Author: Tasnim Rufizqizi
ƏR-RİYAD, ArabAZ İranın xarici işlər naziri Abbas Əraqçi böyük regional hərbi eskalasiyanın qarşısını almaq məqsədi daşıyan regional tur çərçivəsində çərşənbə günü səhər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edəcək. Onun səudiyyəli həmkarı şahzadə Feysəl bin Fərhan bin Abdulla ilə görüşü planlaşdırılır. Abbas Əraqçinin səfəri regional məsələlərə və Qəzza və Livandakı “İsrail cinayətlərinə” son qoymaq səylərinə diqqət yetirəcək. Siyasi elmlər üzrə professor Saleh Əl-Xatlan Ər-Riyad səfərinin regional gərginliyin qarşısını almaq məqsədi daşıdığını bildirib. O hesabe dir ki, Səudiyyə Ərəbistanı bölgənin təhlükəli hərbi qarşıdurmaya sürüklənməsinin qarşısını almaq üçün regional və dünya tərəfdaşları ilə səylərini birləşdirəcək. “İran çox çətin vəziyyətdədir və onun düşdüyü böhrandan…
ƏR-RİYAD,ArabAZ Səudiyyə Ərəbistanının xarici işlər naziri şənbə günü Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barrot ilə əlaqələr və əsas regional hadisələri müzakirə etmək üçün görüş keçirib.ArabAZ xəbər verir ki, danışıqlar zamanı şahzadə Faysal bin Farhan və Barrot Səudiyyə Ərəbistanı ilə Fransa arasında ortaq maraqlara diqqət yetirərək tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladılar. Gündəmin əsas mövzusu Qəzza və Livanda davam edən vəziyyətlər və onların həlli üçün göstərilən beynəlxalq səylər olub. Görüşdə Səudiyyə Ərəbistanının siyasi məsələlər üzrə nazirinin müavini Səud Əl-Sati və xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri şahzadə Musab bin Məhəmməd Əl-Fərhan iştirak edib.
Beyrut,ArabAZ Livan Ordusu bu gün Livanın cənubunda bir əsgərin öldürülməsindən sonra İsrailin “atəş mənbələrinə” cavab verdiyini açıqlayıb.ArabAz xəbər verir ki, bu haqda Livan ordusunun açıqlamasında deyilir. Livan ordusunun cavabı İsrailin Beyruta intesiv hücumundan sonra ilk dəfəf qeydə alınıb.
Beyrut,ArabAZ İnqilab Keşikçiləri Qvardiyasına bağlı media orqanları Beyrutun cənub ətrafında Hizbullahın baş katibi Həsən Nəsrullahın ölümü ilə nəticələnən partlayışda general Abbas Nilforşanın öldürüldüyünü təsdiqləyib. ArabAZ xəbər verir ki, İranın Ali Rəhbərinin ofisinə yaxın olan “Kayhan” qəzeti “qeyri-rəsmi” mənbələrə istinadən Nilforşanın İsrailin Beyrutun cənub ətraflarında Hizbullahın qərargahına endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü bildirib. Nilforşan birgə əməliyyat qərargahında İnqilab Keşikçiləri birləşmələrinin koordinatoru idi. İlk dəfədir ki, media onun İnqilab Keşikçiləri Qvardiyasının qüvvələrinə nəzarət etmək üçün Livana köçdüyünü açıqlayır. Zahidinin doğulduğu İsfahanda dəfn mərasimi zamanı İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Səlami onun yerinə təyin ediləcək çəxsin də İsfahanlı olacağını bildirib.
