Author: Tasnim Rufizqizi

SƏNA,ArabAZ Yəmənin informasiya, mədəniyyət və turizm naziri Muammar Al-Eryani regionun ümid və azadlıq gətirən yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyərək, yəmənliləri fürsətdən istifadə etməyə, öz paytaxtlarını, torpaqlarını geri qaytarmağa çağırıb. ArabAZ xəbər verir ki, bu bəyanatlar, Suriya müxalifətinin bazar günü sübh çağı prezident Bəşər Əsədin devrilməsi və onun ailəsinin əlli il davam edən hakimiyyətinə son qoyulduğunu elan etdiyi bir vaxta təsadüf edib. Muammar Al-Eryani bölgədə təxribat layihələrinin sonunun başlanğıcını yaxın olduğunu deyib.”Əmin olun ki, insanlar bir məqsəd ətrafında birləşəndə yadplanetlilər ilə qarşılaşsalar belə qələbə qaçınılmaz olur”-deyə nazir bildirib. O qeyd edib ki, İranın imperialist planları məhvə məhkumdur. “Fars və şiə Ayparasını…

Ətraflı

DƏMƏŞQ. Arab.AZ Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə PKK/PYD terror təşkilatının Suriyadakı mövqelərinə qarşı böyük hərbi əməliyyata hazırlaşır. Arab.AZ xəbər verir ki, hal-hazırda əməliyyatın başlanması üçün son hazırlıqlar aparılır. Hal-hazırda Türkiyəyə məxsus PUA-lar Suriyanın şimalında Təll-Təmr bölgəsində terrorçulara aid hədəfləri nöqtə atışı ilə məhv edir. Eyni zamanda Türk Silahlı Qüvvələrinə aid PUA-lar Mənbicin cənubundakı PKK/YPG-yə aid mövqeləri məhv edirlər.

Ətraflı

DƏMƏŞQ. Arab.AZ Rakkada PYD əleyhinə nümayişlər başladı. Arab.AZ xəbər verir ki, etirazçılar PYD-nin bölgədən çıxmasını tələb edirlər və PYD terrorçularının avtomobillərini daşqalaq ediblər. Qeyd edək ki, bir müddət öncə Suriya Milli Ordusu Mənbicin yüzdə 80-nin nəzarət altında olduğunu açıqlayıb. Həmçinin Lazkiyyə də müxaliflərin nəzarəti altındadır.

Ətraflı

DƏMƏŞQ. Arab.AZ Suriyanın liman şəhəri, Əsədin “alınmaz qalası” hesab edilən Lazqiyyə Suriya müxaliflətinin nəzarəti altındadır. Arab.AZ xəbər verir ki, təxminən yarım saat öncə müxaliflər Lazqiyyə şəhər mərkəzinə demək olar ki müqavimətsiz daxil olublar. Qeyd edək ki, bir müddət öncə Suriya Milli Ordusu Mənbicin yüzdə 80-nin nəzarət altında olduğunu açıqlayıb.

Ətraflı

DƏMƏŞQ. Arab.AZ Suriya Milli Ordusu (SMO) terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı çərçivəsində Mənbic rayonunda irəliləyir. Arab.AZ xəbər verir ki, Suriya Milli Ordusu Mənbicin yüzdə 80-nin nəzarət altında olduğunu bildirib. “Azadlıq şəfəqi” əməliyyatında terror təşkilatı PKK/YPG tərəfindən işğal edilən Menbicin Ureyme qəsəbəsi və Um Dadat kəndinin azad edildiyi açıqlanıb. “PKK/YPG ilə mübarizədə qələbəyə çox yaxınıq. Mənbici PKK/YPG-dən almaq üçün həm havadan, həm də qurudan müdaxilələr davam edir. Bütün təşkilati elementlər bölgədən təmizlənir” – deyə açıqlamada bildirilir. Qeyd edək ki, bu gün sübh çağı, “Heyət Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culani döyüşçülərini dövlət qurumlarına yaxınlaşmamağa çağıraraq, qurumların “rəsmi olaraq…

