Author: Tasnim Rufizqizi

Bakı, Arab.AZ Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, HƏMAS-ın Siyasi Bürosunun üzvü Halil Hayye ilə telefon danışığı aparıb. Arab.AZ AzerVoice-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Qəzza zolağında davam edən humanitar böhran, İsrailin bölgəyə hücumları və atəşkəs səyləri müzakirə edilib. Hakan Fidan, Türkiyənin bölgədə sülh və sabitliyin təmin olunması üçün diplomatik səylərini davam etdirdiyini vurğulayıb. Danışıqlarda, həmçinin, humanitar yardımların Qəzzaya maneəsiz şəkildə çatdırılması və mülki əhalinin müdafiəsi məsələləri də gündəmdə olub. Fidan, Türkiyənin fələstinli mülki vətəndaşların qorunması və atəşkəsin təmin edilməsi üçün beynəlxalq səviyyədə fəal rol oynadığını bildirib. HƏMAS rəsmisi Halil Hayye isə İsrailin hücumlarının fələstinli mülki vətəndaşlar üzərində yaratdığı fəlakətli…

Ətraflı

BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi İsrail ordusu ilə HƏMAS və onun hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları arasında fasiləsiz davam edən hərbi əməliyyatlardan sonra atəşkəs əldə olunmuşdu. Lakin martın 18-də, heç bir xəbərdarlıq olmadan, İsrail yenidən Qəzzaya hava hücumları təşkil etdi. İsrailin iddiasına görə, bu, HƏMAS nümayəndə heyətinə təzyiq göstərmək və onlarda girov saxlanan israillilərin yarısını – həm sağ olanları, həm də ölənlərin cəsədlərini – şərtsiz azad etməyə məcbur etmək məqsədi daşıyırdı. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. İsrail siyasi mənbələrinin məlumatına görə, HƏMAS hələ də 59 israillini girov saxlayır, onlardan ən azı 28-i ölüdür. İsrailin iddialarına əsasən, ordunun 100-dən çox hədəfə zərbələr endirməsi nəticəsində Qəzzada 400-dən çox…

Ətraflı

BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi Şiə lideri Müqtəda əs-Sədrin hərbi qanadı olan “Səraya əs-Salam” qruplaşmasına verdiyi təlimatlar, xüsusilə ölkə daxilində və xaricində silah daşınmasının qadağan edilməsi, İraqın regional müharibəyə sürüklənməsinin qarşısını almağa yönəlib. Bu siyasi qərar, İsrailin İraqa hərbi zərbələr endirmə ehtimalının artdığı bir dövrdə verilib. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Sosial mediada Sədrin verdiyi təlimatlar geniş müzakirə olunub. Bir çoxları bunu bölgədə və İraqda gərginliyin artacağına dair bir siqnal kimi qiymətləndirirlər. Sədrin Təlimatları: Silahlardan Uzaq Durun, Dini Rəhbərlərə Müraciət Edin “Səraya əs-Salam” qruplaşmasının hərbi köməkçisi Təhəssin əl-Hümeydavi çərşənbə günü açıqlama verərək, Müqtəda əs-Sədrin ona silahlı dəstə…

Ətraflı

Bakı. Arab.AZ Suriyada 2011-ci ilin 15 mart tarixində başlayan xalq üsyanının 14-cü ildönümü münasibətilə ölkənin bir çox şəhər və vilayətlərində kütləvi tədbirlər keçirilib. Uzun illər davam edən qarşıdurmalardan sonra ilk dəfə olaraq, bu il insanlar inqilabın ildönümünü qələbə ruhunda qeyd ediblər. Arab.AZ xəbər verir ki, minlərlə insan küçələrə çıxaraq Suriya inqilabının simvolu olan bayraqları dalğalandırıb və “Azadlıq” və “Ləyaqət” şüarları yazılmış plakatlar qaldırıblar. Etirazçılar bu günü inqilabın əsas dəyərlərini xatırlamaq və keçilən yolu vurğulamaq üçün bir fürsət kimi dəyərləndiriblər. Tədbirlərin iştirakçıları son illərdə əldə edilən nailiyyətlərə diqqət çəkərək, bu hadisəni “inqilabın qələbəsi” kimi xarakterizə ediblər. Şənliklər eyni zamanda 14 il…

Ətraflı

BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi 21 sentyabr 2014-cü ildə Yəmənin paytaxtı Sənada hakimiyyət Husilərin əlinə keçdikdən sonra ölkədə qarmaqarışıqlıq, zorakılıq və dağıntılar başladı. Şimaldakı Səda vilayətində dini hərəkat kimi yaranan Husilər qısa zamanda hərbi gücə çevrildi və Yəmənin milli təhlükəsizliyinə ciddi təhdid törədərək ölkənin sabitliyini zorla ələ keçirdi. Bu hadisə Yəmən xalqını çıxış yolu olmayan qaranlıq bir tunelə saldı. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir.İyirmi ildən çoxdur ki, Yəmənlilər bu tuneldə Husilərin idarə etdiyi rejimin əzabını çəkirlər. Azlıqda olan bu qrup xalq üzərində təzyiq göstərmək üçün dəhşətli metodlara əl atır. Küçələrdə təhlükəsizlik baryerləri qurdular, məscidləri dağıtdılar, insanları siyasi məqsədləri naminə müharibəyə sürüklədilər. Üstəlik, un və qaz qiymətlərinə…

