Author: Tasnim Rufizqizi
BAKI, Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi İraq hökuməti, İsrail ilə İran arasında alovlanan müharibə kontekstində ölkənin birbaşa münaqişəyə cəlb olunacağından ciddi şəkildə narahat olub və bunu “İŞİD-in ölkənin üçdəbirini işğal etdiyi dövrdən daha təhlükəli mövcudiyyət təhdidi” kimi qiymətləndirib. İŞİD hər nə qədər terrorçu bir ünsür olsa da, İraq cəmiyyətinə yad idi və beynəlxalq dəstəyin də gücü ilə məğlub edilə bilərdi. Lakin İsrail-İran qarşıdurması, İraqın daxili birliyini və vətəndaş həmrəyliyini hədəf alan dağıdıcı bir böhran riski yaradırdı. İsrailin xəbərdarlığı və ABŞ-ın təzyiqləri Müharibə başladıqda Bağdada, o cümlədən Azərbaycan vasitəsilə İsraildən xəbərdarlıq məktubları göndərilib. İsrail açıq şəkildə bildirib ki, əgər onun əleyhinə İraq ərazisindən hər…
BAKI,Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi İsraillə Yəməndəki husilər arasında son dövrdə baş verən ən təhlükəli gərginlik dalğasında, İsrail qırıcı təyyarələri husilərin nəzarətindəki Qırmızı dəniz sahillərində yerləşən üç əsas liman – Əl-Hudeydə, Ras İsa neft limanı və Səlif ticarət limanı – ilə yanaşı, enerji istehsalı üçün istifadə olunan Ras Katnib elektrik stansiyasını hədəfə alıb. Bu hücum Yəmən iqtisadiyyatının “sinir mərkəzi” sayılan bölgələrə qarşı indiyədək görülən ən ciddi zərbə kimi qiymətləndirilir. İsrailin son hərbi əməliyyatı, husilərin İsrailə iki raket atmasına cavab olaraq həyata keçirilməklə yanaşı, onların gələcəkdəki hərbi eskalasiyalarına qarşı açıq xəbərdarlıq kimi dəyərləndirilir. İsrailin müdafiə naziri Yisrael Kats bildirib ki, “Yəməndə husilərlə münasibət…
BAKI, Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi Müsahibələrdən birində Qəzzada üç dəfə hərbi əməliyyatda iştirak etmiş israilli ehtiyat əsgəri etiraf edib ki, xidmət etdiyi bölməyə tez-tez “qadağan zona” elan edilən ərazilərə daxil olan hər kəsə – təhlükə yaratsın və ya yaratmasın – atəş açmaq əmri verilirdi. Onun sözlərinə görə, bu qayda nəticəsində mülki şəxslər olduğu yerdəcə öldürülürdü. Əsgər əlavə edib ki, əsgərlər arasında Qəzzada yaşayan hər kəsin “terrorçu” olduğuna dair ümumi bir fikir formalaşıb. İngiltərənin “Sky News” kanalına danışan əsgər deyib: “Əgər kimsə bizim mövcud olduğumuz əraziyə daxil olursa, əmrlər sadədir: o, öldürülməlidir”. O əlavə edib: “Əgər o ərazidədirsə, deməli təhlükəlidir və kimliyindən asılı olmayaraq…
BAKI, Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirəcəyi görüş Qəzzada atəşkəsin elan olunması və uzun müşavirələrdən sonra ciddi danışıqlar mərhələsinə keçid üçün zəmin yaradacaq. Netanyahunun bu görüşü, Trampın ikinci prezidentlik dönəmindən bəri Ağ Evə üçüncü səfəridir. Hazırda Ağ Evdə görüşün ABŞ-İsrailin İran əleyhinə birgə hücumundan sonra bir növ “qələbə bayramı” formatında təşkili üçün hazırlıqlar gedir. Görüşdə əsas müzakirə mövzularının Qəzzadan başlayaraq İranda vəziyyətin qiymətləndirilməsi, Tehrana qarşı uran zənginləşdirilməsi ilə bağlı qırmızı xətlərin müəyyən edilməsi və bu məsələlər ətrafında danışıqların davamı və ya hərbi müdaxilə ehtimalları olacağı gözlənilir. Həmçinin, Livan və Suriya məsələləri də…
BAKI, Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi Təhlükəsizlik və siyasi baxımdan diqqətçəkən bir vaxtda bölgədə narahatedici əlamətlər müşahidə olunur ki, bu da İŞİD-in yenidən fəaliyyətini bərpa etdiyini göstərir. Dəməşqdəki Mar İlyas kilsəsinə təşkil olunmuş və İŞİD-in izlərini daşıyan qanlı partlayışdan bir neçə gün sonra Livan təhlükəsizlik orqanları, ölkədə terror aktları həyata keçirməyi planlaşdıran İŞİD-ə bağlı gizli hüceyrələrin tutulduğunu açıqlayıb. Bəs, İŞİD doğrudanmı Livana girib, yoxsa kimsə bu terror təşkilatını indiki məqamda ölkənin daxilinə çəkmək istəyir? Livana qarşı Hizbullahın silahsızlaşdırılması tələbi ilə beynəlxalq təzyiqlərin artdığı, ABŞ-ın Livandan bu məsələyə dair aydın plan tələb etdiyi bir vaxtda, bəzi Hizbullaha yaxın media orqanlarında və sosial şəbəkələrdə yenidən “İŞİD” kabusu…