Ətraflı

BAKI. Arab.AZ Suriyada müxalif güclərin yenidən aktivləşərək Əsəd hakimiyyətini devirmək istiqamətində başlatdıqları əməliyyatlar Yaxın Şərqdə yeni geosiyasi durum yaradıb. HTŞ (Heyət Təhrir əş-Şam) liderliyi altındakı silahlı qruplaşmalar sürətlə Əsəd rejimin nəzarətində olan böyük yaşayış məntəqlərini ələ keçirməkdədir. Sürətli hücum əməliyyatı davam edərsə, Əsəd rejiminin süqutu artıq zamanla bağlı olan məsələ olacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da cümə günü bəyan edib ki, Suriyadakı müxalif güclərin əsas hədəfi Dəməşqdir. Yəni Əsəd rejimini devirməkdir. Belə bir bəyanatla HTŞ lideri Əbu Mühəmməd əl-Culani də bəyan edib ki, son hədəf Əsəd rejimini devirmək və digər qüvvələrin iştirakı ilə yeni hökumət formalaşdırmaqdır. HTŞ (Heyət Təhrir əş-Şam) liderliyi…

Ətraflı

Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti. Əsədin getməsi ilə daha bir era bağlandı. Əsəd öz hakimiyyətini qoruya bilmədi. Qəddafinin çıxışına gülən Əsəd, deməli, artıq onun da qələmi qırıldı. Bu mənzərəni Yaxın Şərqdə 1991-ci ildən görməyə başladıq. Səddamı iki mərhələdə bitirdilər. Birinci mərhələdə ölkəsi üzərində suverenliyini məhdud etdilər. Şimalda kürd muxtariyyəti qurdular. İkinci mərhələdə 2003-cü ildə ölkəsinə müdaxilə etdilər. Heykəlləri uçuruldu, kütlənin sevinci dünya mediasına yansıdı. Daha sonra hakimiyyətə radikal şiə hökuməti gətirildi. O da özündə yavaş-yavaş radikal sünni qrupların yaranmasına səbəb oldu. Ölkədə xarici müdaxilə, müəmmalı həbsxanalar. Heykələ külüng vuranın…

Ətraflı

DƏMƏŞQ, Arab.AZ Suriyanın sabiq prezidenti Bəşşar Əsədin dünən Dəməşqdən Suriya Hava Yollarına məxsus təyyarə ilə qaçarkən qəzaya uğrayaraq öldüyü bildirilir. Arab.AZ xəbər verir ki, məlumatın doğruluğu hələ təsdiq olunmasa da, müxalif mənbələr bu ehtimalın doğru olduğunu irəli sürüb Qeyd edək ki, dünən axşam saatlarında Bəşşar Əsədin və ailəsinin ölkədən üç istiqamətdə – Rusiya, İran və BƏƏ-yə qaçdığı iddia olunurdu. Məlumat üçün bildirək ki, bu gün sübh çağı Suriya müxalifəti paytaxt Dəməşqi ələ keçirib və Əsəd rejiminin süqutu rəsmən elan olunub.

Ətraflı

HƏLƏB, Arab.AZ Silahlı müqavimətin ölkənin paytaxtına yaxınlaşması fonunda İranın dəstəyi ilə 500 mindən çox insanın ölümünə səbəb olan Bəşşar Əsəd Donald Trampdan kömək istəyib. Arab.AZ xəbər verir ki, Əsəd Birləşmiş Ərəb Əmirliklərindəki vasitəçilərlə Trampa məktib göndərərək, hakimiyyətdə qalacağı təqdirdə İrandan və İranın dəstəklədiyi silahlı radikal şiə qrupları ilə əlaqəni kəsəcəyini bildirib. Qeyd edək ki, bu gün günorta saatlarında Donald Tramp, “Suriyada baş verənlər bizim müharibəmiz deyil” deyə açıqlama verib.

Ətraflı

Bakı. Arab.AZ Suriya prezidenti Bəşşar Əsəd silahlı müxalifətin ölkənin paytaxtına yaxınlaşması fonunda ciddi təhlükədə olduğunu bildirib. Arab.AZ xəbər verir ki, bu barədə Kremlindən verilən açıqlamada bildirilir. Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin açıqlamasında “Suriyalılardan çox Suriyalı deyilik” deyib. Xatırladaq ki, daha öncə Bəşşar Əsəd və ailəsinin ölkədən qaçdığı iddia olunmuşdu. Bu gün Suriya hökümətinə yaxın mənbə bildirib ki, prezident qvardiyası artıq Əsədin iqamətgahında deyil, bu da onun Suriyada olmadığını söyləməyə əsas verir.

Ətraflı