Author: Tasnim Rufizqizi

BAKI, Arab.AZ ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə İsrailin ifrat sağçı maliyyə naziri Betsalel Smotriç ən tez təbrik edənlərdən biri oldu. Bu, təsadüfi deyildi: Smotriçin təmsil etdiyi dini və sağçı məskunlaşma hərəkatı, Trampın prezidentliyi ilə “İsrailin böyük əraziləri ilhaq etmək” planlarının həyata keçəcəyinə ümid bəsləyirdi. 2020-ci ildə Binyamin Netanyahu Qərb Sahilini ilhaq etmək üçün addımlar atarkən Smotriç mühüm fiqurlardan biri olsa da, Əbraham Sazişləri bu planları dayandırdı. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Smotriç, Trampın 2024-cü ildə yenidən prezident seçilməsini İsrailin ilhaq planını həyata keçirmək üçün qızıl fürsət adlandırdı. Sosial mediada yazdığı mesajda, 2025-ci ilin “Yəhuda və Şomronda (Qərb Sahili) İsrail suverenliyi ili” olacağını bildirdi. Smotriç partiyasının iclasında qeyd etdi: “Biz bir…

Ətraflı

BAKI, Arab.AZ Suriyanın yeni hökuməti ciddi maliyyə problemləri ilə üz-üzədir. Dövlət qulluqçularının maaşlarının ödənilməsi üçün təcili vəsait tələb olunur. Lakin Qətər və digər regional müttəfiqlər, ABŞ sanksiyalarına məruz qalmaqdan qorxaraq bu maliyyə dəstəyini göstərməkdən çəkinirlər. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Qətər niyə Suriyanın yeni hakimiyyətinə maliyyə yardımı etmir? Suriyanın yeni rəhbərliyi, xüsusilə də Qətərdən, ölkənin dağılmış iqtisadiyyatını bərpa etmək üçün dəstək gözləyirdi. Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin Dəməşqə səfəri və Qətər rəsmilərinin verdiyi vədlər böyük ümidlər doğursa da, zaman keçdikcə bu vədlər yerinə yetirilmədi. Qətərin dövlət qulluqçularının maaşlarını artırmaq üçün maliyyə yardımı ayırmaqdan imtina etməsi, ABŞ-ın mümkün sanksiyalarına dair…

Ətraflı

BAKI, Arab.AZ Livan Prezidenti Cozef Aun, prezident seçildikdən sonra ilk xarici səfərini qarşıdakı bazar günü Səudiyyə Ərəbistanına edəcək. Bu səfər, Livanda baş verən siyasi dəyişikliklər fonunda, ölkənin krallıqla əlaqələrini möhkəmləndirmək məqsədi daşıyır. Xüsusilə, yeni formalaşmış hökumətin İranın dəstəklədiyi Hizbullahın təsirindən uzaq olması bu səfəri daha da əhəmiyyətli edir. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Bu ziyarət, Livanın ərəb dünyası ilə dərin əlaqələrini təsdiqləyir. Ölkə, artıq kiçik regional oyunçulara, o cümlədən İrana, təsir imkanları verməyən yeni bir mərhələyə qədəm qoyur. Cari ayın əvvəlində təqdim olunan hökumət proqramında Livanın “Hizbullah sonrası dövrə” keçid etdiyi vurğulanmış, silahlanma və maliyyələşmə vasitəsilə İran təsirinə qarşı sərt mövqe…

Ətraflı

BAKI, Arab.AZ. AzerVoice Analitik Təhlil Mərkəzi Liviya Ordusunun Komandanı Marşal Xəlifə Haftərin Parisə səfəri və Fransanın Prezidenti Emmanuel Makron tərəfindən qəbul edilməsi, Fransanın Şimali Afrika və xüsusən də Liviyaya qarşı siyasətində mühüm bir inkişaf kimi qiymətləndirilir. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Analitiklər Haftərin Parisə səfərini Fransanın Aralıq dənizi sahilində mühüm strateji keçid nöqtəsi olan Şərqi Liviyada varlığını gücləndirmək istəyi kimi qiymətləndirirlər. Bununla belə, bölgədə Rusiyanın nüfuzunun artması Fransanın bu cəhdini çətinləşdirə bilər. Xüsusilə də bu səfər, Haftərin Rusiyaya Tobruk şəhərində hərbi baza vermək niyyətində olduğuna dair xəbərlərlə üst-üstə düşür. Belə ki, Haftərin bir neçə gün əvvəl Belarusla bazanın yenidən qurulması…

Ətraflı

BAKI, Arab.AZABŞ prezidenti Donald Trampın süni intellektlə hazırladığı və Qəzzanı dəbdəbəli kurort kimi təsvir edən videosu geniş tənqidlərə səbəb olub. Arab.AZ AzerVoice-ə istinadən xəbər verir ki, sosial mediada paylaşılan videoda Qəzza futuristik bir istirahət məkanı kimi təqdim edilir – qızılı Tramp markalı binalar, xurma ağacları və dəbdəbəli əyləncələr. Klipdə həmçinin Trampın nəhəng qızıl heykəli, eləcə də İlon Mask və İsrail baş naziri Benyamin Netanyahunun günəş vannası qəbul edən versiyaları yer alıb. Tənqidçilər bildirirlər ki, bu video Qəzzanın mövcud humanitar böhranını gözardı edir və ABŞ-ın rəhbərliyi altında həyata keçiriləcək yenidənqurma planını təbliğ edir. Beynəlxalq Böhran Qrupunun eksperti Alessandro Accorsi videonun “Qəzzanı fələstinlilərsiz…