BAKI,Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi Müqtəda əs-Sədrin İraqdakı siyasi prosesə qayıtma ehtimalı və qarşıdan gələn seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı fikirlər İraqda ictimai rəyin diqqətini üzərində saxlamaqda davam edir – seçkiyə namizədlərin qeydiyyatı başa çatmış olsa da. Bu ehtimallar xüsusilə Sədr tərəfdarlarının Bağdadın mərkəzində yerləşən və İraqdakı etirazların rəmzi sayılan “Təhrir Meydanı”nda çadır qurmasından sonra daha da güclənib. Hazırda Müqtəda əs-Sədr namizədliyini irəli sürə bilməz, çünki Müstəqil Seçki Komissiyası artıq qeydiyyat müddətinin başa çatmasını elan edib. Lakin müşahidəçilər hesab edir ki, bu müddət yenidən uzadıla bilər. Məlumata görə, İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani seçki komissiyasının səlahiyyətli şəxsləri ilə əlavə namizədlik müddətinin…
BAKI,Arab.AZ/AzerVoice Analitik Təhlil Mərkəzi İranın regiondakı transmilli təsir gücünün zəifləməsi, bu gücü daşıyan yerli qolların – silahlı milislərin və siyasi partiyaların – gücsüzləşməsi, onların ABŞ tərəfindən ciddi təzyiqə məruz qalması, eyni zamanda, İraq hökumətinin neytrallıq siyasətinə yönəlməsi və İranla rəqabətdə yeni regional oyunçuların – xüsusən də Türkiyənin – meydana çıxması Tehranın İraqdakı nüfuzu üçün ciddi təhdidlər yaradır. Bu səbəbdən İran, İraqdakı mövcud təsirini qorumaq üçün təcili addımlar atmağa məcbur qalır. Tehran İraqda tam nüfuz itkisindən qorxur İran rəhbərliyi, İraqdakı nüfuzunun tamamilə itməsi ehtimalını real bir təhlükə kimi qəbul edir. İranın regiondakı təsir oxunun zəifləməsi fonunda, Türkiyənin İraqda nüfuzunu artırması və ABŞ-ın…
BAKI, Arab.AZ Qəzzada xəstəxanalar dağılmaq üzrədir – bir neçə saat ərzində qəbiristanlığa çevrilə bilər. Arab.AZ xəbər verir ki, Qəzza zolağındakı Şifa Xəstəxanasının direktoru Məhəmməd Əbu Silmiyye xəstəxanaların fəaliyyətini davam etdirmək üçün kifayət qədər yanacağın qalmadığını bildirib.Onun sözlərinə görə, bir neçə saat ərzində generatorlar dayanarsa, xəstəxanalar insanların həyatını xilas edən yerlərdən ölümün hökm sürdüyü məkana çevriləcək. Əbu Silmiyye qeyd edib ki, xəstəxananın gündəlik təxminən 1700 litr yanacağa ehtiyacı var, lakin hazırda cəmi 1000 litr ehtiyat mövcuddur və bu, bir neçə saatlıq ehtiyacı ödəyir. Dializ və bəzi şöbələrin artıq bağlandığını, yalnız reanimasiya və cərrahiyyə bölmələrinin fəaliyyət göstərdiyini bildirib. “13 reanimasiya xəstəsi, 17 körpə, onlarla…
BAKI, Arab.AZ İsrailin müdafiə naziri Yisrael Kats bu gün verdiyi açıqlamada, Qəzza zolağında davam edən müharibənin sona yaxınlaşdığını bəyan edib. Arab.AZ xəbər verir ki, onun bu açıqlaması, Qəzzada bir gün ərzində ən azı 100 insanın həyatını itirdiyi bir vaxtda edilib. “Biz artıq Qəzzadakı əməliyyatın sonuna yaxınlaşırıq”- deyə Kats bəyanatında bildirib. Nazir həmçinin İsrailin bu müharibədəki əsas məqsədlərini yenidən xatırladıb: bütün girovların azad edilməsi və HƏMAS hərəkatının tam şəkildə məğlub edilməsi. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp açıqlamasında, yaxın zamanda Qəzzada atəşkəs əldə olunacağına ümid etdiyini bildirmişdi. Lakin Trampın bu nikbinliyinin hansı əsaslara söykəndiyi açıqlanmayıb. Xatırladaq ki, İsrail ordusu 7 oktyabr…
RİYAD, Arab.AZ Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Xeyriyyə Mərkəzi (KSrelief) Suriyada və Yəməndə minlərlə ailəyə ərzaq yardımı çərçivəsində xurma çatdırıb. Arab.AZ xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi yayıb. Bildirilib ki, Suriyada 2 677, Yəməndə isə 3 120 ədəd xurma qutusu ehtiyac sahibi ailələrə paylanıb. Yardım aksiyası Səudiyyə Ərəbistanının hər iki ölkədə ərzaq təhlükəsizliyini gücləndirmək və humanitar vəziyyəti yüngülləşdirmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı proqramların bir hissəsi olaraq təşkil olunub.