Author: Tasnim Rufizqizi
Bakı, ArabAZ İsrailin 325 gündür hücumlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 40 min 435-ə yüksəlib. ArabAZ xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 2 qırğın törətdiyi, bu hücumlarda daha 33 fələstinlinin həyatını itirdiyi, 66 fələstinlinin isə yaralandığı bildirilib. İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralananların sayının 93 min 534-ə yüksəldiyi qeyd edilib. Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb. Hafiz Rufizoğlu
Bakı. ArabAz Ərəb ölkələrinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş məqalələr dərc edib. ArabAz xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Bəyan” qəzetində dərc olunan “Mehriban Əliyeva: Azərbaycan xalqının nümunəvi insanı” sərlövhəli məqalədə qeyd edilir ki, Mehriban Əliyeva ictimai fəaliyyətinin ilk günlərindən humanitar məsələlərə xüsusi diqqət yetirib. O, ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq üçün saysız-hesabsız təşəbbüslərə rəhbərlik edib. Məqalədə vurğulanır: “Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın mənalı ömür yolu və tükənməz enerjisi, xeyirxahlığı, insanlara göstərdiyi şəfqət və mərhəməti, həmçinin öz xalqına və dövlətinə fədakar xidməti xüsusi qeyd olunmalıdır”. Qəzet yazır ki, Azərbaycanın birinci…
Bakı,ArabAZ Hizbullahın baş katibi Həsən Nəsrullah bazar günü səhər saatlarında təşkilatın İsrailə qarşı başlatdığı hücumun “əsas hədəfinin” Tel-Əviv şəhəri yaxınlığındakı “Qlilot Hərbi Kəşfiyyat Bazası” olduğunu açıqlayıb. ArabAz xəbər verir ki , buna baxmayaraq, İsrail ordusunun sözçüsü bildirib ki Glilot bazasına heç bir hücum olmayıb. Digər tərəfdən Nəsrullah da İsrailin Hizbullaha məxsus “minlərlə raket platformasının” məhv edilməsi və minlərlə raketin tutulması ilə bağlı açıqlamalarını “yalan iddia” adlandırıb.
Bakı, ArabAZ Tel-Əvivdən 1,5 km uzaqlıqdakı hərbi kəşfiyyat bazasını hədəf aldıq. ArabAZ xəbər verir ki, bu barədə Hizbullahın baş katibi Həsən Nəsrullah deyib. O, hərəkatın yüksək rütbəli komandirlərindən Fuad Şükürün öldürülməsinə görə cavab tədbirinin İsrail və ABŞ-ın sayıqlığı nəzərə alınaraq təxirə salındığını bildirib. Nəsrullah, İsrailin Dahiyəyə hücum edərək Şükürü öldürməklə bütün qırmızı xətləri keçdiyini və gərginliyin artmasının səbəbinin Tel-Əviv rəhbərliyi olduğunu qeyd edib. “Bugünkü hücumda əsas hədəfimiz İsrailin Glilot hərbi bazası olub. Glilot hərbi bazası Livandan 110 kilometr, Təl-Əvivdən isə 1500 metr aralıda yerləşirdi. Bu bazada dinləmə və casusluqla məşğul olan 8200 bölmə var. Pilotsuz uçuş aparatlarının hava məkanına daxil…
Bakı,ArabAZ İsrailin baş naziri Benyamin Netanyahu bazar günü ordunun Hizbullahın “böyük hücumunun” qarşısını almaq üçün Livana zərbələr endirəcəyini elan etdikdən sonra İbrani dövlətinin şimalında təhlükəsizliyi bərpa etmək üçün “hər şeyi edəcəyini” vəd edib.ArabAZ xəbər verir ki, Netanyahu ofisi tərəfindən yayımlanan bəyanatda, “Ölkəmizi qorumaq və şimal sakinlərini sağ-salamat evlərinə qaytarmaq üçün hər şeyi etməyə hazırıq” deyə bildirilib. Açıqlamada o da qeyd olunub ki, İsrail hökümətin onlara zərər verərənə zərər verəcək. Açıqlama sonrası İsrail baş naziri Netanyahu Təl-Əvivdə Təhlükəsizlik Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib ki, bu gün səhər biz Hizbullahın İsrailə hücuma hazırlığını izləyib və müdafiə naziri və Baş Qərargah rəisi…
