Author: Tasnim Rufizqizi

BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi Suriya siyasi mənzərəsi dəyişsə də, İranın ideoloji təsiri hələ də Suriyada qalır və bu, yeni hakimiyyətin nüfuz qurmaqda çətinlik çəkdiyi bir dövrdə daha da qarışıqlığa səbəb olur. Suriyada davam edən siyasi dəyişikliklər fonunda İran hələ də görməməzlikdən gəlməməli olan bir qüvvə olaraq qalır, çünki o, özünü yenidən formalaşdırmaq qabiliyyətinə malikdir. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Məlumatlar göstərir ki, “Suriya zəfəri” ilə qarşılaşan və Dəməşqin “Şiə Müqavimət Cəbhəsi”ndən çıxmasının ardından, İran Suriyaya yenidən qayıtmaq üçün ideoloji şiə və ələvi milisləri vasitəsilə əraziyə daxil olmaq üçün əməliyyatlara başlayıb. Bu, İranın Suriyanı hələ öz təsir dairəsində hesab etməsinin bariz nümunəsidir. İranın Suriyada təsir etmək istəyi…

Ətraflı

BAKI, AzerVoice Fələstinli rejissor Həmdan Ballal, “No Other Land “( Başqa Torpaq Yoxdur) sənədli filmi ilə Oskar qazandıqdan sonra İsrail ordusu tərəfindən həbs edilib və hücuma məruz qalıb. AzerVoice xəbər verir ki, Həmdan Ballal, İordan çayının qərb sahilində, Hebron yaxınlığında yerləşən Masafer Yatta bölgəsində israilli mühacirlər tərəfindən hücuma uğrayıb.Hücum zamanı silahlı mühacirlər onun evini mühasirəyə alaraq, pəncərələri sındırıb və ətrafında dağıntılar yaradıb. Şahidlərin dediyinə görə, Ballalın avtomobili daşlarla zədələnib və təqib edilərək İsrail əsgərləri tərəfindən həbs edilib. Hücum nəticəsində başından zərbələr alan Ballal qanlar içində qalıb. Qeyd edək ki, “No Other Land” filminin israilli və fələstinli rejissorları bir neçə dəfə hücuma məruz…

Ətraflı

Bakı, Arab.AZ İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ABŞ İrana qarşı siyasətini düzəltməyincə ölkəsi ABŞ ilə birbaşa danışıqlara getməyəcək, lakin “dolayı danışıqlar üçün yol açıqdır”. Arab.AZ xəbər verir ki, Tehranda Qırmızı Aypara Cəmiyyətinin təşkil etdiyi toplantıda jurnalistlərə açıqlama verən Ərakçi ABŞ administrasiyasının İrana qarşı “maksimum təzyiq” kampaniyasını və təhdidlərini tənqid edib və bildirib ki, bu hərəkətlər “rəftarlarında köklü dəyişiklik” olmadığı təqdirdə İranın ABŞ ilə danışıqlar aparmasını qeyri-mümkün edir. Ərakçi həmçinin bildirib ki, birbaşa danışıqlar masadan kənardadır, lakin İran dolayı danışıqlara açıqdır və mesajlarını bu kanallar vasitəsilə çatdıracaq.

Ətraflı

Bakı, Arab.AZ BMT, Qəzzada əməliyyatlarını azaldacağını açıqlayıb, lakin mülki şəxslərə yardım etməyə davam edəcəyini bildirir. Arab.AZ xəbər verir ki, BMT sözçüsü bu gün açıqlama verərək, toqquşmalar zamanı UNRWA-nın beş əməkdaşının həlak olmasından sonra təşkilatın Qəzzadakı mövcudluğunu azaltmağa qərar verdiyini açıqlayıb. BMT-nin baş katibi, humanitar ehtiyacların artması və mülki şəxslərin təhlükəsizliyi ilə bağlı narahatlıqların çoxalması səbəbindən bu çətin qərarın qəbul edildiyini vurğulayıb. Qeyd edək ki, BMT bu addımı, bölgədəki təhlükəsizliyin zəif olması və humanitar yardımın daha effektiv şəkildə çatdırılması məqsədilə atıb.

Ətraflı

BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi Son günlərdə İsrail, Qəzza zolağında “HƏMAS” hərəkatının siyasi büro üzvlərinə qarşı həyata keçirdiyi sui-qəsdləri artırıb. Bu isə hərəkatın təşkilati boşluğu doldurmasını çox çətinləşdirir, çünki təşkilat təhlükəsizlik şəraiti və İsrailin ardıcıl təqibinə qarşı mübarizə aparılır. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Bu həftə İsrail, Qəzza zolağında “HƏMAS”ın iki nüfuzlu siyasi büro üzvünü – Salah Bərduvəl və İsmayıl Burhumu öldürüb. Beləliklə, İsrailin cümə axşamı başladığı hücumlardan bəri öldürülən siyasi büro üzvlərinin sayı beşə çatıb. Bərduvəl və Burhum, Qəzza zolağının Xan Yusif bölgəsində 24 saat ərzində, müxtəlif zamanlarda ardıcıl həyata keçirilən hücumlarda hədəf alınaraq qətlə yetiriliblər. Bu, qətllər 18 martda başladığı təkrar müharibə…

