Author: Tasnim Rufizqizi

Bakı,ArabAZ Tunis hökumətin tənqidçisi və keçmiş prezidentliyə namizəd Safi Səidi “qeyri-qanuni yollarla Əlcəzairə keçdiyi” üçün həbs edilib. ArabAZ xəbər verir ki, Tunis prezidenti Kays Saidin açıq rəqibi olan 70 yaşlı Səid qarşıdan gələn seçkilərdə hazırkı prezidentə meydan oxumağı planlaşdırırdı, lakin həbsdən sonra onun adı namizdələr siyahısından çıxarılıb. Qeyd edək ki, bu ilin əvvəlində keçmiş jurnalist olan Səid, oktyabrın 6-na təyin edilmiş prezident seçkilərində namizədliyini irəli sürdüyünü açıqlamışdı. İyun ayında Səid 2014-cü il prezident seçkilərində saxta imzalar hazırladığına görə 4 aylıq həbs cəzasına məhkum edilib.

Ətraflı

Bakı, Arab.AZ Qəzza hökuməti, İsrail ordusunun bu gün Qəzza zolağında 3 fərqli şəhərdə məktəb, bazar və mobil telefon doldurma məntəqəsini bombalaması nəticəsində 25 fələstinlinin həyatını itirdiyini bildirib. Arab.AZ xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada qeyd edilib. İsrail ordusunun Qəzza şəhərində Mustafa Hafiz məktəbini bombalaması nəticəsində 12 nəfər, Deyr əl-Bələh şəhərindəki bazar yerini bombalaması nəticəsində 9 nəfər, Xan Yunisdəki mobil telefon doldurma məntəqəsinin bombalanması nəticəsində isə 4 nəfər ölüb. Qeyd edilib ki, hücumlar zamanı onlarla mülki vətəndaş yaralanıb. “İsrail və ABŞ administrasiyası davam edən qırğınların dağıdıcı və təhlükəli nəticələrinə görə tam məsuliyyət daşıyır” – deyə açıqlamada…

Ətraflı

Bakı, Arab.AZ İsrailin hücum etdiyi bölgələrdəki şəhərlər qəbirstanlığa çevrilib. Arab.AZ xəbər verir ki bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzzadakı Baş Kommunikasiya Məsləhətçisi Louise Wateridge sosial media hesabından paylaşım edib. O, İsrailin oktyabrın 7-dən bəri hücuma məruz qaldığı Qəzza şəhərindəki dağıntıları ortaya qoyan görüntüləri paylaşıb. Görüntüdə hədəfə alınan binaların demək olar ki, olmadığı şəhərdəki ağır dağıntılar diqqət çəkib. “Yüz minlərlə ev və həyat dağıdılıb. Uşaqların, anaların, ataların, hətta ailələrin hekayələri dağıntılar altında qalıb. Şəhərlər indi qəbiristanlıqlara çevrilib” – deyə o qeyd edib. Hafiz Rufizoğlu Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Ətraflı

Bakı,ArabAZ İsrail ordusu çərşənbə axşamı Qəzza zolağının cənubundakı şiddətli toqquşmalarda onlarla fələstinli döyüşçünün həlak olması ilə nəticələndiyini açıqlayıb. ArabAZ xəbər verir ki, İsrail ordusunun bəyanatında deyilir ki, “İsrail qüvvələri Rəfahın Təl əl-Sultan bölgəsində kəşfiyyat məlumatlarına əsaslanaraq dəqiq əməliyyatlarını davam etdirir”. Öz növbəsində, Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam Briqadaları, döyüşçülərinin həmin ərazidə əl qumbaraatanlarından istifadə edərək bir binada bir İsrail tankına və əsgərlərinə hücum etdiyini, həmçinin hərbi buldozerə də hücum edildiyini açıqlayıb.

Ətraflı

Bakı,ArabAZ Misir və Cənubi Koreya 2025-ci ildə mədəni mübadilələri dərinləşdirməyə çalışırlar, çünki iki ölkə gələn il diplomatik əlaqələrin otuz ilini qeyd etməyə hazırlaşır. ArabAZ xəbər verir ki , bazar ertəsi keçirilən görüşdə Cənubi Koreyanın Misirdəki səfiri Kim Yonqyon Misirin mədəniyyət naziri Əhməd Hanno ilə görüşüb, mədəni əməkdaşlığı gücləndirmək yollarını müzakirə edib. Səfir Kim 2016-cı ildə Hərtərəfli Əməkdaşlıq Tərəfdaşlığından sonra ikitərəfli münasibətlərin güclü şəkildə inkişaf etdiyini vurğulayıb. Misirdə Hallyunun (Koreya mədəni dalğası) populyarlığının əsasını çəkən Kim dil, turizm və idman kimi sahələrdə mədəni mübadilənin genişləndirilməsini vurğulayıb. O, Hannoya bu il 10 illiyini qeyd etməyə hazırlaşan Koreya Mədəniyyət Mərkəzinin (KCC) fəaliyyəti haqqında…