Bakı, Arab.AZ İsrail ordusu 323 gündür ki, Qəzza zolağına hücum edir. Arab.AZ xəbər verir ki, bu barədə Qəzzada Fələstin Səhiyyə Nazirliyi açıqlama verib. Qeyd edilib ki, İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 40 min 334-ə yüksəlib. İsrail ordusunun son 48 saatda Qəzza zolağının müxtəlif bölgələrində “5 qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 69 fələstinlinin həyatını itirdiyi, 212 fələstinlinin isə yaralandığı bildirilib. Xatırladaq ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 40 min 334-ə, yaralıların sayının isə 93 min 356-ya yüksəldiyi qeyd edilib. Hafiz Rufizoğlu
Bakı, Arab.AZ İsrail ordusunun son həftədə ikinci dəfə Qəzza zolağının mərkəzi hissəsində bir çox ərazinin boşaldılmasını tələb etməsindən sonra HƏMAS BMT və beynəlxalq ictimaiyyəti Qəzza zolağında mülki əhalinin müdafiəsini təmin etməyə çağırıb. Arab.AZ xəbər verir ki, bu barədə HƏMAS-ın verdiyi yazılı açıqlamada qeyd edilib. “İsrail ordusu Qəzza zolağının şimalından və cənubundan yüz minlərlə insanın yaşadığı Əl-Məğazi Qaçqınlar Düşərgəsi Əl-Məsdər kəndinin, Vusta şəhərinin bölgələrinin və digər geniş ərazilərin boşaldılması üçün çağırışlar etməyə davam edir.” – deyə açıqlamada vurğulanıb. Bəyanatda qeyd edilib ki, İsrail bu addımları ilə soyqırım və etnik təmizləmə siyasətini genişləndirir. “Faktlar təsdiq edir ki, davam edən soyqırımda həyatını itirən…
Bakı, Arab.AZ Qəzzadakı tibbi ləvazimatların 60 faizi tükənib. Arab.AZ xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi açıqlama verib. Nazirlik İsrailin Qəzza zolağına qarşı davam edən müharibəsi və nəzarəti və sərhəd qapılarını bağlaması nəticəsində əsas dərman siyahısının 60 faizinin və tibbi ləvazimatların 83 faizinin tükəndiyini bildirib. Qeyd edilib ki, dərman və tibbi ləvazimatların “görünməmiş” böhranı xəstələrin və yaralıların həyatına ciddi təsir göstərəcək. Bildirilib ki, dayandırılma riski olan ən mühüm xidmətlər təcili yardım, əməliyyatlar, reanimasiya, dializ, ilkin səhiyyə xidməti və psixi sağlamlıqdır. Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də başlayan müharibədən sonra Qəzza zolağına elektrik enerjisini kəsən İsrail, Qəzza zolağındakı yeganə…
Maskat ,ArabAZ Oman İrs və Turizm Nazirliyi tərəfindən Salalah Vilayətində təşkil edilən Oman Kulinariya İncəsənət Festivalı başlayıb. ArabAz xəbər verir ki, avqustun 26-dək davam edəcək festivala bir sıra Oman Sultanlığı daxilində və xaricində peşəkar apşazlarla yanaşı həvəskar aşpazlar da qatılacaq. Festivala Omanlı və Körfəz ölkələri aşpazlarının canlı şouları da daxil olmaqla müxtəlif fəaliyyətlər daxildir. Festival zamanı ənənəvi musiqi folklor şouları və müxtəlif müsabiqələr də təşkil olunacaq. Festival “Qida Turizmi və Oman Kulinariya İncəsənət” proqramı çərçivəsində keçirilir, bu proqram vasitəsilə nazirlik Oman mətbəxini iqtisadi, sosial və ekoloji davamlılığa nail olmaq və yerli icmaların gücləndirilməsində turizmin rolunu aktivləşdirmək istəyindədir. Festivalın açılış mərasimi Oman…
Yəmən,ArabAZ İran tərəfindən aktiv şəkildə dəstəklənən Husi terroristləri cümə günündən etibarən Maribdəki neft obyektlərinin intensiv şəkildə hədəf almağa başlayıblar. ArabAZ xəbər verir ki, terrorçuların hədəfində əsasən Safer neft emalı zavodudur. İnsidentlə bağlı ölənin Müdafə Nazirliyi açıqlamasında bu kimi halların qarşısınən qətiyyətlə alımnacağı bildirilib. “23 avqustdan səhər saatlarından etibarən terrorçu İran rejiminin dəstəklədiyi Husi qruplaşması Marib əyalətindəki Safer neft obyektini üç PUA ilə ilə hədəfə alıb. Terrorçularəın hücumlarının qarşısı alınıb.PUA-lar Əl-Cəvf əyalətinin Əl-Həzm şəhərinin şərqindəki Əl-Dahidha və Qarn Əl-Sayari əraziləri arasında yerləşən məntəqədən buraxılıb. Silahlı qüvvələr Yəmən xalqının və onun suveren iqtisadi obyektlərinin maraqlarını hədəf alan bu cür hərəkətlərə cavab verməyə…