Author: Tasnim Rufizqizi
Bakı, Arab.AZ İsrailin Tehranda HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni hava zərbəsi ilə öldürməsi təəccüblü deyil. Sirr deyil ki, İsrail bundan əvvəl də Haniyəni öldürməyə cəhd edib. Oktyabrın 7-də baş verən hücumdan sonra israillilər HƏMAS liderlərinin onlar üçün “ölü” olduğunu bəyan etdilər. İsrail o vaxtdan bəri İranla apardığı kölgə müharibəsində əlcəklərini çıxarıb. İsrail İranı Livanda Hizbullah, Qəzzada HƏMAS və İslami Cihad, Yəməndə Husilər, İraq və Suriyada fəaliyyət göstərən daha kiçik silahlı qruplaşmaların hamisi hesab edir. Qəzzada dağıdıcı müharibənin sonu görünmədən davam etdiyi bir vaxtda İsrail bir-birinin ardınca HƏMAS, Hizbullah və İran İnqilab Qvardiyasının yüksək səviyyəli liderlərini öldürməyə başladı. Aprelin 13-də…
Bakı, Arab.AZ Xalid Məşəl 1997-ci ildə İsrailin sui-qəsd cəhdindən sağ çıxıb və 2004-2017-ci illərdə HƏMAS Siyasi Bürosunun rəhbəri vəzifəsində çalışıb. HƏMAS Hərəkatının yeni lideri olmağa namizəd olan Xalid Məşəl 1997-ci ildə İordaniyanın paytaxtı Əmmandakı ofisinin qarşısındakı küçədə İsrail agentləri tərəfindən təşkil edilən uğursuz sui-qəsd ( zəhərlənmə) nəticəsində zəhərlənib. İsrailin göstərişi ilə Fələstin hərəkatının yüksək rütbəli simalarından biri olan Məşələ qarşı sui-qəsd İordaniya kralı Hüseyni o qədər qəzəbləndirdi ki, o, sui-qəsdçilərin edam edilməsinə və zəhər əleyhinə zərdab olmadığı təqdirdə İsraillə sülh müaviləsini pozmaqla hədələdi. İsrail kral Hüseynin təlbini yerinə yetirdi. Bundan əlavə, İsrail HƏMAS Hərəkatının qurucu lideri Şeyx Əhməd Yasinin azadlığa…
Bakı, Arab.AZ İşğal altında olan Suriya torpağı Colan yüksəkliyində baş verən insidentə cavab olaraq, (İsrail İddia edir ki, Hizbullah bu bölgəni raket atəşinə tutub. Rəsmi olaraq Hizbullah bunu inkar edib) dünən axşam saatlarında Hizbullahın qalası sayılan Beyrutun cənubunda İsrail tərəfindən təşkil edilən sui-qəsd əməliyyatında Fuad Şükür hədəf alındı. ABŞ Dövlət Departamentinin Ədalət Mükafatları Proqramı çərçivəsində Şükür haqqında məlumat verənə 5 milyon dollar mükafat veriləcəyi bildirmişdi. Proqramın internet saytında 15 aprel 1961-ci ildə Baalbekin (Şərqi Livan) Nəbi Şit bölgəsində doğulduğu bildirilən Şükür ‘Hacı Muhsin’ kimi də tanınır. Həmçinin bildirilir ki, Şükür Hizbullahın baş katibi Həsən Nəsrullahın hərbi məsələlər üzrə baş müşaviridir.…
Bakı, Arab.AZ Tehran 2000-ci ildən sonra artan əməliyyatlarda nüvə alimlərinin və İnqilab Keşikçiləri Korpusunun liderlərinə qarşı bir sıra sui-qəsdlərin şahidi olub. Ölkədə nüvə və hərbi obyektlər hədəfə alınıb, İran rəsmiləri isə bunun İran təhlükəsizlik xidmətlərinə zəiflik və ya nüfuz etmə nəticəsində baş verdiyini deyirlər. İran hakimiyyəti bu sui-qəsdlərin əksəriyyətini İsrailə aid edir, İsrail isə bu hərəkətləri nə inkar edir, nə də təsdiqləyir. İddia edilir ki, İsmayıl Haniyənin Tehranda bu gün öldürülməsi, bir zamanlar Əl-Qaidə terror təmkilatının ikinci adamının Tehranda öldürülmüsəindən sonra baş verən ən böyük sui-qəsddir. Bu sui-qəsdlərələ yanaşı ən səs-küy yaradsan qəsd isə, İranın müdafiə nazirinin tədqiqat işləri üzrə…
Bakı, Arab.AZ HƏMAS lideri İsmayıl Haniyənin paytaxt Tehranda öldürülməsinin təfərrüatları ilə bağlı rəsmi İran məxfiliyi fonunda, hücumun yeri ilə bağlı ziddiyyətli xəbərlər yayıldı, hakimiyyət isə İsraildən qisas alacağına söz verdi. Haniyə İran prezidenti Məsud Pezeşkiyanın parlament qarşısında andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib, hakimiyyət tərəfindən ciddi təhlükəsizlik tədbirləri görülüb və təxminən 80 ölkədən rəsmilər İran paytaxtına axın edib. İran saytları səhər saatlarında qeyri-rəsmi mənbələrin Haniyənin Səadabad Sarayı yaxınlığında, İsrail pilotsuz təyyarəsinin təşkil etdiyi reyd zamanı öldürüldüyünü, digər mənbələr isə hadisənin Tehranın qərbindəki bir bölgədə baş verdiyini bildirib. Partlayış səsi o qədər güclü idi ki, bütün avtomobil siqnalları işə düşüb…