Ətraflı

Bakı, Arab.AZ İsrail döyüş təyyarələrinin Livanın şərqindəki Bekaa bölgəsindəki Baalbek şəhərinə təşkil etdiyi hava hücumunda 2-si uşaq olmaqla 8 nəfər yaralanıb. Arab.AZ xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi bəyanat yayımlayıb. Açıqlamaya görə, xəsarət alanların hamısına təcili tibbi yardım göstərilib. Livanın rəsmi xəbər agentliyi NNA İsrail döyüş təyyarələrinin Baalbek şəhərində 3 qəsəbəyə hava hücumu təşkil etdiyini açıqlayıb. Baalbekin Duhur əl-Ayrun, Curud Nəbi Şit və Süheyla qəsəbələrinin bir-birinin ardınca hədəfə alındığı, Livan səmasında İsrail PUA-larının göründüyü bildirilib. İsrail ordusunun Livanın cənubunda bir avtomobilə təşkil etdiyi hava hücumu nəticəsində bir nəfərin öldüyü bildirilib. Hafiz Rufizoğlu

Ətraflı

Bakı, Arab.AZ Netanyahu hökuməti ən qısa zamanda cavab verməlidir. Arab.AZ xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib. “Qəzzada çoxu uşaq və qadın olmaqla 40 mindən çox günahsız fələstinlini qətlə yetirən İsrail, başda UNRWA işçiləri olmaqla humanitar yardım işçiləri və könüllüləri ayrı-seçkilik etmədən öldürərək insanlığa qarşı cinayətlərini davam etdirir.” – deyə bəyanatda qeyd edilib. Bildirilib ki, günahsız insanların ölümünə səbəb olan Netanyahu hökuməti ən qısa zamanda beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Hafiz Rufizoğlu

Ətraflı

Bakı. Arab.AZ Səfir İssam bin Saleh əl-Cuteyli Bakıda Qoşulmama Hərəkatının Gənclər Təşkilatının mənzil qərargahında olub. Arab.AZ xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb. Qeyd edilir ki, səfir Səudiyyə-Azərbaycan münasibətlərinə dair mühazirə oxuyub. O, həmçinin diplomatda tələb olunan bacarıqlar və onların inkişaf etdirilməsi yollarından danışıb.

Ətraflı

Bakı, Arab.AZ İsrail həbsxanasından həkim səhlənkarlığı nəticəsində hər iki ayağı amputasiya olunmuş halda çıxan Fələstinli pedaqoq Vəfa Çerrar dünyasını dəyişdi. Arab.AZ xəbər verir ki, mayın 21-də İsrail qüvvələrinin Cenin şəhərində saxladığı zaman ağır yaralanan və hər iki ayağı dizindən kəsilən pedaqoq Vəfa Cerrar həkimlərin səhlənkarlığı nəticəsində düynasını dəyişib. 50 yaşlı Cərrarın əsirlikdə məruz qaldığı amansız işgəncələr və həbsdə olarkən qəsdən üzləşdiyi tibbi laqeydlik nəticəsində vəfat etdiyi məlum olub. Ölümü yaxın ailə üzvləri tərəfindən böyük bir təmkinli qarşılanan Vəfa Cərrarın vəfatı ilə bağlı HƏMAS da açıqlama verib. Açıqlamada Cərrarın həyatı boyu faydalı işlərlə və ictimai fəaliyyətlərlə dolu bir həyat yaşadığı bildirilib. Vəfa Cerrarın…

Ətraflı

Bakı, Arab.AZ İsrailin baş naziri Benyamin Netanyahunun təhlükəsizlik komandası ilə görüşündən sonra İsrail mediası Tehranın hücuma hazırlaşdığı barədə təsdiqlənmiş məlumat alacağı təqdirdə, İsrailin İrana qarşı qabaqlayıcı zərbə endirə biləcəyini yazıb. Müdafiə naziri Yoav Gallant, Baş Qərargah rəisi Herzi Halevi, İsrail Xarici Kəşfiyyat Xidməti Mossad direktoru David Barnea və Şin-Bet direktoru Ronen Barın qatıldığı toplantı İran və Hizbullahdan gəlməsi gözlənilən hücumlara qarşı hazırlıqların bir hissəsi olub. Görüşdə mümkün hücuma cavab vermək və ya qarşısını almaq üçün geniş seçim variantları müzakirə edilib, xüsusən də İsrail İranın regiondakı müttəfiqlərinin nə edəcəyini dəqiq bilmir. Netanyahu və onun təhlükəsizlik qrupu görüş zamanı İrana qarşı qabaqlayıcı…

Ətraflı