Ətraflı

BAKI, Arab.AZ İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza, İordan çayının qərb sahili, Livan və bütün regionla bağlı planlarını icra etmək üçün son maksimum irəliləyəcək. Atəşkəs və girov mübadiləsinə dair hökumətinin imzaladığı bəzi “taktiki” razılaşmalardan isə beynəlxalq qınağı yumşaltmaq və qlobal narazılığı azaltmaq üçün istifadə edir. Onun əsas hədəfi Fələstin məsələsini tamamilə aradan qaldırmaq və eyni zamanda İranla hesablaşmaqdır. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Mövcud münaqişə son 70 ildə olmadığı qədər gərgin həddə çatıb və Netanyahunun rəhbərlik etdiyi bir hökumətlə sülh perspektivi görünmür. Onun əsas məqsədi sülh danışıqlarını pozmaq, Fələstin dövlətinin yaranmasına imkan verməmək və fələstinliləri doğma torpaqlarından tamamilə çıxarmaqdır. Netanyahunun…

Ətraflı

Bakı. Arab.AZ Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraaya təbrik məktubu ünvanlayıb. Arab.AZ xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentinin vəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edir, xalqınızın rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram. Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycan ölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardım göstərməyə hazırdır. Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda, fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm. Sizə ən xoş…

Ətraflı

BAKI, Arab.AZ BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ABŞ-ın dövlət katibi Marko Rubio ilə telefon danışığında “bölgədə hamı üçün təhlükəsizlik və sabitliyi təmin edən ədalətli və hərtərəfli sülhün əldə olunmasının vacibliyini” vurğulayıb. BƏƏ fələstinlilərin məcburi köçürülməsinə və onların fundamental hüquqlarının inkar edilməsinə qəti şəkildə qarşıdır. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Müşahidəçilərin fikrincə, Şeyx Məhəmməd bin Zayedin bu mövqeyi, BƏƏ-nin Misir prezidenti Əbdülfəttah Sisi-yə ABŞ prezidenti Donald Tramp ilə fələstinlilərin köçürülməsi məsələsində yaşanan gərginlikdə kritik anda verdiyi dəstəyin bir hissəsidir. Bu arada diqqət Səudiyyə Ərəbistanına yönəlib, çünki onun Misirə təzyiqləri azaltmaq üçün hansı addımları ata biləcəyi maraq doğurur. Misirin…

Ətraflı

ƏLCƏZAİR,ArabAZ İtaliyanın paytaxtı Romada Əlcəzairin yüksək səviyyəli hərbi nümayəndə heyəti İtaliya ilə müdafiə sahəsində tərəfdaşlığın gücləndirilməsi, hərbi texnikanın inkişafı və hərbi sahədə müasir texnologiyalar üzrə kadrların hazırlanması məsələlərini müzakirə edib.ArabAZ xəbər verir ki, görüşlər İtaliya ordusunun qərargahı olan Kornudi sarayında baş tutub. Danışıqlara Əlcəzair Müdafiə Nazirliyinin baş katibi general-mayor Məhəmməd əl-Salih bin Bişe və İtaliya Müdafiə Nazirliyinin baş katibi Luisa Rikkardi rəhbərlik edib.Danışıqlara “Bolzanoda (şimalda) İveco müdafiə zavodu və Ronçi di Legionaridəki (şimal-şərq) Leonardo zavodu kimi İtaliyanın sənaye obyektlərinə strateji səfərlərin təşkili” daxil edilib.Luisa Rikkardi görüşlərin əvvəlində Əlcəzairin “Aralıq dənizində sabitlik limanı, Avropa və NATO-nun cənub hissəsində strateji tərəfdaş” olduğunu…

Ətraflı

DƏMƏŞQ,ArabAZ İran lideri Əli Xameneyi Suriyada mövcud olan Amerika qüvvələrini təhdid edərək, onların bazalarının salamat qalmasının “mümkünsüz” olacağını bildirib.ArabAZ xəbər verir ki, Xamenei İranın regional strategiyasının memarı, Suriya qəssabı general Qasım Süleymaninin öldürülməsinin beşinci ildönümü mərasimində deyib ki, Suriya “xaos vəziyyətində yaşayır və onun torpaqları xarici güclər tərəfindən işğal olunur. Bir tərəfdən Amerika, digər tərəfdən sionist varlıq, üçüncü tərəfdən bəzi azğın ölkələr”. (azğın ölkələr dedikdə ahıl yaxşı Xameneyi Türkiyəni nəzərdə tutur). “Təcavüzkar müsəlman millətin torpağını tərk etməlidir, əks halda qovulacaq.Amerika hərbi bazaları suriyalı gənclərin ayaqları altında tapdalanacaq”-deyə ömrünün son illərini yaşayan Xameneyi bildirib. Xamenei ölkəsinin regional strategiyasını müdafiə edərək, 2001-ci…

Ətraflı