Ətraflı

BAKI,Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi Livanın “14 Mart” hərəkatının ildönümü qeyd olunduğu bir vaxtda, ilk şiə müxaliflərin yaddaşı hələ də onları məzhəb sıralarına qaytarmağa məcbur etmək üçün məruz qaldıqları məhkəmə proseslərinin təfərrüatlarını qoruyub saxlayır. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Xüsusilə Bəqaa və Cənub şəhərləri, 14 Mart hərəkatının tərəfdarı olan şiələrin Beyrutun Şəhidlər Meydanında keçirilən böyük etiraz aksiyasına qatıldıqdan sonra qarşılaşdıqları təqib və qorxutma kampaniyalarının sərtliyini unutmur. Məsələn, Nəbtə şəhərində, Şəhidlər Meydanından qayıdanlara pusqu qurulub, onlara hücum edilib. Başqa qrup isə tanınmış bir həkimi təqib edərək ona atəş açıb və ayağından yaralayıb. Şəhərə yaxın bir ərazidə isə maskalı şəxslər…

Ətraflı

Bakı, Arab.AZ Roma Papası Fransisk İsrailin Qəzza zolağında həyata keçirdiyi intensiv bombardmanlara son qoymağa və atəşkəsə nail olunmasına çağırıb. Arab.AZ xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri bu çağırışı evə buraxıldığı gün dərc olunan Angelus duasında edib. “İsrailin Qəzza zolağına intensiv bombardmanının bu qədər ölüm və yaralanma ilə yenidən başlaması məni kədərləndirdi,” – deyə o bildirib. Papa Fransisk həmçinin tərəfləri dərhal atəşi dayandırmağa və bütün girovların azad olunması üçün dialoqun bərpasına çağırıb. “Silahların dərhal susdurulmasını və bütün girovların azad edilməsi və qəti atəşkəsə nail olunması üçün dialoqu bərpa etmək üçün cəsarət tapılmasını xahiş edirəm”, – deyə Papa vurğulayıb. O, Qəzzada…

Ətraflı

Bakı, Arab.AZ Rusiya Prezidenti Vladimir Putin və Qətər əmiri Təmim bin Həməd əl-Tani telefon danışığı zamanı Suriya problemi ilə bağlı fikir mübadiləsi aparıblar. Arab.AZ AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, hər iki lider Suriyanın birliyi məsələsinin vacibliyini vurğulayıb və bu istiqamətdə birgə işləməyə razılaşıblar. Qeyd olunub ki, Rusiya və Qətər ölkədəki keçid dövründə sosial-iqtisadi vəziyyətin sabitləşməsi məqsədilə əməkdaşlığı davam etdirəcək və Suriya xalqına humanitar yardım göstərəcək. Eyni zamanda, iki lider Qəzza zolağında döyüşlərin yenidən başlaması ilə bağlı narahatlıqlarını ifadə ediblər. İki dövlətin, Qəzzada gərginliyin azaldılması və regionda uzunmüddətli sabitliyin təmin edilməsi istiqamətində birgə…

Ətraflı

Bakı, Arab.AZ ABŞ Prezidenti Donald Tramp İrana yeni nüvə sazişi bağlamaq üçün iki ay vaxt verib. Arab.AZ AzerVoice-ə istinadən xəbər verir ki, bu haqda Trampın İranın ali lideri Əli Xameneiyə göndərdiyi məktubda deyilir. Belə ki, bu müddətin geri sayımı İran hökümətinin məktubu aldığı tarixdən, yoxsa nüvə razılaşması ilə bağlı mümkün danışıqların başlandığı tarixdən etibarən mi başlayacaq, hələ ki məlum deyil. Qeyd edək ki, bundan əvvəl, Tramp, Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparmaq üçün Xameneiyə məktub göndərmişdi. Buna cavab olaraq İranın ali lideri Xamenei ABŞ-la heç bir dialoq aparmayacaqlarını bildirmişdi. O, Vaşinqtonun yalnız öz maraqları naminə hərəkət etdiyini vurğulamışdı. Xamenei, ABŞ…

Ətraflı

BAKI, Arab.AZ, AzerVoice analitik Təhlil Mərkəzi İsrailin Qəzzəyə qəfil və güclü hücumu, ABŞ-ın Yəməndə Husilərə qarşı apardığı hava zərbələrindən dərhal sonra baş verdi. Bu iki hücumun eyni strategiyanın bir hissəsi olduğu və eyni mesajları ehtiva etdiyi müşahidəçilər tərəfindən vurğulanır. Hər iki hadisə ABŞ prezidenti Donald Trampın İran və onun bölgədəki müttəfiqlərinə qarşı “maksimum təzyiq” siyasətinin davamı kimi qiymətləndirilir. İndiyə qədər bu hədəfli hücumlar Qəzzədə HƏMAS-ı və Yəməndə Husiləri hədəf alsa da, İran və onun İraqdakı müttəfiq silahlı qrupları da gündəmdədir. İsrail iddia edir ki, bu qruplar Qəzzəyə dəstək məqsədilə müxtəlif raket hücumları təşkil ediblər və eyni zamanda İraq və Suriyadakı ABŞ bazalarını hədəf alıblar. İsrail hökuməti çərşənbə axşamı Qəzzəyə qarşı həyata…

Ətraflı