Naziri Şeyx Əbdüllətif Əl-Şeyx krallıq üzrə nazirliyin bütün filiallarına Fitr bayramı namazının müəyyən olunmuş ibadət yerlərində keçirilməsi barədə göstəriş verib. Arab.AZ xəbər verir ki, nazirliyin bəyanatına əsasən, ibadət edənlərin rahatlığı üçün məscidlərdə və açıq hava ibadət yerlərində geniş hazırlıqlar aparılır. Bayram namazı ölkənin bütün məscidlərində qılınacaq. Lakin bəzi kəndlərdə əvvəllər istifadə olunan yerlər istafadəyə yararsız olduğu üçün yeniləri iklə əvəz olunacaqlar. Göstərişlərə ibadət məkanlarında texniki xidmət, təmizlik və digər xidmətlərin əvvəlcədən təmin olunması da daxildir ki, insanlar sakit və mənəvi bir mühitdə nazam qıla bilsinlər. Fitr bayramı namazı krallıq boyu Ümmül-Qura təqviminə əsasən günəş doğduqdan…