Author: Tasnim Rufizqizi

Doha,ArabAZ Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani sabah, çərşənbə axşamı Kanadaya rəsmi səfər edəcək. ArabAZ xəbər verir ki, Al Tani səfər zamanı Kanadanın Baş naziri Castin Trüdo ilə görüşəcək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və bir sıra məsələləri müzakirə edəcək. Tərəflər arasında bir sıra iqtisadi müqavilələrin imzalanması gözlənilir.

Ətraflı

Qahirə,ArabAZ Müsəlman Qardaşlar Təşkilatının (İxvan-i Müslimin) Londondakı Baş Rəhbərinin müavini Hilmi əl-Cazzarın təşəbbüsü ilə irəli sürülən barışıq təşəbbüsünə Misir hakimiyyətindən heç bir reaksiya verilməsə də, Qardaşlar Misir rəsmiləri ilə barışıq səylərini davam etdirir.Misir hakimiyyəti tərəfindən “terror təşkilatı” kimi təsnif edilən “Qardaşlar” ötən ayın ortalarında siyasi aksiyalardan əl çəkərək təbliğə fokuslanacağını təklif etmişdi. Mütəxəssislər bu təklifi “Misir hakimiyyəti ilə kompromis əldə etmək və Misirə qayıtmaq cəhdi” kimi şərh ediblər. Misirdə məhkəmə qərarı ilə bağlanan Azadlıq və Ədalət Partiyasının mətbuat katibinin müşaviri Murad Əli dünən öz Facebook hesabından verdiyi açıqlamada müxtəlif təkliflər irəli sürdü və bu təkliflərində “Müsəlman Qardaşlar” təşkilatına yeni bir…

Ətraflı

Bakı, ArabAZ İsrail ordusu Livanın sərhəddə yerləşən Əl-Vezzani kəndinin sakinlərinə axşam saat 16:00-a qədər evlərini tərk etmələri barədə vərəqələr buraxıb. ArabAZ xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi olan NNA-da  məlumat paylaşılıb. “Hizbullah sizin ərazinizdən atəş açır. Dərhal evlərinizi tərk edin və saat 16:00-da şimaldakı Hiyam kəndinə doğru hərəkət edin. Bu vaxtdan sonra burada qalan hər kəs terrorçu sayılacaq.” – deyə bildirişlərdə qeyd edilib. İsrail ordusu Livanın cənubuna vərəqələrin havadan atılmasının İsrail ordusundakı komandanlıq zəncirinin razılığı olmadan 769-cu Regional Briqadanın xüsusi təşəbbüsü olaraq həyata keçirildiyini və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib. İsrail briqadanın bu mesajları öz pilotsuz uçuş…

Ətraflı

Bakı, ArabAZ İordaniyanın baş naziri Bişr əl-Hasavne, ümumi seçkilərdən sonra İordaniya kralı II Abdullaha istefa ərizəsini təqdim edib. ArabAZ xəbər verir ki, bu barədə İordaniyanın dövlət televiziyası Əl Mamlakan məlumat verib. Məlumat üçün qeyd edək ki, İordaniyada keçirilən hər parlament seçkisindən sonra hökumət yeni hökumətin qurulmasına hazırlıq məqsədilə istefa ərizəsini krala təqdim edir. Bişr əl-Həsəvnə hökuməti 12 oktyabr 2020-ci ildə yaradılıb. İordaniyada sentyabrın 10-da keçirilən seçkilərdə ölkə üzrə 197 yerli və ümumi siyahıdan 1 623 namizəd parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında 138 yer uğrunda mübarizə aparıb. Qeyd edək ki, İordaniyada parlament iki qanaddan ibarətdir. Seçki yolu ilə müəyyən edilən…

Ətraflı

Ər-Riyad ,ArabAZ Səudiyyə Ərəbistanı İsrailin işğalçı Baş naziri Binyamin Netanyahunun Fələstinin İordaniya Vadisi ərazisinə açıq-aşkar müdaxiləsini kəskin şəkildə pislədiyini və bunun qəbuledilməz olduğunu bildirib. ArabAZ xəbər verir ki, krallıq XİN açıqlamasında qeyd olunur ki , İsrailin bu təxribat cəhdi bütün qanun və beynəlxalq legitimlik qətnamələrinə zidd olaraq məskunlaşmanı genişləndirmək məqsədi daşıyır. “Qəzzaya qarşı təcavüzün dayandırılmasının vacibliyini bir daha vurğulayır, işğalçı qüvvələrin çıxarılması, köçkünlərin geri qaytarılması və Fələstin xalqının əzabını yüngülləşdirmək üçün humanitar yardımın təqdim edilməsini tələb edirik”-deyə XİN açıqlamasında deyilir.

