Author: Tasnim Rufizqizi

Ər-Riyad,ArabAZ Səudiyyə Ərəbistanının KSrelief yardım agentliyi Türkiyə və Yəməndə könüllü tibbi proqrama start verib. ArabAZ xəbər verir ki, Türkiyədə, Qaziantep və Hatay vilayətlərində böyüklər və uşaq ortopedik cərrahiyyəsi üçün nəzərdə tutulmuş proqram avqustun 24-dən avqustun 31-dək davam edib. Suriya və Türkiyədəki zəlzələlər üçün Səudiyyə Ərəbistanının Könüllü Həyatı proqramı çərçivəsində 28 könüllü iştirak etdi. Bu vaxta qədər Səudiyyə Ərəbistanının yardım təşkilatı Türkiyədə 538 xəstəni müayinə edib və 87 əməliyyat keçirib. Bu arada Yəməndə KSrelief Hadhramautda açıq ürək əməliyyatı, xəstəliklər və kateterizasiya üçün könüllü proqramı başladıb. Proqram sentyabrın 1-dən sentyabrın 9-dək davam edəcək və artıq 9 uğurlu açıq ürək əməliyyatı və 28…

Ətraflı

Ramallah,ArabAZ Qəzzada humanitar vəziyyət faciəvidir,ArabAZ xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Düjarrik bu deyib. O qeyd edib ki , avqust ayı ərzində bir milyondan çox insan Qəzzanın cənubunda və mərkəzi hissəsində humanitar yardımlarla qida payı almayıb. O əlavə edib ki, “qarşılaşdığımız çətinliklərə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı və digər humanitar təşkilatlar fələstinlilərə yardım göstərmək üçün əllərindən gələni etməyə davam edirlər”. Dujarrik əlavə edib ki, 11 aylıq müharibədən sonra beynəlxalq medianın humanitar təsirləri işıqlandırmaq üçün Qəzzaya daxil olması hələ də qadağandır. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) hesabatlarına görə, İordan çayının qərb sahilində İsrail qüvvələri…

Ətraflı

Qahirə,ArabAZ Bütün monoteist dinlərin meydana gəldiyi Yaxın Şərq bu gün fərqli inanclara ev sahibliyi edir. Qolları ilə birlikdə Xristianlıq da Şərqdə müəyyən bir kütləyə malikdi. Ən böyük örnəklərindən biri də Misirdə yerləşən Kopt kilsəsidir. Qiptilər özlərini Misirin yerli sakinləri və qədim Misir hökmdarlar olan fironların nəvələri hesab edirlər. “Qipti” sözü “Misirli” mənasına gəlir. Misir xristianlarının əksəriyyəti Qipti pravoslav olsa da, bəzi katoliklər və protestantlar da özlərini “Qipti” olaraq qələmə verirlər. Hesablamalara görə, Misir xristianları ölkə əhalisinin 10 faizini təşkil edir. Koptlar özlərini Misir cəmiyyətinin bir hissəsi hesab edir və ölkələrinin milli məqsədlərini mənimsəyirlər. Azlıq statusuna baxmayaraq, Koptların mövcudluğu Misir tarixi…

Ətraflı

Ər-Riyad ,ArabAZ Amerikanın Səudiyyə Ərəbistanındakı səfiri Maykl Ratni Krallığı daha dərindən araşdırmaq və onun xalqı və mədəniyyəti ilə tanış olmaq istədiyini və bunu “unikal və fərqli” adlandırdığını söyləyib. ArabAZ xəbər verir ki , Ər-Riyaddakı iqamətgahında “Asharq Al-Awsat”a verdiyi müsahibədə Ratni deyib ki, səudiyyəlilər tanıdığı digər toplumlar arasında amerikalılalra ən yaxın və dost olan toplumdur. “Mənim Krallığın bir çox bölgələrini araşdırmaq fürsətim oldu və bu ölkənin böyük müxtəlifliyi məni heyran etdi.Mən bu ölkəni gəzmək imtiyazına sahib oldum və Cizan, Abha, Mədinə, Əl-Ula,Əl-Hufuf şəhərlərini kəşf etmək planlarım var Dhahrana və Ciddəyə də səfər etdim. Bu yaxınlarda şimala getdim və tezliklə NEOM-u ziyarət…

