Author: Tasnim Rufizqizi
BAKI, Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi – BMT və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları Qəzza zolağında genişmiqyaslı aclıq təhlükəsi barədə xəbərdarlıq etsələr də, bölgədə hələ də rəsmi şəkildə ACLIQ elan olunmayıb. Mütəxəssislər bildirirlər ki, bu addım yalnız ciddi elmi göstəricilər əsasında mümkündür, lakin hazırda bu göstəriciləri toplamaq qeyri-mümkündür. ACLIQ anlayışı nəyi ehtiva edir? 2004-cü ildən bəri beynəlxalq aləmdə “aclıq” statusu “Qida Təhlükəsizliyinin İnteqrasiya Olunmuş Fəza Təsnifatı” (IPC) sisteminin beşinci səviyyəsi (IPC5) kimi müəyyən edilir. Rəsmi olaraq “aclıq” elan edilməsi üçün aşağıdakı üç şərt eyni anda yerinə yetirilməlidir: Əhalinin azı 20%-i kəskin ərzaq çatışmazlığı yaşamalıdır; Uşaqların azı 30%-i ağır qidalanma çatışmazlığı ilə üzləşməlidir; Hər…
BAKI, Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi – Hizbullah Siyasi Şurasının üzvü və sabiq nazir Mahmud Qamati ABŞ-ın Livandakı “müqavimət silahı”na son qoyulması çağırışlarına cavab olaraq bildirib ki, belə bir addım ölkənin məhv olması ilə nəticələnə bilər. Qamati bu fikri partiyanın Beyrutdakı “İmam Müctəba” kompleksində təşkil etdiyi anım mərasimində səsləndirib. Onun sözlərinə görə, “region üçün hazırlanan plan çox təhlükəlidir və Livanı yalnız milli birlik xilas edə bilər.” ABŞ-ın Suriyaya xüsusi elçisi Tomas Barak daha əvvəl bəyan etmişdi ki, əgər Livan hökuməti silahların yalnız dövlətin nəzarətində olmasını təmin etməsə, ölkə Suriyanın təsir dairəsinə salına bilər. Hizbullah: “Silahımız bizim gücümüz və Livanın dayağıdır” “Biz heç bir dövlətin…
BAKI, Arab.AZ Fransa Prezidenti Emmanuel Makronun 2025-ci ilin sentyabrında BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını elan etməsi beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub. Bu qərarla Fransa, G7 ölkələri arasında Fələstini tanıyan ilk böyük Qərb dövləti olacaq. Lakin Fransa bu addımı atan ilk ölkə deyil. 1988-ci ildə Fələstin Azadlıq Təşkilatının (FAT) birtərəfli şəkildə Fələstin dövlətini elan etməsindən bu yana, 2025-ci ilə qədər 147 ölkə — yəni BMT-yə üzv 193 ölkənin təxminən 75 faizi — bu dövləti tanıyıb. Fələstini Tanıyan Ölkələr:– Şərqi Avropa və Asiya: Rusiya, Çin, Hindistan, Polşa, Çexiya, Slovakiya və digər keçmiş sosialist ölkələr– Ərəb və İslam Dünyası: Misir, İordaniya, Səudiyyə Ərəbistanı, İran, Türkiyə, Azərbaycan,…
BAKI, Arab.AZ BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) cümə axşamı bildirib ki, Yaxın Şərq və Şimali Afrika bölgəsində 33 milyondan çox insan aclıq və qida təhlükəsizliyinin olmaması ilə üz-üzədir. Qurumun “X” (əvvəlki Twitter) platformasında yayımladığı hesabatda qeyd olunur ki, regionda davam edən silahlı münaqişələr və kütləvi köç səbəbindən ərzaq çatışmazlığı dərinləşməkdədir. Proqram xəbərdarlıq edib ki, təcili yardım təmin olunmazsa, o zaman ərzaq paylaması və məktəb qidalanma proqramları da daxil olmaqla əsas humanitar fəaliyyətlər dayandırıla bilər. Digər tərəfdən, bu gün Qəzzadakı Hökumət Mətbuat İdarəsi məlumat verib ki, zolaqda aclıq və qidalanma çatışmazlığı səbəbindən 115-dən çox insan həyatını itirib. Bildirilib ki, hazırkı humanitar…
BAKI, Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi 100-dən çox qeyri-hökumət təşkilatı çərşənbə günü Qəzza zolağında “kütləvi aclıq” təhlükəsinin sürətlə artdığı barədə xəbərdarlıq edib. Bu arada, ABŞ hökuməti humanitar yardım üçün xüsusi “dəhliz” yaradılması məqsədilə ABŞ elçisi Stiv Uitekoffun Avropaya yollanacağını açıqlayıb. İsrail, 21 aydan artıq davam edən müharibə səbəbindən mühasirəyə alınmış və dağıdılmış Qəzza zolağında hökm sürən fəlakətli humanitar vəziyyətə görə beynəlxalq təzyiqlərlə üz-üzədir. Çərşənbə axşamı Qəzzadakı “Şəfa Tibb Kompleksi” son 72 saat ərzində 21 uşağın qidalanma çatışmazlığı və aclıq səbəbindən vəfat etdiyini açıqlayıb. BMT isə xəbərdarlıq edir: “Aclıq hər bir qapını döyür”. “Əl-Səfir”in məlumatına görə, “Sərhədsiz Həkimlər”, “Amnesty International”, “Oxfam International”, “Dünyanın Həkimləri”…
