Author: Tasnim Rufizqizi

Bakı, ArabAZ İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 40 min 972-yə yüksəlib. ArabAZ xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi açıqlama verib. İsrail ordusunun son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrində “3 hücum” həyata keçirdiyi və bu hücumlarda daha 33 fələstinlinin həyatını itirdiyi, 145 fələstinlinin isə yaralandığı bildirilib. Qeyd edilib ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 40 min 972, yaralıların sayı isə 94 min 761-ə yüksəlib. Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən…

Ətraflı

Bakı, ArabAz Qəzzaya səfər üçün səylərimiz davam etdirilir. ArabAz xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas açıqlama verib Fəth Hərəkatının Mərkəzi Komitəsi Abbasın sədrliyi ilə Ramallahda iclas keçirib. İclasda Abbas İsrailin Qəzza və İordan çayının qərb sahilindəki hücumlarını dayandırmaq üçün beynəlxalq və ərəb dünyasından dəstək almaq üçün Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanına səfərləri barədə Mərkəzi Komitə üzvlərini məlumatlandırıb. Abbas, müharibəni dayandırmaq üçün planlaşdırılan Qəzzaya səfər və Fələstin dövlətinin Qəzzada bütün vəzifələrini üzərinə götürməsi üçün səylərin davam etdiyini bildirib.

Ətraflı

Bakı, ArabAZ Yəmənin Ədən şəhərindən Taiz şəhərinə gedən sərnişin avtobusu yoldan çıxaraq aşıb. AzerVoice xəbər verir ki, hadisə nəticəsində ikisi uşaq olmaqla 16 nəfər həyatını itirib. Qəzadan sonra verilən açıqlamada avtobusun əyləc sistemindəki nasazlığın sürücünün idarəetməni itirməsinə səbəb olduğu bildirilib. Məlumat üçün qeyd edək ki, 2024-cü ilin birinci yarısında qəzanın baş verdiyi yolda 114 yol-nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 9 nəfər həlak olub.

Ətraflı

Bakı, ArabAZ İsrail ordusu İordan çayının qərb sahilində son 48 saat ərzində keçmiş məhbuslar da daxil olmaqla 35 fələstinlini həbs edib. ArabAZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı və Fələstin Əsirlər Dərnəyinin Əsirlər və Azad Edilən Nümayəndə heyəti birgə bəyanat yayımlayıb. Qeyd edilib ki, İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabrdan bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb. İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-cü ildən bəri İsrail əsgərləri və İsraillilərin hücumları nəticəsində 691 fələstinli həyatını itirib.

Ətraflı

Bakı, ArabAZ Qəzzada 443 min uşağa iflic əleyhinə peyvənd vurulub. ArabAZ xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin İlkin Yardım Baş direktoru Musa Abid deyib. “Qəzza zolağında aşkar edilən poliomielit virusu minlərlə uşağı təhdid edir. 10 yaşından kiçik 443 min uşağa poliomielit peyvəndinin ilk dozası verildi.” – deyə Abid bildirib. Qəzza zolağının mərkəzi hissəsində peyvənd prosesinin tamamlandığını və gözlədiklərindən daha yaxşı nəticə əldə etdiklərini qeyd edən Abid, 195 min uşağa peyvənd edildiyini, bu rəqəmin 160 min gözləntisinin üzərində olduğunu ifadə edib. Abid ölkənin cənubundakı Xan Yunus və Rəfah şəhərlərində dünən axşama qədər 248 min uşağın peyvənd edildiyini və…

Ətraflı

Bakı, ArabAZ Əbdülməcid Tebbunun prezident seçkilərində 94 faiz səs toplayaraq yenidən prezident seçilib. ArabAZ xəbər verir ki, bu barədə Əlcəzairin Müstəqil Milli Seçki Administrasiyasının sədri Məhəmməd Şerefi mətbuat konfransında açıqlama verib. Şerefi, Əlcəzairdə İslam yönümlü Sülh Cəmiyyəti Hərəkatının (MSP) namizədi Əbdüləli Həsəni Şərifin 3,17 faiz, Sosialist Qüvvələr Hərəkatının (FFS) baş katibi Yusuf Uşuşinin isə 2,16 faiz səs topladığını qeyd edib. Şerefi, seçkilərə iştirak nisbətinin yüzdə 48 olduğunu açıqlayıb.

