Author: Tasnim Rufizqizi
Bakı,ArabAZ Avqustun 30-da Bakıda Bəhreyndə fəaliyyət göstərən RAK İncəsənət Fondunun rəssamlarının əsərlərindən ibarət sərgi açılıb. ArabAZ xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər. Sərginin açılışında çıxış edən RAK İncəsənət Fondunun təsisçisi, görkəmli bəhreynli rəssam və kolleksiyaçı Raşid Al Xalifa bəhreynli rəssamların tükənməz istedadlarını Azərbaycandakı sənətsevərlərlə bölüşmələrindən məmnunluğunu ifadə edib. O qeyd edib ki, RAK İncəsənət Fondu beynəlxalq tərəfdaşlığı və qarşılıqlı anlaşmanı təşviq edir. Raşid Al Xalifa bildirib ki, əməkdaşlıqda məqsəd bəhreynli sənətkarların zəngin qobelenlərini Bakının canlı və rəngarəng incəsənət səhnəsinə təqdim etməkdir. Sonra çıxış edən…
Bakı, ArabAz İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə 22 günlük hücumları zamanı Tel-Əvivin “humanitar zona” elan etdiyi ərazini təmin edən su xətlərini məhv edib. AzerVoice xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə Təchizat və Avadanlıq Müdiri Məhəmməd əl-Müqayyir verdiyi açıqlamada deyib. O, İsrailin səhər saatlarında geri çəkildiyi Xan Yunusda 10 fələstinlinin cəsədinin tapıldığını qeyd edib. Müqayyir İsrail ordusunun geri çəkilməsi ilə bölgədə infrastruktura, yaşayış evlərinə, həyati əhəmiyyət kəsb edən binalara və yollara böyük ziyan dəydiyini bildirib. “İsrail ordusu hücumları zamanı humanitar olduğunu iddia etdiyi ərazilərdə əhalini su ilə təmin edən əsas su xətlərini məhv edib. Mülki müdafiə…
Bakı,ArabAZ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) avqustun 14-də meymunçiçəyi epidemiyası ilə əlaqədar qlobal fövqəladə vəziyyət elan etməsi bütün dünyada narahatlığa səbəb oldu. Konqo Demokratik Respublikasında yayılan və Burundi, Ruanda və Uqanda kimi Afrika ölkələrini əhatə edən virusun yoluxucu variantı ÜST-nin bəyanatından bir neçə gün sonra İsveçdə də görülüb. Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ÜST-dən bir gün əvvəl qitədə fövqəladə vəziyyət elan etdi. 2024-cü ilin əvvəlindən təkcə Konqoda ən azı 15 min 600 hadisə və 537 ölüm qeydə alınıb. Bu yaxınlarda Türkiyənin Sakarya vilayətində bir nəfərin virus daşıyıcısı şübhəsi ilə karantinə alındığı iddia edilsə də, bu iddialar təkzib edildi. ÜST…
Bakı,ArabAZ Dünyanın ‘ən pis humanitar böhranlarından’ biri ilə üzləşən Sudanda müharibənin başlamasından 500 gün keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlara görə , ordu və Çevik Dəstək Gücləri (HDK) arasında savaşın dayandırılması üçün heç bir siyasi həll yoxdur. Sudan 15 aprel 2023-cü ildə ordu ilə HDK arasında müharibənin başlamasından sonra tədricən dağılıb, bəzi dövlətlər ordunun, digərləri isə HDK-nın nəzarəti altındadır. İtkilər baxımından müharibənin davam etməsi dəqiq rəqəmlərin əldə edilməsini çətinləşdirir. Ancaq müstəqil bir təşkilat olan Sudan Həkimlər Birliyinin iyun ayındakı hesabatında indiyədək 40 mindən çox insanın öldürüldüyü bildirilib. Dağıntı və zorakı münaqişə mülki əhali üçün beynəlxalq və regional narahatlıqları artıran humanitar böhran yaradıb.…
Bakı, ArabAz İsrail ordusunun yüksək rütbəli komandiri əsgərlərindən Livanda soyqırım törətməyi tələb edib. ArabAz xəbər verir ki, İsrail ordusunda Ruh Sağlamlığı üzrə məsul vəzifədə çalışan Adi Angert bir komandirin Livanda soyqırım törədilməsini istədiyini açıqlayıb. Sosial media hesabında paylaşım edən Angert, Moşe Besal adlı komandirin əsgərlərə göndərdiyi mesajı dərc edib. “Livanın kəndləri, infrasturukturu darmadağın edilməlidir” – deyə paylaşımda qeyd edilib. Hafiz Rufizoğlu
Bakı,ArabAZ Bu gündən Azərbaycan və Mərakeş arasında vizadan azad edilmə haqqında saziş rəsmi olaraq qüvvəyə minir. ArabAZ xəbər verir ki, Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər. Eynilə də, Mərakeş vətəndaşları Azərbaycana səfər etdikləri zaman vizasız imtiyazlardan yararlana biləcəklər. Qeyd edək ki, bu il mayın 4-də iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” imzalanıb. İyulun 15-də bu saziş təsdiqləyib.