Ətraflı

BAKI, Arab.AZ Livan dövləti, Suriya sərhədində baş verən qarşıdurmaların gərginliyi artırmasından sonra vəziyyəti sabitləşdirmək üçün təcili tədbirlər görməyə başlayıb. Baş verən silahlı toqquşmalarda hər iki tərəfdən ölənlər olub. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Livan Prezident Administrasiyasının verdiyi açıqlamada bildirilib ki, Prezident Cozef Aun, hazırda Brüsseldə “Suriya Gələcəyinə Dəstək” adlı Avropa İttifaqının təşkil etdiyi konfransa qatılan Xarici İşlər Naziri Yusuf Raci ilə əlaqə saxlayıb. Prezident ondan Suriyalı nümayəndə heyəti ilə əlaqə yaradaraq problemin ən qısa zamanda həll olunmasını, iki ölkənin suverenliyinin qorunmasını və vəziyyətin daha da pisləşməsinin qarşısının alınmasını təmin etməyi tələb edib. Prezident Aun sərhədin şərq və şimal-şərq bölgələrində…

Ətraflı

Bakı, Arab.AZ Yəməndəki üsyançı husilərin “Ənsar Allah” husi hərəkatının hücumlarının arxasında İran dayanır. Arab.AZ AzerVoice-ə istinadən xəbər verir ki, bu sözlər ABŞ prezidenti Donald Trampın Truth social platformasında verdiyi açıqlamada yer alıb. O bildirib ki, husilərin yeni hücumları baş verərsə, ABŞ Silahlı Qüvvələri yalnız üsyançılara qarşı zərbələrlə kifayətlənməyəcək. “Heç kimə özünüzü aldatmağa imkan verməyin! Yəmən xalqının nifrət etdiyi, Yəməndə məskunlaşmış husilər – zalım banditlər və qaniçənlər tərəfindən törədilən yüzlərlə hücumun arxasında İran dayanır və bu hücumlar məhz onun tərəfindən təşkil olunub. Husilərin hər hansı bir hücumu və ya cavab tədbirləri böyük qüvvə ilə qarşılanacaq”, – deyə Tramp qeyd edib. Xatırladaq ki, Tramp dünən Truth Social…

Ətraflı

BAKI, Arab.AZ İran ABŞ-ın hər hansı hücumuna qarşı sərt və sarsıdıcı cavab verəcəyini bəyan edib. Arab.AZ AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Salami açıqlama verib. Salami bildirib ki, İrana qarşı istənilən təhdid və ya hücum sərt, qətiyyətli və sarsıdıcı cavabla qarşılanacaq. “Mən bütün düşmənlərə xəbərdarlıq edirəm ki, İrana qarşı həyata keçirilən hər hansı təhlükə qətiyyətli və dağıdıcı reaksiyaya səbəb olacaq”, – deyə SEPAH komandanı vurğulayıb. Bu açıqlama ABŞ-ın Yəməndəki vəziyyətlə bağlı İranı günahlandırması və İrana qarşı təhdidlərini artırmasından sonra gəlib. 15 mart tarixində ABŞ Prezidenti Donald Tramp, husilərə qarşı hərbi əməliyyatlara başlamaq…

Ətraflı

RAMALLAH, Arab.AZ Qəzza Zolağının sakinləri bu il Ramazan ayını ağır şəraitdə qarşılamağa məcbur qalıblar. Şəhərin müxtəlif bölgələrində, xüsusilə də şimaldakı Beyt Lahiya şəhərində, dağıdılmış evlərin qalıqları arasında ailələr müqəddəs ayın adətlərini qorumağa çalışır. Arab.AZ xəbər verir ki, müharibənin təsirləri səbəbindən Qəzzada həyatın əsas şərtləri demək olar ki, tamamilə yox olub. Lakin bütün bu çətinliklərə baxmayaraq, insanlar ailələri ilə bir araya gəlmək üçün mübarizəni davam etdirirlər. Dağıntılar içində iftar açmağa çalışan sakinlər məhrumiyyətlərə baxmayaraq, həmrəyliyi qorumağa çalışır. Qida, su və tibbi yardıma ciddi ehtiyac olduğu bildirilir. Humanitar vəziyyətin getdikcə ağırlaşdığı bölgədə, beynəlxalq təşkilatların yardımlarının kifayət etmədiyi qeyd olunur. Qəzza sakinləri, çətinliklərə…

Ətraflı

BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi 10 sentyabr 1946-cı ildə ABŞ-ın Dəməşqdəki səfirliyindən Vaşinqtondakı Dövlət Departamentinə göndərilən hesabatlardan birində diplomat “Mattison” qeyd edir ki, o, Daxili İşlər Naziri Sabri Əslini ilə görüşərək eşitdiyi bir şayiənin doğruluğunu yoxlamaq istəyib. Bu şayiəyə görə, Cəbəl əl-Dürz əhalisi Suriyadan “ayrılmaq” istəyirdi. Bu hadisə Fransız qoşunlarının Suriyanı tərk etməsindən beş ay sonra və Cəbəl əl-Dürzün dörd illik fasilədən sonra nəhayət Suriya Respublikası ərazisinə qaytarılmasından sonra baş verirdi. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Deməli, Cəbəl əl-Dürz məsələsi yeni deyil və hətta müasir Suriya dövlətindən daha qədimdir. Bu mövzu İsrailin son bəyanatları ilə yenidən gündəmə gəlib. İsrail, Dürziləri “qorumaq” niyyətində…

Ətraflı