Beyrut,ArabAZ Bu gün (şənbə) İsrail ordusu Livan Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın öldürüldüyünü rəsmən elan edib. ArabAZ xəbər verir ki, İsrail ordusunun sözçüsü Avichai Adraee İsrail ordusunun Beyrutun cənub ətrafına dünənki basqında Hizbullahın baş katibi Həsən Nəsrullahı məhv etdiyini təsdiqləyib. “Hərbi Hava Qüvvələrinin təyyarələri kəşfiyyat agentliyinin və təhlükəsizlik qurumunun dəqiq kəşfiyyat rəhbərliyi altında, mərkəzi qərargahına basqın etdi. Yaşayış binasının altında yerin altında yerləşən Hizbullah. Basqın “Hərb Allah”ın ( O Hizbullah yerinə bu ifadəni işlədib) rəhbərliyinin qərargahda olduğu və İsrail vətəndaşlarına qarşı terror fəaliyyətinin əlaqələndirilməsi zamanı həyata keçirilib”-deyə o bioldirib. O əlavə edib ki, Nəsrullah 32 il ərzində Həsən Nəsrullah çoxlu sayda…
Bakı,ArabAZ Səudiyyə Ərəbistanının “EDGE” şirkəti Azərbaycanla döyüş sursatı istehsalında fəal əməkdaşlıq edir. ArabAZ xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində “EDGE” şirkətinin icraçı və baş direktoru Hamad Al-Marar Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində məlumat verib. “Azərbaycanda bizim üçün böyük strateji potensial var. Biz hesab edirik ki, müdafiə və təhlükəsizlik sahəsində strategiyalarımız üst-üstə düşür. Biz əminik ki, Azərbaycanın mükəmməl infrastrukturu bizə fayda verə bilər, eyni zamanda, öz imkanlarımızı artırmaq üçün əhəmiyyətli potensiala malikdir. Bu, qarşılıqlı əməkdaşlıqdır”, – o deyib. Hamad Al-Marar bildirib ki, şirkət Azərbaycan Hava Qüvvələrinə faydalı ola biləcək özəl imkanlar təqdim…
Bakı,ArabAZ Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin qısamüddətli vizalardan qarşılıqlı azad edilməsi haqqında memorandum imzalayıblar. ArabAZ xəbər verir ki, bu barədə nazirliyin “X” sosial şəbəkəsində paylaşım edilib. Sənədi BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində iki ölkənin xarici işlər nazirləri – Ceyhun Bayramov və şahzadə Faysal bin Fərhan imzalayıblar.
Beyrut,ArabAZ İsrailin baş naziri Binyamin Netanyahu bu gün (cümə axşamı) İsrail və Livan arasında atəşkəs təklifi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərək, bu təklifin rədd edildiyini bildirib. ArabAZ xəbər verir ki, Netanyahunun ofisindən verilən açıqlamada deyilir ki , “Bu, Amerika-Fransa təklifidir və baş nazirin hələ buna cavab verməyib” . “Baş nazir İsrail ordusuna bütün gücü ilə və ona təqdim olunan planlara uyğun olaraq döyüşü davam etdirməyi əmr edib”-deyə açıqlamada deyilir. Qəzza zolağındakı döyüşlərə gəlincə, Netanyahunun ofisi “müharibənin bütün məqsədlərinə çatana qədər davam edəcəyini” bildirib. İsrailin xarici işlər naziri İsrael Katz, “X” platformasında yayımlanan açıqlamada deyib ki, “Şimalda atəşkəs olmayacaq. Qələbə…
Qahirə,ArabAZ Misirin xarici işlər naziri Bədr Əbdül Ati bazar günü İsrail və Hizbullah arasında qarşılıqlı bombardmanların intensivliyinin artmasının “hərtərəfli regional müharibənin” başlanmasını təhdid etdiyini bildirərək, gərginliyin Qəzzada atəşkəs danışıqlarına “mənfi təsir göstərdiyini” vurğulayıb. ArabAZ xəbər verir ki , nazir qeyd edib ki, region ölkələri və dünya ictimaiyyəti yaşanan hadisələrə biganə qalmamalı və müharibəni dayandırmalıdırlar. “Misir bölgədə eskalasiyanın hərtərəfli regional müharibəyə gətirib çıxara biləcəyindən ehtiyat edir”-deyə o bildirib.
Bakı,ArabAZ Biz Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, turizm, humanitar və digər sahələrdə genişləndirmək və möhkəmləndirmək əzmindəyik. ArabAZ xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda bu ölkənin milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. Məktubda qeyd edilib ki, Azərbaycan ortaq dini və mədəni köklərlə bağlı olduğu Səudiyyə Ərəbistanı ilə münasibətlərinə xüsusi önəm verir. “Dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi qardaş xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Bu sarsılmaz iradədən qaynaqlanan əlaqələrimizin ötən dövr ərzində hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə…