Author: Tasnim Rufizqizi

BAKI,Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi Hizbullahın baş katibi Naim Qasim Livan hökumətini silahların yalnız dövlətin əlində cəmləşdirilməsi qərarı ilə “İsrail layihəsinə xidmət etməkdə” ittiham edib və buna qarşı “Kərbəla savaşı” aparacağını bəyan edib. O, “Hökumət partiyanı qarşısına alarsa, Livan” xəbərdarlığını edib. Hökumətin silah qərarı və beynəlxalq təzyiqlər Livan Nazirlər Şurası 7 avqust 2025-ci ildə silahların yalnız dövlətin əlində olması barədə qərar qəbul edib və ordunu bu prosesi cari ay ərzində planlaşdıraraq 2025-ci ilin sonuna qədər icra etməyə tapşırıb. Qərar ABŞ təzyiqləri və İsrailin yeni hərbi əməliyyatlara başlamaq hədələri fonunda qəbul olunub. İsrailin keçmiş döyüşlərdə Hizbullaha ağır zərbələr vurduğu bildirilir. İmam Hüseynin Ərbəin mərasimi münasibətilə Baalbek şəhərində…

Ətraflı

BAKI,Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi İranda nüvə məsələsinin idarə olunması səlahiyyətləri ilə bağlı Xarici İşlər Nazirliyi və Ali Milli Təhlükəsizlik Şurası arasında müzakirələr davam edir. Əli Laricaninin yenidən Şuranın baş katibi vəzifəsinə qayıtması, bu dosyenin “Xarici İşlər”dən alınması ehtimallarını gündəmə gətirib. Lakin xarici işlər naziri Abbas Əraqçi bunu təkzib edib. “Hazırda belə bir plan gündəlikdə yoxdur və mən bunun baş verəcəyini düşünmürəm.” -deyə, Əraqçi, Laricaninin ofisinə yaxın “Khabar Online” saytına deyib. Bu açıqlama, Laricaninin dönüşü ilə bağlı mediada yayılan ehtimallar fonunda səlahiyyət bölgüsü müzakirələrini sakitləşdirməyə yönəlik cəhd kimi qiymətləndirilir. Parlament ötən ay nüvə obyektlərinin gələcək yoxlanışlarının yalnız Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi ilə aparılmasını…

Ətraflı

BAKI,Arab.AZ/AzerVoice Analitik təhlil Mərkəzi İraq Xarici İşlər Nazirliyi bazar günü bir daha ədalətin təmin olunması və yezidilərə qarşı baş verən faciənin beynəlxalq səviyyədə “soyqırımı” kimi tanınması üçün səylərini davam etdirəcəyini bəyan edib. Bu bəyanat, 2014-cü ilin avqustunda İŞİD terror təşkilatının Ninova vilayətinin Sincar bölgəsini ələ keçirərək minlərlə yezidi kişi, qadın və uşağı öldürməsi, qaçırması və əsir götürməsinin 11-ci ildönümü ərəfəsində verilib. Nazirlik qurbanlar və ailələrinə dərin həmrəyliyini ifadə edərək, beynəlxalq ictimaiyyətin bu hadisələri “soyqırımı, sistemli zorakılıq və insanlıqdan kənar köləlik” kimi tanımasının vacibliyini vurğulayıb. İraq XİN-in açıqlamasında qeyd olunub ki, ölkə diplomatik nümayəndəlikləri vasitəsilə sağ qalanlara və ailələrinə dəstək göstərmək, əsirləri azad etmək, onlara…

Ətraflı

BAKI, Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi Yaxın Şərq tarixində dönüş nöqtəsi sayılan və İranın onilliklərdir hazırlaşdığı müharibədə, Tehranın əsas dayaqları bir-bir zəifləyib: “Hizbullah” dağıdılıb, Əsəd rejimi çöküb, “HƏMAS” Qəzza müharibəsində sıxışdırılıb, husilər isə yalnız simvolik raket hücumları həyata keçirir. ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsindən bəri İranın silahlandırıb dəstəklədiyi şiə qrupları isə 12 günlük son müharibədə neytral mövqe tutaraq döyüşə qatılmadı. Bu müddətdə İranın nüvə proqramına, əsas obyektlərinə və simvolik fiqurlarına qarşı hücumlar davam etsə də, Bağdadın Tehrana verdiyi dəstək yalnız bəyanatlar və sosial mediada paylaşılan mesajlarla məhdud qaldı. Bu, “İraq İranın təsir dairəsindən çıxırmı?” sualını aktuallaşdırdı. ABŞ-ın təzyiq strategiyasıVaşinqton İraqdakı hərbi varlığını kiçik…

Ətraflı

BAKI, Arab.AZ İsrailin sabiq Baş naziri Naftali Bennett, ölkəsinin Amerika Birləşmiş Ştatlarındakı nüfuzunun ciddi şəkildə zədələndiyini və artıq “parya dövlət” (kənarlaşdırılmış dövlət) kimi qəbul edildiyini bildirib. Arab.AZ xəbər verir ki, Vaşinqton və Nyu-Yorka etdiyi 10 günlük səfərin ardından sosial media platforması X üzərindən paylaşım edən Bennett, “İsrailin ABŞ-dakı nüfuzu geriləyir” başlıqlı mesajında ciddi xəbərdarlıq edib. 2021–2022-ci illər arasında baş nazir vəzifəsində çalışan Bennett, ABŞ-da uzun illər yaşadığını və İsrailin təbliğatı ilə məşğul olduğunu xatırladaraq, bu qədər mənfi atmosferin heç vaxt olmadığını vurğulayıb. “İsrail artıq parya dövlət kimi qəbul edilir” deyən siyasətçi, ABŞ-dakı siyasi dəstəyin də azaldığını qeyd edib. Onun sözlərinə görə,…