Ətraflı

Ramallah,ArabAZ İsrail qüvvələri “on günlük reydlərdən sonra” Cenin düşərgəsindən geri çəkilib. ArabAZ  xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi açıqlamasında şəhər və düşərgədə reydlər zamanı  21 nəfərin həlak olduğunu bildirib. Eyni zamanda İsrail qüvvələrinin infrastrukturun geniş şəkildə məhv edildiyi söylənilir. Fələstin Xarici İşlər Nazirliyi Facebook-da verdiyi açıqlamada İsraili “Qəzza zolağında törətdiyi vəhşi cinayətlərini, dağıntı və təxribat səhnələrini təkrarlamaqda və onları Cenin və Tulkərmdə baş verdiyi kimi işğal altındakı İordan çayının qərb sahilinə təkrarlamaqda” ittiham edib.

Ətraflı

Bakı, ArabAZ İsrail ordusunun İordan çayının qərb sahilinə davam edən hücumlarının Cenin şəhərinin bəzi məhəllələrində elektrik enerjisinin kəsilməsinə səbəb olub. ArabAZ xəbər verir ki, bu barədə fələstinli mülki əhali deyib İsrail ordusunun Cenin şəhərinə hücumları nəticəsində infrastrukturu dağıdan və elektrik şəbəkəsinə ziyan vurmasına görə bəzi məhəllələrdə və Cenin Qaçqınlar Düşərgəsində elektrik enerjisi kəsilib. İordan çayının qərb sahilinin şimal bölgəsindəki Elektrik Paylayıcı Şirkəti İsrail ordusunun Cenində şirkətin binasına və avtomobillərinə hücumunu pisləyən yazılı açıqlama verib.

Ətraflı

Bakı, ArabAz İsrailin hücumlarını davam etdirdiyi Qəzzada can itkisi 40 min 878-ə yüksəlib. ArabAz xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 2 hücum həyata keçirdiyi və bu hücumlarda daha 17 fələstinlinin həyatını itirdiyi, 56 fələstinlinin isə yaralandığı bildirilib. İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 40 min 878, yaralıların sayı isə 94 min 454-ə yüksəlib. Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə rəsmilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Ətraflı

Beyrut, ArabAZ ABŞ-ın xüsusi nümayəndəsi Amos Hokşteyn avqustun ortalarında Livana sonuncu səfəri zamanı Livan Parlamentinin Palatasının sədri Nəbih Bərri ilə görüşüb. Livan mediası bildirib ki, Hokşteyn ABŞ-ın Livana xəbərdarlıqlarını çatdırıb. Belə ki , ABŞ tələb edib ki, Hizbullah ölkənin cənubundakı vəziyyətə gərginləşdirməsin. Əks halda İsrail Livanın mərkəzinə qədər uzana biləcək dağıdıcı hərbi əməliyyatlata strat verəcək. Bəzi qəzetlər, Hokşteynə olduqca sərt cavab verməsi haqda xəbər və məqalələr yazsalar da bu belə olmadı. Bərriyə çox yaxın mənbənin verdiyi açıqlamada isə bunlar deyilir:“Səfərin məqsədi parlament sədrindən Hizbullah rəhbərliyinə mesaj çatdırmağı xahiş etmək idi. Mesajın məzmunu belə idi; ABŞ Hizbullah liderin İsrail tərəfindən qətlinə…

Ətraflı

Bakı,ArabAZ İsrailin baş naziri Fələstin qrupunun danışıqlarda “hər şeyi rədd etdiyini” iddia etdikdən sonra HƏMAS cümə axşamı Benyamin Netanyahunu Qəzza zolağında atəşkəs razılaşmasını “mane” etmək Cəhdində günahlandırıb. ArabAZ xəbər verir ki, HƏMAS bildirib ki, yeni sazişə ehtiyac yoxdur, çünki onlar aylar əvvəl ABŞ prezidenti Co Baydenin qeyd etdiyi atəşkəsə razılaşıblar. “Bizim yeni təkliflərə ehtiyacımız yoxdur”, – qrup Telegram-da bildirib. “Biz xalqımıza qarşı təcavüzü uzatmaq üçün danışıqlardan istifadə edən Netanyahunun və onun hiylələrinin tələsinə düşməmək barədə xəbərdarlıq edirik”, – HƏMAS-ın bəyanatında deyilir.

Ətraflı