Author: Tasnim Rufizqizi
Ər-Riyad,ArabAZ Səudiyyə Ərəbistanı Krallığının yardım agentliyi KSrelief, Yəmən, Sudan və Çaddakı köçkün və həssas qruplar üçün 2800-dən çox ərzaq bağlaması paylayıb,. ArabAz xəbər verir ki, bu haqda Ksrelief açıqlamasında deyilir.Məlumata əsasən müharibədən əziyyət çəkən Sudanda 2024-cü il üçün Sudan Respublikasında ərzaq təhlükəsizliyinə dəstək layihəsi çərçivəsində 4830 köçkün şimal əyalətində 800 ərzaq səbəti alıb. Yardım agentliyi 2024-cü il üçün Yəmənə ərzaq yardımı paylanması layihəsi çərçivəsində Taizin Mayun adasında 1575 nəfər üçün 225 ərzaq bağlaması təmin edib. Çadın N’Djamena bölgəsində 1800 ərzaq bağlaması 2024-cü il üçün Çadda Ərzaq Təhlükəsizliyinə Dəstək Layihəsi çərçivəsində həssas icmalardan olan 10800 insana çatdırılıb. “Ərzaq yardımı Səudiyyə Ərəbistanı…
Tripoli,ArabAZ Liviya silahlı qrupları və səlahiyyətliləri Tripolidə mühüm infrastrukturu təmin etmək üçün razılığa gəliblər,ArabAZ xəbər verir ki, bu haqda Liviya daxili işlər naziriyinin açıqlamasında deyilir. “Müdafiə Nazirliyi ilə koordinasiyada biz Tripolinin bütün təhlükəsizlik xidmətlərini bir araya gətirdik və hava limanlarının və quru sərhədlərinin, habelə paytaxtdakı hökumət qərargahlarının (qurumlarının) təhlükəsizliyini təmin etmək üçün razılığa gələ bildik”, – deyə Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir. 6,8 milyon əhalisi olan Şimali Afrika ölkəsi 2011-ci ildə uzun müddətdir diktator Müəmmər Qəddafini devirən NATO-nun dəstəklədiyi üsyandan sonra uzun illər davam edən münaqişədən sonra sağalmaq üçün mübarizə aparıb.Baş nazir Əbdülhəmid Dbeibahın rəhbərlik etdiyi paytaxt Tripolidə BMT tərəfindən…
Bakı, Arab.AZ Mahmud Abbasın Qəzzaya səfər etməsi üçün İsrailə təzyiq edilməlidir. Arab.AZ xəbər verir ki, bu barədə Fələstinin xarici işlər üzrə dövlət naziri Varsen Ağabekyan Şahin deyib. O, beynəlxalq ictimaiyyəti Fələstin prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər edə bilməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb. “Bu səfərdən xəbəri olan bütün ölkələr səfərin təşkilində iştirak etməli və işğalçı İsrailə təzyiq etməlidir. Maneələr olsa belə, səfərin baş tutması üçün beynəlxalq təzyiq lazımdır. Ümid edirik ki, səfər baş tutacaq.” – deyə nazir qeyd edib. Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Şurasının üzvü Vasil Əbu Yusuf bildirib ki, İsraillə görüşən ölkələrdən hələlik heç bir cavab verilməyib.…
Bakı, Arab.AZ 2023-cü ilin oktyabrından Qəzza əhalisinin təxminən 90 faizi didərgin düşüb. Arab.AZ xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı (OHCHR) X sosial media platformasında paylaşım edib. Paylaşımda İsrailin Qəzza zolağının cənubundakı Xan Yunisin bəzi bölgələrində yaşayan fələstinlilərdən avqustun 1-dən bəri 13-cü dəfə “qondarma humanitar zonalara” getmələrini xahiş etdiyi bildirilib. “Qəzza əhalisinin təxminən 90 faizi 2023-cü ilin oktyabr ayından bu yana məcburi köçkün vəziyyətinə düşüb. Onlar indi Qəzza zolağının yalnız 1/10 hissəsinə sıxışdırılıblar.” – deyə paylaşımda qeyd edilib. Yazıda Qəzzada heç bir yerin təhlükəsiz olmadığı da vurğulanıb. Hafiz Rufizoğlu Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun
Bakı,ArabAZ Səudiyyə Ərəbistanı xarici turistlərə bir o qədər də açıq olmasa da ölkədaxili turizm olduqca populyardır. Ölkənin Al Ula vilayətindən təxminən 100 km çimalda yerləşən və xalq arasında “Gəlin qayası” adlandırılan qaya parçası da yerli turistlər arasında demək olar ki , ən sevilən yerlərdən biridir. Minlərlə il ərzində formalaşmış “Gəlin qayası” AlUlanın zəngin geoloji tarixinin – Kembri dövrünə 500 milyon ildən çox olan qaya birləşmələrinin sübutu kimi dayanır. Sehrli mənzərələri və çoxəsrlik cazibəsi üçün mütləq ziyarət edilməlidir.