Ətraflı

BAKI,Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi Misir ilə İsrail arasında münasibətlərdə nəzərəçarpan və artan gərginlik yaşanır. Bu gərginlik siyasi, hökumət və diplomatik rəhbərlik səviyyəsində rəsmi soyuqluq mərhələsinə çatıb. Bununla belə, tərəflər arasında yalnız ortaq təhlükəsizlik məsələləri və Qəzzadakı müharibə ilə bağlı əlaqələr davam edir. Hazırda prezident, hökumət, hətta xarici işlər naziri səviyyəsində İsraillə heç bir əlaqə yoxdur. Əlaqə yalnız Sülh Müqaviləsinin təhlükəsizlik bəndlərinin icrası üzrə ortaq hərbi komitə vasitəsilə və Misirin Qəzzada atəşkəs vasitəçiliyi ilə bağlı koordinasiyası çərçivəsində aparılır. Qahirə, Qəzza zolağında israillilərin törətdiyi müharibə cinayətlərindən – öldürmə, aclıq və mühasirədən – qəzəblə yanaşı, İsrailin təxribatlarından, xüsusilə də Qəzza sakinlərini sərhədə sıxışdıraraq Misir…

Ətraflı

BAKI, Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi – Livan prezidenti Cozef Aun cari ilin əvvəlində etdiyi açılış nitqində dövlətin silahlı güc üzərində inhisarını bərpa etməli olduğunu vurğulamışdı. Aun, 31 iyul tarixində isə bu çağırışı daha da sərtləşdirərək, bütün silahlı qüvvələrin, o cümlədən Hizbullahın silahlarının Livan ordusuna təhvil verilməsini tələb etdi. Bu mövqe beynəlxalq aləmdə – xüsusilə ABŞ, Fransa və Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz ölkələri tərəfindən müsbət qarşılanıb, lakin əsas şərt bir daha xatırladılıb: Livan hökuməti Hizbullah silahlarına dair konkret bir plan təqdim etməyincə, nə iqtisadi yardım, nə də cənub bölgəsinin yenidən qurulması reallaşacaq. İsrailin Hizbullahın hərbi potensialını zəiflətmək məqsədilə 2024-cü ilin noyabrında atəşkəsdən bu yana həyata keçirdiyi 500-dən çox hava hücumuna baxmayaraq,…

Ətraflı

BAKI, Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi – Böyük Britaniya sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmi şəkildə tanımağa hazırlaşır. Baş nazir Keir Starmerin ofisi tərəfindən verilən açıqlamada bildirilir ki, əgər İsrail Qəzza zolağındakı vəziyyəti sonlandırmaq üçün ciddi addımlar atmasa, London Fələstinin dövlət kimi tanınması prosesinə başlayacaq. Açıqlamada vurğulanır: “İki dövlətli həll yolunu qorumağa qərarlıyıq. Əgər İsrail mövcud dəhşətli vəziyyətin dayandırılması üçün ciddi addımlar atmazsa və davamlı sülhə sadiq qalmazsa, sentyabr ayında BMT Baş Assambleyasında Fələstini tanıyacağıq.” Britaniya hökuməti İsraildən dərhal atəşkəsə razılaşmasını, BMT-nin Qəzzada humanitar yardımını bərpa etməsini və İordan çayının qərb sahilində yeni ərazilərin ilhaqından imtina etməsini tələb edir. Bəyanatda bildirilib ki,…

Ətraflı

BAKI, Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi– Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti Donald Trampa müraciət edərək, Qəzza zolağındakı müharibənin dayandırılması və humanitar yardımın bölgəyə çatdırılması üçün bütün səyləri göstərməyə çağırıb. Bu müraciət, Misirin deyil, İsrailin məsuliyyət daşıdığı humanitar böhranı Misirin üzərinə yükləməyə çalışan çoxistiqamətli kampaniyalar fonunda səsləndirilib. Misir: Rafah keçidi açıqdır, məsuliyyət İsrailin üzərinə düşür Prezident Sisinin Trampa ünvanladığı müraciət, müşahidəçilər tərəfindən Vaşinqton üçün xəbərdarlıq kimi qiymətləndirilir. Onlar bildirirlər ki, Qəzzadakı böhran yalnız Misirin deyil, ABŞ daxil olmaqla bütün regional və beynəlxalq oyunçuların nüfuzuna zərər verə bilər. Misir rəsmiləri bildirirlər ki, Rafah sərhəd-keçid məntəqəsi Misir tərəfdən açıqdır. Yardımların keçidini isə İsrailin…

Ətraflı

BAKI, Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi – Suriya və İsrail nümayəndə heyətləri arasında Parisdə ABŞ-ın vasitəçiliyi ilə keçirilən görüş yalnız hərbi gərginliyin azaldılmasına və 1974-cü il tarixli “atəşkəsin bərpası” razılaşmasının yenidən işə salınmasına yönəlib. Görüşdə heç bir yekun saziş əldə olunmayıb. Suriyanın rəsmi mənbələri bildirib ki, görüşün məqsədi İsrailin son hərbi əməliyyatları nəticəsində Cənubi Suriyada yaranmış təhlükəli eskalasiyanı cilovlamaq və qarşılıqlı təmas kanallarını bərpa etmək olub. Görüşdə tərəflər arasında diplomatik normativlər daxilində ilkin məsləhətləşmələr aparılıb. ABŞ-ın Suriyaya xüsusi elçisi Tomas Barak “X” platformasında paylaşım edərək bildirib ki, Parisdə suriyalı və israilli nümayəndələrlə bir araya gəlib. Suriya tərəfi görüş zamanı İsraili eskalasiyanın əsas məsuliyyəti daşıyan tərəf kimi göstərərək…

Ətraflı