BAKI, Arab.AZ Suriya İnformasiya naziri Həmzə Mustafa Suriya və Səudiyyə Ərəbistanı arasında 6 milyard dollarlıq müqavilələr imzalanacaq. Arab.AZ xəbər verir ki, Suriya İnformasiya naziri Həmzə Mustafa Dəməşqdə Səudiyyə Ərəbistanı ilə ümumi dəyəri 6 milyard dollar olan 44 iqtisadi saziş və Anlaşma Memorandumunun imzalanacağını açıqlayıb. Nazir Səudiyyə Ərəbistanına Suriyaya verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş nazir Məhəmməd bin Salman bin Əbdüləzizin göstərişi ilə çərşənbə günü Səudiyyənin investisiya naziri mühəndis Xalid əl-Falihin rəhbərliyi ilə yüksək səviyyəli nümayəndə heyəti Dəməşqə səfər edib. Nümayəndə heyətinə dövlət və özəl sektorun nümayəndələri, ümumilikdə 120-dən çox investor daxil olub. Səfərin məqsədi qarşılıqlı investisiya imkanlarını…
BAKI, Arab.AZ İraqın baş naziri Məhəmməd Şia əl-Sudani neft ixracının İraq-Türkiyə boru kəməri ilə bərpa edilməli olduğunu deyib. Arab.AZ xəbər verir ki, o bu barədə ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı bildirilib. Görüş zamanı Sudani İraqın iqtisadi baxışına toxunaraq, İraq-Türkiyə boru kəməri ilə neft ixracının bərpasının və neft varlıqlarını hədəf alan bütün qaçaqmalçılıq və qeyri-qanuni təcrübələrə son qoyulmasının vacibliyini vurğulayıb. İraq Kürd Regional Rəhbərliyinin (İKBY) Səlahəddin və Kərkük vilayətlərindəki neft obyektlərinə son hücumlarına diqqət çəkən Sudani, bu hücumların İraqın milli iqtisadiyyatını hədəf aldığını bildirib. Sudani bildirib ki, bu hücumlar Kərkük və Səlahəddindəki bəzi neft yataqlarının istismarına dair Neft…
BAKI, Arab.AZ “Al Baraka Azerbaijan” təşkilatının könüllüləri Qəzza zolağında həyata keçirdikləri humanitar aksiya çərçivəsində 300 nəfərə isti yemək paylayıblar. Arab.AZ xəbər verir ki, aksiyanın 23 iyul 2025-ci il tarixində baş tutduğu və Layihə №625 çərçivəsində reallaşdırıldığı bildirilib. Təşkilatın yaydığı açıqlamada bu təşəbbüsün məqsədinin müharibədən əziyyət çəkən Qəzza əhalisinə dəstək vermək olduğu qeyd olunub. Könüllülər bu yardımın bölgədə davam etdiriləcəyini vurğulayıblar. “Allah bu xeyirli işi qəbul etsin”, – deyə təşkilatın mesajında bildirilib.
BAKI, Arab.AZ İran mütəxəssisləri ABŞ-ın inamsız mövqeyinə baxmayaraq diplomatiyanın vacibliyini vurğulayırlar. Arab.AZ xəbər verir ki, İranlı ekspertlər ABŞ və İsrailin son hərbi hücumlarına baxmayaraq, problemin həlli üçün diplomatik kanalların açıq qalmasının vacibliyini bildirirlər.Onların fikrincə, diplomatiya çəkindirici güclə birlikdə tətbiq olunmalı və regionda müharibə riskinin artması ehtimalı diqqətlə nəzərdən keçirilməlidir. İsrailin iyunun 13-də İrana endirdiyi zərbələr nəticəsində Baş Qərargah rəisi, nüvə alimləri və çoxsaylı mülki şəxslər həlak olub. Buna cavab olaraq İran yüzlərlə ballistik raketlə 21 mərhələli əks-hücum həyata keçirib və bu hücumlarda Təl-Əviv və Hayfa hədəfə alınıb. İran bu hadisələri ABŞ-ın dəstəyi ilə baş tutmuş hücum kimi qiymətləndirir və bunun qlobal nüvə…
BAKI, Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi İsrailin Suriya siyasətində “druzları qorumaq”, “Suriyanı parçalanmaqdan xilas etmək”, “Türkiyə təsirini neytrallaşdırmaq” və “ekstremistlərlə mübarizə” kimi tezislərlə müdaxilələrini əsaslandırması son aylarda daha aydın şəkildə görünməyə başlayıb. Bu müdaxilələr təkcə hərbi toqquşmalarla məhdudlaşmır, eyni zamanda siyasi və ictimai mühitin manipulyasiyası ilə də müşayiət olunur. Suriya prezidenti hədəfdə: İsrailin hava zərbələri davam edir İsrail ordusu 2 may cümə günü səhər saatlarında Dəməşqdəki prezident sarayına xəbərdarlıq xarakterli zərbə endirib. Bu hücum, İsrailin Suriya ərazisindəki hərbi və hava hücumundan müdafiə infrastrukturuna qarşı həyata keçirdiyi genişmiqyaslı zərbələrin bir hissəsi olub. Rəsmi məlumata görə, həmin gün Rifah, Dəraa və Həma ətrafında yerləşən bir…