Bakı,ArabAZ Misir Prezidenti Əbdülfəttah əs-Sisi Talgo qatarının idxalı üçün İspaniya ilə milyon avroluq kredit müqaviləsini təsdiqləyib. ArabAZ xəbər verir ki, tərəflər arasında müqavilə 2021-ci ildə imzalanıb. Misir Nümayəndələr Palatası ölkənin köhnə dəmir yolu parkının təcili modernləşdirilməsinə ehtiyac olduğu üçün bu ilin iyun ayında sazişi təsdiqləyib. Müqavilənin bütün xərclərini ödəmək üçün İspaniya hökuməti misirli həmkarına 200 milyon avroluq güzəştli kredit vəsaiti ayırıb. Müqaviləyə əsasən, Talqo ehtiyat hissələri və avadanlıqların mövcudluğunun təmin edilməsi də daxil olmaqla, 15 il ərzində texniki xidmət işlərinə cavabdeh olacaq. Yeddi qatar daxili turizmi təşviq edərək, dəmir yolu şəbəkəsi xətlərində səfərlərin sayını artıracaq. Hər qatarda beş birinci dərəcəli…
Bakı,ArabAZ Bu günü İraqın paytaxtı Bağdaddakı Prezident sarayında Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan ilə geniş tərkibdə danışıqlar aparıb.ArabAZ xəbər verir ki , dövlət rəsmiləri, ikitərəfli əlaqələri və müxtəlif sahələrdə əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsi yollarını müzakirə ediblər.Onlar həmçinin ümumi maraq doğuran bir çox regional və beynəlxalq məsələləri nəzərdən keçiriblər. İraqın baş naziri İki Müqəddəs Ocağın Xadimi Kral Salmana və Vəliəhd Şahzadə və Baş nazir Məhəmməd bin Salmana, Səudiyyə Ərəbistanı hökumətinə və xalqına salamlarını və minnətdarlığını çatdırıb. Şahzadə Faysal da öz növbəsində Kral Salmanın və Vəliəhdin salamlarını və təşəkkürlərini Əl-Sudaniyə çatdıraraq, İraq hökuməti və xalqına…
Bakı,ArabAZ Əsas vasitəçi Misir çərşənbə günü İsrail və HƏMAS arasında atəşkəs danışıqlarındakı boşluqları aradan qaldırmaq məqsədi daşıyan təklifə şübhə ilə yanaşdığını bildirib. Çünki danışıqların Qahirədə bərpa olunması gözləniləndən bir gün əvvəl daha çox təfərrüatlar ortaya çıxdı. Qondarma körpü təklifi ətrafında yaranan problemlər ABŞ dövlət katibi Antoni Blinkenin bu həftə Yaxın Şərqə etdiyi son səfərdə həyata keçirəcəyi qaçılmaz razılaşmaya dair nikbinliyi sarsıtdı. İsraili günahlandıran HƏMAS və Hizbullah qruplarının liderlərinin bu yaxınlarda hədəfə alınaraq öldürülməsindən və qisas təhdidlərindən sonra daha geniş regional müharibə qorxusu artdıqca, bunun qarşısını almaq üçün diplomatik səylər ikiqat artırır. Ağ Evdən verilən məlumata görə, prezident Co Bayden çərşənbə…
Bakı,ArabAZ Suriya və Türkiyənin maraqlarını təmin edəcək müsbət nəticələr əldə edilməlidir .ArabAZ xəbər verir ki , bunu Suriya prezindeti Bəşşar Əsəd Türkiyə Prezideti ilə Moskvada keçirilməsi nəzərdə tutulan görüşü şərh edərkən bildirib. O qeyd edib ki , Türkiyə və Siriya arasında danışıqlar dayanmayıb və bu danışıqlar davanm edir. “Suriya danışıqların məzmunundan asılı olmayaraq danışıqların zəruri olduğunu təkid edib”-deyə Əsəd bildirib. Suriya İsrail münasibətlərinən danışan Əsəd bildirib ki , son bir neçə ildə normallaşmanı dəstəkləyənlər və normallaşmanın əleyhinə olanlar da var. Qeyd edək ki Türkiyə və Suriya prezidentlərinin görüşü bu ilin avqust ayında Moskvada baş tuta bilər. Rusiya xarici işlər nazirinin…
Bakı,ArabAZ İsrail ordusu çərşənbə günü Livanda hava hücumu zamanı Fələstinin FƏTH hərəkatının silahlı qanadının komandiri Xəlil əl-Məqdəni hədəf aldığını bildirib və onu İran İnqilab Keşikçiləri Korpusunda çalışdığını bildirib.ArabAZ xəbər verir ki, Xəlil əl-Məqdəniyə qarşı hava hücumu Livanın cənubundakı Sidon bölgəsində həyata keçirilib.Buna cavab olaraq Fəth İsraili “regional müharibəni alovlandırmaq”da ittiham edib.FƏTH-in mərkəzi komitəsinin üzvü Tavfiq Tiravy bildirib ki, “FƏTH rəsmisinin öldürülməsi İsrailin regionda genişmiqyaslı müharibəni alovlandırmaq istədiyinin bir daha sübutudur”.