Ətraflı

Doha,ArabAZSəudiyyə Ərəbistanının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Naif bin Əbdüləziz cümə axşamı Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Sani ilə görüşüb.ArabAZ xəbər veir ki, görüş zamanı Şahzadə Əbdüləziz Kral Salmanın və Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın salamlarını, Qətər hökuməti və xalqı üçün davamlı tərəqqi və firavanlıq arzularını çatdırıb.Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq da nəzərdən keçirilib.

Ətraflı

Qahirə,ArabAZ Misir-ABŞ dəniz qüvvələrinin ilk dəfə olaraq Qırmızı dənizin Misir sahillərində “Eagle Defender” adı altında keçirilən ortaq hərbi təlimləri başlayıb. Bu haqda ArabAZ Misir ordusunun rəsmi saytına istinadən məlumat verir. Təlim nəzəri və praktiki mühazirələrlə başlayıb və təlimlərlə yanaşısilah və texnika sərgisi keçirilib. Bundan əlavə, təlim iştirakçı qüvvələrin təcrübə mübadiləsinə və bacarıqlarının artırılmasına kömək etmək üçün birgə dəniz əməliyyatlarının planlaşdırılması və idarə edilməsi kimi müxtəlif təlim fəaliyyətlərini əhatə edəcək. Təlimlər həmçinin iştirakçılara ən müasir silah sistemləri ilə tanış olmaq imkanı verəcək.

Ətraflı

Bakı,ArabAZ İşğal altındakı İordan çayının qərb sahilində yəhudi əsgərləri tərəfindən başından vurulan 26 yaşlı Ayşenur Ezgi Eyginin nəşı bu gün Bakıya gətiriləcək. ArabAZ xəbər verir ki, onun nəşi  bu gün axşam saatlarında Türkiyəyə dəfn edilməısi üçün göndəriləcək. Eyginin cənazəsinin Türkiyədə Didimdə dəfn ediləcək. Ayşenur Ezgi Eygi kimdir? İşğal altındakı İordan çayının qərb sahilində yəhudi əsgərləri tərəfindən başından vurulan 26 yaşlı Ayşenur Ezgi Eygi həyatını itirdi! Sosialist ideologiyasına mənsub olan Ayşenur çalışqan, perspektivli və uğurlu psixoloq idi. Nablus yaxınlığındakı Beyta qəsəbəsində qeyri qanuni yəhudi yaşayış məskənlərinin genişləndirilməsinə etiraz olaraq İsrail əsgərləri tərəfindən öldürülən Ayşenur Ezgi Eyginin cəmi 26 yaşı var idi.…

Ətraflı

Ankara,ArabAZ İşğal altındakı İordan çayının qərb sahilində yəhudi əsgərləri tərəfindən başından vurulan 26 yaşlı Ayşenur Ezgi Eygi həyatını itirdi! Sosialist idelogiyasına mənsub olan Ayşenur çalışqan, perspektivli və uğurlu psixoloq idi. Nablus yaxınlığındakı Beyta qəsəbəsində qeyri qanuni yəhudi yaşayış məskənlərinin genişləndirilməsinə etiraz olaraq İsrail əsgərləri tərəfindən öldürülən Ayşenur Ezgi Eyginin cəmi 26 yaşı var idi. Fələstin mətbuatı gənc Ayşenur Ezgi Eyginin məhz İsrail ordusu snayperi tərəfindən öldürülüdüyünü qeyd etdikdən sonra, İsrail ordusunun bəyanatı gecikmədi və verilən açıqlamada ” Beyta bölgəsində zorakılıq aktlarının əsas təhrikçisinə qüvvələrimizə daş atan və onlara təhlükə yaradan qüvvələrimiz atəşlə cavab verdi”. –deyə bildirilib. Ayşenur Ezgi Eygi 1998-ci…

Ətraflı

Bakı,ArabAZ Birləşmiş Ərəb Əmirlikləri ilk atom elektrik stansiyasının tikintisinin başa çatdığını elan edib. ArabAZ xəbər verir ki, Abu Dabidəki Barakah Atom Elektrik Stansiyası ərəb dünyasında bir ilkdir.AES -in BƏƏ-ni təmin edən elektrik enerjisinin 25%-nin istehsal edilməsi planlaşdırılır. BƏƏ prezidenti Məhəmməd bin Zayed qeyd edib ki, atom elektrik stansiyasının tikintisi “sıfır emissiyaya doğru əhəmiyyətli bir addımdır”. Qeyd edək ki, qonşu Səudiyyə Ərəbistanı nüvə enerjisinə sahib olan növbəti Körfəz ölkəsi ola bilər. Ər-Riyad atom elektrik stansiyası tikmək planlarını daha öncə açıqlamışdı.

Ətraflı