Ətraflı

Bakı, ArabAZ İordan çayının qərb sahilində dağılmış əraziləri bərpa etməyə başlamışıq. ArabAZ xəbər verir ki, bu barədə Fələstinin baş naziri və xarici işlər naziri Məhəmməd Mustafa deyib. Fələstin Baş Nazirliyindən verilən yazılı açıqlamaya görə, Mustafa işğal altındakı Qərb Şəriyənin Ramallah şəhərində Almaniyanın xarici işlər naziri Annalena Baerbock ilə görüşüb. Mustafa və Baerbok İsrailin hücumu altında olan Fələstin torpaqlarında baş verən son hadisələri müzakirə ediblər. Digər tərəfdən, Almaniya naziri Baerbok Qəzza zolağında atəşkəsin yaradılması, humanitar yardımların çatdırılması və İordan çayının qərb sahilindəki gərginliyin dayandırılmasının vacibliyini vurğulayıb. Baerbok həmçinin ölkəsinin iki dövlətli həll və müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləməkdə qəti mövqeyini bir…

Ətraflı

Bakı, ArabAZ Hollandiyada tələbələr universitet rəhbərliyinin İsrail institutları ilə əməkdaşlığı davam etdirməsinə etiraz olaraq Fələstinə dəstək nümayişlərini bərpa ediblər. ArabAZ xəbər verir ki, yeni tədris ilinin başlaması ilə birlikdə Amsterdam Universitetinin Roeterseiland (UvA) kampusuna toplaşan yüzlərlə tələbə və alim universitet rəhbərliyini İsrail institutları ilə əlaqələrini kəsmədiyi üçün tənqid edib. UvA rəhbərliyi tələbələr kampusa toplaşdıqdan sonra ehtiyat tədbiri olaraq əsas girişini bağlasa da, kampus ətrafında çoxlu polis məmurları yerləşdirilib. Tələbələr, Fələstinə dəstək şüarları ataraq, polisdən şəhərciyi tərk etməsini istəyib. Nümayişçilər daha sonra şəhər mərkəzinə gedib və Spui küçəsindəki UvA-nın Maagdenhuis binasının qarşısına toplaşıblar. Burada da tələbələr bir müddət şüar və etirazlarını…

Ətraflı

Bakı, ArabAZ Türkiyə vətəndaşının öldürülməsi İsrail siyasətçilərinin göstərişlərinin nəticəsidir. ArabAZ xəbər verir ki, bu barədə Fələtin Xarici İşlər Nazirliyi açıqlama verib. “Bu cinayət İsrailin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən soyqırım və köçkünlük cinayətlərinin tərkib hissəsidir. İsrail xalqımızın haqq işi və hüquqları ilə həmrəy olan insanları hədəf alır.” – deyə açıqlamada qeyd edilib. Məlumat üçün qeyd edək ki, İsrail ordusu İordan çayının qərb sahilinin Nablus şəhərində Türkiyə vətəndaşı Ayşenur Ezgi Eygini qətlə yetirib.

Ətraflı

Bakı, ArabAZ Netanyahu hökümətinin törətdiyi qətl qəbuledilməzdir. ArabAZ xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə vətəndaşının İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən öldürülməsi ilə bağlı bəyanat yayımlayıb. “Ayşenur Ezgi Eygi adlı vətəndaşımızın İordan çayının qərb sahilinin Nablus şəhərində İsrail əsgərləri tərəfindən öldürüldüyünü dərin hüznlə öyrəndik.” – deyə bəyanatda qeyd edilib. Bildirilib ki, İsrail hakimiyyəti və onları dəstəkləyənlər mütləq beynəlxalq məhkəmələr qarşısında cavab verəcəklər.

Ətraflı