Bakı,ArabAZ Səudiyyə Qəzza eskalasiyasını dayandırmaq üçün səylərini davam etdirir,ArabAZ xəbərv verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud Ər-Riyadda Fələstin prezidenti Mahmud Abbasla görüşü zamanı bildirib. Görüş zamanı tərəflər Qəzza və onun ətrafındakı hərbi əməliyyatları müzakirə ediblər, vəliəhd şahzadə eskalasiyanı dayandırmaq üçün Krallığın bütün beynəlxalq və regional tərəflərlə əlaqə saxlamaqda davam edən səylərini vurğulayıb. Görüşdə müdafiə naziri Şahzadə Xalid bin Salman bin Əbdüləziz, Xarici İşlər Naziri Şahzadə Faysal bin Fərhan bin Abdullah, Baş Kəşfiyyatın prezidenti Xalid bin Əli Əl-Hümeydan,Səudiyyə Ərəbistanının İordaniyadakı səfiri, eyni zamanda Səudiyyə Ərəbistanının Fələstin Dövlətində qeyri-rezident səfiri Naif…
Qəzza,ArabAZ Fələstin rəsmiləri bildiriblər ki, İsrailin Qəzza zolağında həyata keçirdiyi hava hücumları nəticəsində 8-i uşaq olmaqla azı 18 nəfər həlak olub.ArabAZ xəbər verir ki , Qəzzada fəaliyyət göstərən Mülki Müdafiə Birliyi, Qəzza şəhərinin Tufah məhəlləsində bazar ertəsi axşam saatlarında hava hücumu nəticəsində üç uşaq və onların anasının öldürüldüyünü bildirib.Qeyd edək ki, İsrailin hücumu Qəzzada 40 mindən çox insanın ölümünə səbəb olub.
Qahirə,ArabAZ Misir Prezident Əbdülfəttah Sisi və İraq Baş naziri Məhəmməd Şia Əl-Sudani Qəzzada humanitar böhrana son qoymağa, atəşkəs razılaşmasına çağırıb. ArabAZ xəbər verir ki tərəflər arasında görüş Qahirəbəd keçirilib. İki lider beynəlxalq ictimaiyyəti Qəzzada atəşkəs razılaşmasına nail olmaq üçün ciddi təzyiq göstərməyə və İsrailin işğal olunmuş İordan çayının qərb sahilində davam edən eskalasiyasına son qoymağa çağırıb. Onlar həmçinin Fələstin xalqının 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olmaqla müstəqil dövlət qurmaq üçün qanuni və ədalətli hüququna nail olmasını təmin etmək üçün əsl siyasi prosesin başlanmasını tələb ediblər.
Bakı, ArabAZ İsveçrənin xarici işlər naziri İqnazio Kassisə Qəzzada hücumlarını davam etdirən “İsrailə qarşı dəstək rəftarına” görə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisi qarşısında etiraz edilib. ArabAZ xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyi Cenevrə Konvensiyalarının qəbul edilməsinin 75-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsi qarşısında tədbir təşkil edib. Proqram ABŞ-ın Nyu-York şəhərindən olan BMT Təhlükəsizlik Şurasının rəsmiləri, Cenevrədəki ölkə nümayəndələri, BMT rəsmiləri və İsveçrə rəsmilərindən çoxlu sayda insanın iştirakı ilə keçirilib. Nazir Kassis çıxış etmək üçün kürsüyə çıxanda ərazidəki 100-ə yaxın nümayişçi şüarlar səsləndirməyə başlayıb. Əllərində Fələstin bayraqları tutan nümayişçilər Qəzzada hücumlarını davam etdirərkən Kassis və İsveçrə hökumətinin “İsraili dəstəkləyən…