Author: Tasnim Rufizqizi
Bakı, Arab.AZ Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır. Arab.AZ xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Səudiyyə Ərəbistanının xarici işlər nazirliyi Azərbaycanla Ermənistan arasında danışıqların yekunlaşmasını və sülh sazişinin əldə olunmasını alqışlayır və onun sabitlik və firəvanlıq üçün yeni mərhələni başladacağına ümid bəsləyir”, – bəyanatda qeyd olunur. Xatırladaq ki, iki gün əvvəl Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib. “Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan…
BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi İranın dəstəklədiyi Hizbullahın silahsızlaşdırılması, Nəvaf Salam hökumətinin qarşısında duran əsas problemlərdən biridir. Bu məsələ həm prezidentin andiçmə nitqində, həm də fevral ayında parlamentin etimadını qazanan hökumətin proqram bəyanatında qeyd olunmuşdu. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Bu məsələ, Livanın beynəlxalq ictimaiyyət və noyabr ayında İsraillə əldə olunan atəşkəs sazişinin təminatçıları qarşısında götürdüyü öhdəliklərdən biridir. Ədliyyə naziri Hizbullahın silahsızlaşdırılması məsələsinin Nazirlər Kabinetinin gündəliyinə salınmasını tələb edir Livanın siyasi və hökumət rəsmiləri hesab edirlər ki, bu məsələnin həllinin gecikdirilməsi nə ölkənin, nə də yeni hakimiyyətin maraqlarına uyğundur. Beynəlxalq ictimaiyyət Livana hər hansı yardımı, o cümlədən yenidənqurma prosesini bu addımla əlaqələndirir. Livan…
BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi Livan-İran münasibətləri son illərdə olduğundan fərqli bir istiqamətə gedirdi.Lakin baş verən bəzi siyasi dəyişikliklərdən sonra bu münasibətlər ölkələr arasında olmalı olan normal çərçivəyə daxil olur. Halbuki əvvəllər İran Livan üzərində “Hizbullah” vasitəsilə təsir sahibi idi və bəzi livanlılar bunu “İran işğalı” adlandırırdılar. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Bu dəyişikliklər xüsusilə son İsrail müharibəsi zamanı Livanın İran rəsmilərinə münasibətində özünü göstərdi. Oktyabr ayında sabiq baş nazir Nəcib Miqati İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Fransayla BMT-nin 1701 saylı qətnaməsinin icrası ilə bağlı danışıqlara hazır olduğunu bildirməsinə sərt reaksiya verdi. O, bunu Livanın daxili işlərinə…
BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi ABŞ prezidenti Donald Trampın İranın nüvə dosyesini həll etmək üçün Tehranla dialoq kanallarını açmaq istəyi, Rusiya prezidenti Vladimir Putin üçün böyük bir fürsətdir. O, Tehranla strateji tərəfdaşlığından istifadə edərək həm Vaşinqton, həm də Tehran tərəfindən etibarlı vasitəçi rolunu oynaya bilər. Bundan əlavə, Putin Trampın Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sərt mövqeyinə və Rusiyanın maraqlarına uyğun sülh modelini irəli sürmək cəhdinə minnətdarlığını göstərmək istəyir. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Son həftələrdə ABŞ-ın Ukraynaya verdiyi dəstəyi azaltması və Moskvaya qarşı yumşaq siyasət izləməsi Avropadakı ənənəvi müttəfiqlərinin narazılığına səbəb olub. Bu siyasət dəyişikliyi, xüsusilə Ağ Evdə…
BAKI, Arab.AZ Suriya, Türkiyənin diplomatik təşəbbüsləri ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) yenidən üzv qəbul edilib. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan bu qərarı “böyük bir məmnuniyyətlə qarşıladığını” bildirib. Arab.AZ AzerVoice-ə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Suriya’nın üzvlüyünü 13 il əvvəl dayandırmışdı. Türkiyə bu məsələni bir daha gündəmə gətirərək, Suriya’nın üzvlüyünün bərpasına nail oldu. Təşkilatın üzvü olan ölkələrin razılığı ilə Suriya yenidən İƏT-ə üzv qəbul edildi. Qərarın qəbulunun ardınca, Suriyanın yeni hökumətinin Xarici İşlər Naziri Esad Həsən Şeybani toplantıya dəvət olundu. Hakan Fidan, 7 martda Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə Xarici İşlər Nazirləri Şurası Toplantısına qatıldı. Fidan,…
BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi Suriya təhlükəsizlik qüvvələri cümə günü ikinci gün ardıcıl olaraq Ələvilərin əsas məskəni olan ərazidə yeni başlayan üsyanı yatırtmaq üçün döyüşlər aparıb. Keçmiş prezident Bəşşar Əsədin mənsub olduğu bu icmada baş verən hadisə xarici qüvvələrin iştirakına dair suallar doğurur. Xüsusilə, İran və Hizbullahın bu prosesdə nə dərəcədə rol oynadığı müzakirə olunur. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Bu üsyanın arxasında İranın dayanması ehtimalını dəstəkləyən əsas məqamlardan biri Türkiyə xarici işlər naziri Hakan Fidanın bir neçə gün əvvəl verdiyi açıqlamalardır. O, İranın Suriyadakı roluna etiraz edib. Bu isə o deməkdir ki, Türkiyə kəşfiyyatı bu hərəkatın baş verəcəyindən əvvəlcədən xəbərdar olub. Suriya İnsan Haqları Müşahidəçiləri qrupunun məlumatına…
Bakı, Arab.AZ HƏMAS İsrailin və ABŞ-ın silahsızlanma çağırışlarını rədd edib. Arab.AZ AzerVoice-ə istinadən xəbər verir ki, bu haqda HƏMAS rəsmisi Sami Əbu Zuhrinin verdiyi açıqlamada deyilir. “Müqavimətin silahı qırmızı xəttdir və bu, müzakirə oluna bilməz”, – deyə o qeyd edib. Digər tərəfdən, İsrailin xarici işlər naziri Gideon Saar bəyan edib ki, İsrail Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsinə keçməyə hazırdır, lakin bunun üçün HƏMAS hələ də əlində saxladığı 59 girovun bir qismini daha azad etməlidir. Xatırladaq ki, Qəzzada döyüşlər yanvarın 19-dan bəri ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs çərçivəsində dayandırılıb. Bu müddət ərzində HƏMAS 33 israilli və 5 tailandlı…
Bakı, Arab.AZ Fələstin dövləti qurulmadan həqiqi sülh olmayacaq Arab.AZ AzerVoice-ə istinadən xəbər verir ki, bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi, Qahirədə keçirilən fövqəladə Ərəb Liqası sammitində çıxış ederkən deyib. Sisi, Fələstin xalqının vətənlərini yenidən qurmaq və öz torpaqlarında qalmaq hüququnu qoruyan planın qəbul edilməsinə çağırıb. Bu plan üçün maddi dəstək çağırışı edən Sisi, eyni zamanda İsrailin işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki pozuntularına toxunub. “İordan çayının qərb sahilində fələstinlilərə qarşı edilən pozuntuları qətiyyətlə rədd edirik. Məscidül-Əqsaya qarşı hücumların davam etməsinin və oradakı status-kvonun pozulmasının nəticələri barədə xəbərdarlıq edirik”,– deyə o bildirib. Sammitin regional böhran fonunda baş tutduğunu vurğulayan Sisi, Yaxın…
BAKI, Arab.AZİran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ölkəsinin İngiltərə, Almaniya və Fransa (E3 ölkələri) ilə nüvə müzakirələrini davam etdirmək üçün razılığa gəldiyini açıqlayıb. Arab.AZ AzerVoice -ə istinadən xəbər verir ki, bu barədə Bekayi Xarici İşlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.O, ABŞ və Rusiya arasında keçirilən danışıqlarda İranın nüvə məsələsinin müzakirə olunması ilə bağlı suala, “Bu mövzu ilə bağlı ABŞ və Rusiya arasında danışıqların aparılması təbiidir. Lakin ən önəmli məqam odur ki, İranın nüvə məsələsi İranın razılığı olmadan müzakirə edilə bilməz. Rus dostlarımız mütləq bizimlə məsləhətləşəcəklər.” – deyə cavab verib. Bekayi, BƏƏ-nin İran və ABŞ arasında vasitəçilik edə biləcəyi…
BAKI, Arab.AZ Gözlənilməz olsa da tanınmış suriyəli iş adamı və milyarder Ayman Asfarinin adı Suriyanın yeni hökumətini formalaşdırmaq üçün mümkün namizəd kimi çəkilməyə başlayıb. Yeni hökumətin bir neçə həftə ərzində elan ediləcəyi gözlənilir. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Asfari, son illərdə “Tahrir əş-Şam” qruplaşmasının fəaliyyət göstərdiyi İdlib vilayətində anadan olub. Yanvarın 5-də o, Dəməşqdəki Xalq Sarayında digər suriyali iş adamları ilə birlikdə Suriya prezidenti Əhməd Şəraa ilə görüşüb. Bundan əlavə, fevral ayının ortalarında Parisdə Suriyadakı siyasi keçidlə bağlı keçirilən konfransda Suriya xarici işlər naziri Əsəd Şibani ilə yanaşı iştirak edib. Ayman Asfari kimdir? Ayman Asfari 1958-ci ildə İdlibdə…