Bakı, Arab.AZ İranla müttəfiq kimi görünən Çin və Rusiya kimi ölkələr öz maraqlarını rejimə qurban verməyə hazır deyillər. Ötən dövrdə ABŞ və Çində baş verən iki mühüm hadisənin şahidi olduq. Bu iki hadisə arasında İran rejimi təkcə ABŞ-a qarşı deyil, həm də güvəndiyi və müttəfiqi olacağını zənn etdiyi iki ölkəyə: Çin və Rusiyaya qarşı qumar oyununu uduzmuş kimi görünür. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri zamanı ABŞ prezidenti Co Bayden, vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampla görüşüb və Çin, HƏMAS Hərəkatı və Fəth Hərəkatı arasında danışıqlar, barışıq və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib. Danışıqların sonunda…
Bakı, Arab.AZ Bir qrup kiberekspert sosial şəbəkələrdə İsrail ordusunun əsgər və zabitləri və eləcə də onların ailə üzvləri haqqında təhlükə yarada biləcək məlumatların yayılmasında İran hakerlərinin günahlandırırlar. İddia olunur ki, bəzi Fələstin və həmasyönlü hesablar tərəfindən paylaşılan bu məlumatlar ilk növbədə psixoloji təzyiq kimi isitfadə olunur. İsrail ordusu bunun öz hərbi sirlərinə təsiri ilə bağlı vəziyyəti yumşaltmağa çalışsa da, bu əməliyyatın miqyasından və nəticələrindən narahat olmağa başlayıb. Hətta əsgər və zabitlərə onların təhlükəsizliyi barəsində xəbərdarlıq edib. Hesab edilir ki, bu kimi konsperativ və şəxsi məlumatların yayılması, İsrail, HƏMAS, Hizbullah və İrana xidmət edən digər silahları qruplaşmaların da daxil olduğu müharibənin…
Bakı, Arab.AZ Birləşmiş Millətlər Təşkilatının bazar ertəsi dərc etdiyi hesabata görə, ötən il İraq səlahiyyətliləri rekord miqdarda Captagon həblərini müsadirə edib və bu həblərin dəyəri 144 milyon dollara çata bilər. Bazar ertəsi İraqda narkotiklərlə mübarizə sahəsində birgə əməkdaşlığı gücləndirmək məqsədi ilə regional və ərəb ölkələrindən nazir və rəsmilərin iştirak etdiyi konfrans keçirilib. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin hesabatında deyilir: “İraq son beş il ərzində narkotik ticarəti və istehlakında, xüsusən də Captagon həbləri və metamfetaminlə bağlı böyük artımın şahidi olub”. Hesabata görə, 2023-cü ildə İraq səlahiyyətliləri çəkisi 4,1 tondan çox olan “rekord sayda 24 milyon Captagon həbini” müsadirə…
Bakı, Arab.AZ Təxminən 20 İsrail F-15 təyyarəsi tərəfindən vurulan Yəmənin Hudeyda limanı nəhəng alov və tüstünün səmaya qalxması ilə son illərin ən çətin dövrlərindən birini yaşayıb. Hudeyda limanı İranın dəstəklədiyi husilər tərəfindən 2014-cü ildən bəri Sana mərkəzli qurulan hökumətin nəzarəti altında idi. Bura ölkənin qərbində Qırmızı dənizin ən mühüm limanı hesab edilir və ölkəyə daxil olan humanitar yardım və ticarət mallarının əsas yolunu özündə cəm edirdi. Benyamin Netanyahu hökumətinin bəyanatına görə, İsrailin Hudeyda limanına olan hücumu, Husilərin 19 iyulda Təl-Əvivə pilotsuz uçan aparatla edilən hücumuna cavab olaraq həyata keçirilmişdi. Husilərin Təl-Əvivdəki ABŞ konsulluğu binası yaxınlığında həyata keçirdiyi bu hücumda 1 israilli…
Bakı, Arab.AZ Qəzzada dörd girovu xilas edən İsrail komandoları bərbad vəziyyətdə olan iki ağ avtomobili idarə ediblər. Biri sabun reklamını nümayiş etdirirdi, digəri isə damda döşək və mebel daşıyırdı. Onlar silahlı idilər, lakin HƏMAS-ın qalalarından birinə sızdıqları üçün əsas silahları gizləməli idilər. İyunun əvvəlində həyata keçirilən xilasetmə missiyası İsrailin məxfi bölmələrinin Qəzza zolağındakı döyüş meydanındakı ən bariz nümunəsi oldu, bu bir vaxtlar gizli qüvvələrinin demək olar ki, keçilməz olduğu ərazidə təhlükəli əməliyyat idi. Bu hiylə, İsrail təhlükəsizlik xidmətlərinin onilliklər ərzində İordan çayının Qərb Sahilində “Mustaaribin” (المستعربين)” kimi tanınan əməliyyatçılarla inkişaf etdirdiyi bacarıqlar toplusudur. Netflix-də nümayiş etdirilkən “Fauda” serialında təsvir olunan…